Microsoft Word diplom isi n'rmin docx


Günümüzdə mövcud olan informasiya texnologiyalarını iki



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə10/39
tarix27.10.2022
ölçüsü0,57 Mb.
#118723
1   ...   6   7   8   9   10   11   12   13   ...   39
diplom-isi-nrmin

Günümüzdə mövcud olan informasiya texnologiyalarını iki əsas növə ayırmaq 
olar: 
1) verilənlərin emalı texnologiyası; 
2) idarəetmənin informasiya təminatı texnologiyası. 
Verilənlərin emalı texnologiyası lazımi ilkin verilənlərə malik olan, emal üçün 
alqoritmlər və digər standart prosedurlar olan strukturlaşdırılmış məsələlərin həlli 
üçün nəzərdə tutulur. Bu səviyyədə informasiya texnologiyalarının və sistemlərinin 
tətbiqi əmək məhsuldarlığını artırır, onu hesablama əməliyyatlarından azad edir. 
İ
darəetmənin informasiya təminatı texnologiyasının əsas məqsədi hər hansı 
bir müəssisənin qərar qəbuletmə ilə bağlı olan bütün iştirakçılarını lazımi informasiya 
ilə təmin etməkdir. 
Müasir kompüterlərdə informasiyanın işlənməsi aşağıdakı kimi yerinə yetirilir. 
Ə
vvəlcə tədqiq olunan obyekt və ya proses ətraflı olaraq araşdırılır.Sonra əsas 
təsiredici amillər seçilərək toplanılır. Əldə olunan bu məlumatlar kompüterə daxil 
edilir və daxil edilmiş məlumatlar sistemləşdirilir və emala göndərilir. Emal 
prosesindən sonra alınmış nəticələr çıxış qurğularına və ya informasiya daşıyıcılarına 
göndərilir. Göründüyü kimi ümumilikdə informasiyanın müasir kompüterlərdə 
işlənməsi vahid proses olmaqla bərabər, ayrı-ayrı yerinə yetirilən və özünəməxsus 
xüsusiyyətləri ilə seçilən proseslərdən ibarətdir. İnformasiya adətən tədqiq edilən 
proses və ya obyektə uyğun ilkin sənədlərdən və təcrübələrdən əldə edilərək toplanır. 
Toplanmış informasiyanın saxlanılması və ötürülməsi məqsədilə isə kodlaşdırmadan 
istifadə edilir[16, s.5]. 
Ümumiyyətlə, əsas informasiya proseslərinə məlumatların yığılması, onların 
qeyd edilməsi və kodlaşdırılması, çoxaldılması, ötürülməsi, saxlanması, axtarılması, 
təhlili və istifadə edilməsi aiddir. Bu informasiya prosesləri içərisində məlumatların 
yığımasının texniki səviyyəsi xeyli aşağı, əməliyyatların həcmi isə yüksək olur. 
İ
nformasiyaların yığımasından sonra onun müxtəlif sənədlərdə, məlumat 
daşıyıcılarında qeyd edilməsi və əks etdirilməsi əməliyyatları baş verir. 
İ

Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin