Distant təhsilin xarakteristikalarına əsasən aşağıdakılar aiddir: Kursun struktur quruluşunun özəllikləri: Distant təhsil zamanı öyrənənin mühazirə mətnlərini və digər elektron tədris
materiallarını yazmasına ehtiyac qalmır. O, təklif olunan bütün materialları istifadə
etdiyi yaddaş qurğusunda saxlamaqla arxivləşdirə bilir və istədiyi vaxt, istədiyi yerdə
və şəraitdə həmin materialı oxuyub öyrənmək imkanı əldə edir. Burada kursun
materiallarını hazırlayanların işindən çox şey aslıdır. Mətn və materiallar elə
hazırlanmalıdır ki, onlar yorucu olmasın , daha da cəlbedici olsun. Bu məqsədlə,
xüsusi dizayn və prezentasiya proqramlarının imkanlarından istifadə etmək məsləhət
görülür. Kursun mümkün qədər sadə və anlaşıqlı formada hazırlanması vacib
şə
rtlərdən hesab olunur.
Kommunikasiya imkanları və vasitələri: Distant təhsil texnologiyasının tətbiqi informasiyanı, məlumatları və digər tədris
yönümlü materialları istifadəçilərə (öyrənənlərə) çatdırmaq və həmin növ materialları
onlardan qəbul etmək üçün xüsusi aparat və proqram vasitələri ilə təminatı tələb edir.
Bu vasitələrə kompüter dəsti, printer, skaner, proyektor, modem, telefon, televizor,
faks və digər şəbəkə qurğuları və bu qurğuların normal iş rejimini və internetin
didaktik imkanlarından yararlanmanı təmin edə biləcək proqram vasitələri aid edilə
bilər. Bundan əlavə rabitə mühitinin imkanları da təhsil mühitinin imkanlarına mütləq
cavab verməlidir. Öyrənənlərləəlaqələrin qurulması vəəlaqələrin dəstəklənməsi məsələləri: Ə
nənəvi təhsil formasında olduğu kimi distant təhsil forması da özünəməxsus
müxtəlif təlim metodları ilə zəngindir. Bu metodların əsas məqsədi və qarşıya
qoyduqları vəzifələrdən ən başlıcası (demək olar ki, həm də ortada olan ən böyük
problem) öyrənənlərin biri-biri ilə və öyrədənlərin bu virtual qrup üzvləri ilə qarşılıqlı
ə
laqələrinin sıx təşkilinə yönəlmişdir. Bu istiqamətdə müəyyən işlərin görülməsinə və
vasitələrin işlənməsinə baxmayaraq (çat, elektron, audio və video konferensiya və
digər) hələ də müəyyən işlərin görülməsinə ehtiyac vardır[13, s.22].