Microsoft Word yeni vəSAİT. docx



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə102/131
tarix05.11.2022
ölçüsü1,28 Mb.
#119024
1   ...   98   99   100   101   102   103   104   105   ...   131
ADIAK-YENI VƏSAİT

Bank zəmanətinin təsviri. Bank zəmanəti – müştəri (alıcı / borclu / prinsipal) 
öhdəliklərinə uyğun qaydada digər tərəfə (satıcıya / kreditora / benefisiara) ödənişi 
həyata keçirmədikdə, Bankın (zaminin) digər tərəf qarşısında, onun yazılı tələbinin 
və ya zəmanət (qarantiya) məktubunda göstərilən digər sənədlərin təqdim olunması 
müqabilində ödənişi həyata keçirəcəyi barədə yazılı təminatıdır. Beynəlxalq bank 
zəmanəti – Bankın xaricdə olan tərəf qarşısında, onun yazılı tələbinin və ya zəmanət 
məktubunda göstərilən digər sənədlərin təqdim olunması müqabilində ödənişi 
həyata keçirəcəyi barədə yazılı təminatıdır. Bank zəmanəti – müqavilə təşkil 
edilərkən risklərin sığortalanmasının bir növüdür. Belə sığortalanmanın mahiyyəti 
ondan ibarətdir ki, müqavilə iştirakçısının (prinsipial) xahişi ilə tərəflər arasında 
bağlanan müqavilə üzrə riskləri bank, sığorta şirkəti və yaxud digər hüquqi şəxs 
(zəmanət) üzərinə götürür. Zəmanət yazılı formada təqdim edilir. Kreditor 
qarşısında prinsipial tərəfindən öz öhdəliklərinin yerinə yetirilməməsi halında zamin 
sonuncunun bütün zərərlərini və yaxud zəmanətdə qeyd olunmuş həcmdə zərəri öz 
üzərinə götürür. İqtisadi cəhətdən zəmanət bir çox hallarda zaminlikdən fərqlənmir. 
Daha doğrusu, zaminlikdə olduğu kimi bank zəmanəti borcalanla müqavilə 
imzalayan zaman kreditorun qazandığı riskləri sığortalayır. Lakin bu iki anlayış 
arasında fərqlər də mövcuddur. Müqavilənin bir hissəsi olan zaminlikdən fərqli 
olaraq, bank zəmanəti təmin etdiyi müqavilənin bir hissəsi hesab edilmir. Zəmanət 
verənin öhdəliyi müqavilənin inkişafından asılı olaraq dəyişə bilməz. Bank zəmanəti 
müəyyən müddətə verilir və zamin tərəfindən ləğv edilə bilməz. Bank zəmanətində 
üç tərəf iştirak edir: zamin, prinsipial (borcalan) və benefisiar (kreditor). Bank 
zəmanəti prosesində zamin qismində istənilən maliyyə-kredit təşkilatı və yaxud 
sığorta şirkəti oynaya bilər. Burada borcalan qismində isə hər hansı məhsul və yaxud 
xidmət təchizatçısı, alıcı, bank borcalanı və s. ola bilər. Benefisiar – bank zəmanəti 
ilə təmin edilən müqavilədə kreditor rolunu oynayan şəxsdir. 


AzTU 
“Humanitar fənlər” kafedrası 
 
 
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 
 
155 
Təşəkkür məktubu bəzi istəklərin, tapşırıqların, işbirliyinin yerinə yetirilməsinə 
görə minnətdarlığını ifadə edən qeyri-kommersiya xarakterli bir iş növüdür.

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin