Elektron poçt. Elektron poçt (ing. Electronic Mail və ya E-Mail) — ünvan
sahibinin asudə vaxtlarda açıb və oxuduğu rəqəmli poçt qutusuna göndərilən
elektron poçt, mətn göndərişləridir. E-mail hazırkı dövrdə insanlar arasında ən çox
yayılmış ünsiyyət növüdür. Bu ünvan bir neçə saniyə ərzində İnternet
şəbəkəsinin yerləşdiyi istənilən yerə nəinki mətn, veb-səhifə, hətta məktub halında
olan istənilən faylı göndərməyə imkan verir. ABŞ və Avropadan başlayaraq bu
rabitənin adı "e-mail" və ya "email" formasında yazılır. İlk elektron poçt da bir çox
texnoloji yeniliklərin başlanğıcı kimi əsgəri işlərdən ötəri çıxmışdır. 1960-cı illərin
sonlarında hərbi sistem üçün sistemlər inkişaf etdirməyə çalışan Rels Tomlinson ilk
olaraq 1971-ci il oktyabr ayında iki kompüter arasında fayl mübadiləsini həyata
keçirmişdir. Tomlinson "The Times" qəzetinə müsahibəsində deyirdi: "İlk e-
mail`imdə nə yazdığımı mən də xatırlamıram. Yalnız aralarında bir metr məsafə olan
iki kompüter arasında həyata keçirilən fayl transferi idi. Mesajlaşma üçün kiçik bir
addım, insanoğlu üçün isə böyük bir sıçrama idi."
Abonent@ünvan
- @ ("ət"
və
ya
"doq")
işarəsi kompüterə məktubun
göndərildiyi server ünvanı ilə abonentin adını ayırmağa kömək edir. Burada abonent
dedikdə həmin serverin məktubu köçürəcəyi şəxsi kataloq nəzərdə tutulur. Bu
kataloq serverdə istifadəçinin ora daxil olana və ya saxlama müddəti qurtarana qədər
qalır. Abonentin adını istifadəçi özü seçir. Sonra o poçt ünvanının qeydiyyatını
keçirir və proqram təminatını nizamlayır. Bütün bu əməliyyatlardan sonra elektron
ünvanla işləmək olar. Müasir dövrdə ən geniş yayılmış poçt hostinq serverləri
kimi Gmail.com, Yahoo!, Hotmail tanınır.
MDB
məkanında
isə Yandex, Mail.ru, Rambler kimi poçt servisləri məşhurdur. gov – hökumət
qurumlarına aid veb və ya elektron poçt ünvanlarını göstərən suffiks (government –
hökumət).