Reklam mətnlərinin işlənib hazırlanmasına aid nümunələr və komunikativ məzmunlu sual və tapşırıqlar üzərində praktik işlər Tapşırıq. Suallara cavab verin.
1. Reklam nədir?
2. Reklam hansı vasitələrlə çatdırılır?
3. Reklam mətninin əsas vəzifələri hansılardır?
4. Dil mediası nədir?
5. Reklamın şifahi mətni neçə hissədən ibarət olur?
Tapşırıq. Müstəqillik illərində Azərbaycan dilinin milli dil kimi saflığının
qorunması və inkişafı üçün kifayət qədər qərarlar və qanunlar qəbul edilsə də, bu
qərarların icrasında ciddi nöqsanlar, boşluqlar qalmaqdadır. Reklamların dilində
hansı ciddi problemlər müşahidə edilir?
Tapşırıq. Küçə və prospektlərdə müşahidə etdiyiniz reklam mətnlərindəki norma
pozuntular haqqında hansı fikirləri irəli sürə bilərsiniz? Fikirlərinizi nümunələr
gətirərək əsaslandırın.
Nümunə üçün deyək ki, “oboy evi” kimi məntiqsiz adların qoyulması yerinə, “divar
kağızı” və ya “ehtiyyat hissələri” söz birləşməsindəki ehtiyat sözündə iki y hərfinin
qeyd olunması orfoqrafik normanın pozulmasıdır.
Tapşırıq. Müşahidələr sübut edir ki, Azərbaycanın xüsusilə efir məkanında nümayiş
etdirilən reklamlar xaricdən ölkəmizə idxal edilən məhsulları əhatə edir Reklamlarda
daha çox millilik, milli xüsusiyyət, milli təqdimat çatmır. Tərcümələr düzgün
aparılmır. Onların dilimizə tərcüməsi isə bərbad vəziyyətdədir. Bunun qarşısını
almaq üçün hansı tədbirlərin görülməsi məqsədəuyğun olar? Fikirlərinizi nümunələr
əsasında formalaşdırın.
AzTU “Humanitar fənlər” kafedrası Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 169
Mövzu 21 1. Akademik məqsədlər üçün dil.