Microsoft Word diplom isi n'rmin docx



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə16/39
tarix27.10.2022
ölçüsü0,57 Mb.
#118723
1   ...   12   13   14   15   16   17   18   19   ...   39
diplom-isi-nrmin

təkmilləşdirilməsi 
İ
KT-nin təhsil sisteminə daxil olması, tədris prosesinin informasiyalaşdırılması 
bütün təhsil işçilərindən yeni bacarıq və vərdişlərə yiyələnməyi tələb edir. Təhsil 
sistemi işçilərinin İKT üzrə hazırlığı və təkmilləşdirilməsi aşağıdakıları özündə 
birləşdirir: 
 ümumtəhsil məktəblərində pedaqoji kadrların hazırlanmasının, təhsilin informasiya-
laşdırılması konsepsiyası nəzərə alınmaqla yenidən qurulması; 
 təhsil işçilərinin İKT sahəsində bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün
idarəetmə və metodiki sisteminin yaradılması. Müxtəlif kateqoriyalı təhsil işçilərinin 
İ
KT savadının artırılması üçün müvafiq proqramlara cəlb edilməsi.Müəllimlərə yalnız 
İ
KT avadanlıqlarından istifadə qaydaları deyil,həmçinin onların tədris prosesinə 
inteqrasiya etməsi üçün praktik vərdişlər də verilməlidir; 
 informatika müəllimlərinin öz məktəblərində digər fənn müəllimləri üçün
kompüter savadlılığının artırılması məqsədilə kursların keçirməsinin təşkil edilməsi; 
 İKT-dən istifadə edən fənn müəllimlərinin və informatika müəllimlərinin 
qiymətləndirilməsi üçün motivasiyası sisteminin hazırlanması; 
 informatika müəllimlərinin təkmilləşdirilməsinin daha sürətlə aparılması və 
onlardan təkmilləşmə prosesində trener kimi istifadə; 
 regionlarda təhsil işçilərinin İKT üzrə hazırlanması və təkmilləşdirilməsi üçün 
müvafiq qurumların yaradılması və onların təkmilləşdirilməsi prosesində müntəzəm-
liyin və sistemliliyin təmin olunması; 
3.
  Təhsil müəssisələrinin İKT avadanlığı və İnternet resursları ilə təminatı,servis 
infrastrukturunun yaradılması  
Təhsil müəssisəsinin İKT avadanlığı ilə təminatı və onların tədris prosesinə 
inteqrasiyası vahid təhsil-informasiya sisteminin yaradılmasına xidmət edir.Təhsil 


23 
müəssisələrinin İKT avadanlığı və internet resursları ilə təminolunma prosesi aşağı-
dakıları nəzərdə tutur: 
 kompüter sinifləri,İKT avadanlığı (printer, skaner, rəqəmsal kamera, proyektor və 
s.),internet və effektivliyin artırılmasına xidmət edən digər vasitələrlə təminat; 
 təhsilin idarə edilməsi prosesinin avtomatlaşdırılması üçün avadanlıq,proqram 
təminatı və təhsil sahəsinin bütün istiqamətləri üzrə proqram-metodiki təminat; 
 təhsil müəssisəsindəki bütün kompüterlərin şəbəkəyə qoşulması və mövcud 
avadanlığın proqram-texniki xidmət infrastrukturunun yaradılması; 
 təhsil portalının hazırlanması,məktəblərin və təhsil şöbələrinin internet resurslarının 
yaradılması,elektron tədris vəsaitlərinin şəbəkə variantlarının işlənməsi və istifadə 
üçün yerləşdirilməsi,İnternet/İntranet bağlantısının təşkili və s. 
Müxtəlif fənlərin tədrisinin gerçəkləşməsi üçün nəzərdə tutulan kompüter sinifləri 
məktəbin özəyinə çevrilməlidir. Odur ki, müxtəlif fənlərin tədrisində İKT-dən daimi 
olaraq və səmərəli istifadə üçün məktəblər lazımi sayda kompüter sinifləri ilə təchiz 
olunmalıdır.Kompüter siniflərindən maksimum istifadə üçün şərait yaradılmalı, 
dərsdənkənar vaxtlarda onların imkanlarından səmərəli istifadə mexanizmi hazırlan-
malıdır. 
Məktəblərə İKT avadanlığının kütləvi şəkildə verilməsi və təhsil müəssisələrinin 
infrastrukturu servis xidmətinin qurulmasını zəruri edir.Texniki xidmət işi
avadanlığın əsaslı təmirini və informasiya-metodiki köməyin göstərilməsini əhatə 
etməlidir.Bunun üçün isə bütün ölkədə servis xidmətinin təşkilati strukturu 
formalaşmalı, texniki dəstək üzrə texniki-normativ və metodiki təminat yaradılmalı, 
bütün səviyyələrdə servis xidmətinin təşkili üçün kadrlar hazırlanmalı, maddi-texniki
baza və “qaynar xətt” sistemi yaradılmalıdır.  
4.

Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin