34
internet şəbəkəsinin sürətindən asılı olur.Elektron poçt xidmətinin didaktik
xüsusiyyətlərinə kompüterin özündə hazırlanmış və
ya fayl şəklində kompüterin
yaddaşında saxlanılan informasiyanın mübadiləsi, qəbul olunmuş informasiyanın
kompüterin yaddaşına yazılması, onun üzərində redaktə işlərinin aparılması imkanları
və həmin informasiyanın digər E-ünvanlara göndərilməsi imkanları,daxil olan
informasiyanın kompüterin monitorunda birbaşa canlandırılması imkanları aid edilir.
Bu xidmətdə həmçinin virtual tədris qruplarının yaradılması , qrup üzvləri ilə asinxron
informasiya mübadiləsinin aparılması mümkündür. Kompüterdə işləmək üçün bir neçə
sadə komandanı bilən hər kəs internetin bu ən populyar xidmətindən istifadə edə bilər.
Həm öyrədənlər, həm də öyrənənlər üçün Elektron poçt xidməti dərslərə daha yaxşı
hazırlaşmağa, bu məqsədlə digər tədris iştirakçıları
ilə müzakirələr aparmağa və
qərarlar verməyə, verilmiş qərarların icrasını nəzarətdə saxlamağa, eyni zamanda FTP
serverlərdə saxlanılan informasiyanın axtarılıb tapılmasına imkan yaradır.
İnternet şəbəkəsində didaktik imkanların reallaşdırılması məqsədi ilə istifadə edilən
digər bir xidmət növü isə “elektron kitabxana”dır. Elektron kitabxana kitabların,
müəssisə daxili əmr və sərəncamların, müxtəlif təlimat və göstərişlərin və s.
çeşidlənmiş formada toplandığı, axtarış sistemi ilə təmin olunmuş elektron sənədlərin
saxlandığı məlumatlar bazasının idarəolunması sistemlərinə deyilir. Elektron kitabxana
həm də özündə müxtəlif təyinatlı elektron məlumatları saxlayan veb səhifə kimi də
hazırlana bilər. Bu növ elektron bazalar həm universal, həm də ayrı-ayrı ixtisaslaşmış
bazalar şəklində də yaradıla bilər.Elektron kitabxanaların yaradılması
və onlardan
geniş miqyaslı istifadənin təşkili əsasən təhsil müəssisələrinin nəzdində fəaliyyət
göstərən ənənəvi kitabxana resurslarının işinin yeni tələblər əsasında qurulmasına
yönəlmişdir. Onun tətbiqi kitabxana resursları haqqında daha geniş, dəqiq və operativ
məlunat alınması imkanlarını təmin edir. İstifadəçi elektron kitabxananın
xidmətlərindən istifadə edərkən konkret sorğulara konkret cavablar alır
və bu da ilk
növbədə vaxt itkisinin qarşısının alınmasına kömək edir. Əgər elektron kitabxananın
işi şəbəkədə və xüsusilə də qlobal şəbəkədə təşkil olunursa, onda bu səmərə dəfələrlə
artmış olur.Bu xidmət tədris prosesinin səmərəli təşkili üçün geniş imkanlar açır,
kitabxana üzrə avtomatlaşdırılmış axtarış və naviqasiya sistemlərinin imkanlarından
35
istifadə etmək həm öyrənənlər, həm öyrədənlər, həm də tədris prosesinin bütün digər
iştirakçıları üçün prosesin təşkilinə yaxşı şərait yaradır. Bu gün dünyanın ən böyük
elektron kitabxanası Çin Xalq Respublikasında fəaliyyət göstəriri. Bu kitabxana 12
milyon müxtəlif elektron sənəddən ibarət məlumatlar bazasını özündə cəmləşdirir.
Kitabxanaya müraciət internet şəbəkə vasitəsilə aparılır. Kitabxananın ən maraqlı
cəhəti müəllif hüquqlarının qorunmasına önəmli yer verməsidir.
Dostları ilə paylaş: