AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
156
Sizi “Şahdağ” şirkətinin yaranmasının 10 illik yubileyinə həsr olunmuş təntənəli
yığıncaq mərasiminə dəvət edirik. Yığıncaq Ş.Əzizbəyov küç., 10. ünvanında saat
16. 00-da şirkətin baş ofisinin konfrans-zalında keçiriləcəkdir.
“Şahdağ” şirkətinin müdiri A.Əliyev
Tapşırıq. Aşağıdakı nümunədə məktubun hansı növü göstərilib?
Məlumat veririk ki, şirkətimizin məhsullarından ibarət sərginin müddətinin 3
həftəyə qədər uzadılması təklifi ona göstərilən yüksək səviyyəli maraq səbəbindən
qəbul olunacaqdır.
Tapşırıq. Zəmanət məktubunun mətni, digər məktubların növündən fərqli olaraq,
göndərən tərəfindən götürülmüş öhdəlikləri izah edən yazıları ehtiva edir. Aşağıda
qeyd olunan açar ifadələrdən istifadə edərək zəmanət məktubu yazın.
"Bu məktubla təsdiqləyirik ...";
"Ödənişə zəmanət veririk";
"Ödəniş məbləğində ... müqavilədə göstərilən şərtlərə uyğun olaraq zəmanət
veririk ...";
"Sazişdə nəzərdə tutulmuş ödəmə şərtlərinə uyğun olaraq kreditin qaytarılmasına
zəmanət veririk ...";
"Göstərilən xidmətlər üçün ödənişin qəbul şəhadətnaməsi imzalandığı gün
ödəniləcəyinə zəmanət veririk ...".
Dostları ilə paylaş: