Microsoft Word yeni vəSAİT. docx



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə123/131
tarix05.11.2022
ölçüsü1,28 Mb.
#119024
1   ...   119   120   121   122   123   124   125   126   ...   131
ADIAK-YENI VƏSAİT

Seminarda çıxış. Təqdimat üslubu sizə nə qədər vaxt ayrılmasından asılıdır. 
Bu konferensiya və tərəfdaş qarşısında olan çıxış arasında ortaq bir şeydir. Sizin 
məqsədiniz təqdimatın auditorya tərəfindən tam başa düşülməsidir. Ona görədə 
təqdimat kütləvilikdən daha mürəkkəb texniki xardalıqlara qədər rəvan keçidlə 
təmin edilməlidir. Mühazirə saat yarım çıxış edən şəxs bu halda daha geniş 
imkanlara malikdir və mövzunu tam açmaq üçün müxtəlif vasitələrdən istifadə edə 
bilər. Ancaq bu qədər müddət ərzində dinləyicilərin diqqətini saxlamaq olduqca 


AzTU 
“Humanitar fənlər” kafedrası 
 
 
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 
 
179 
mürəkkəbdir. Dinləyicilərin maraqlarını itirməmək əvvəlcə toxunulan məsələnin nə 
üçün lazım olduğu onlara çatdırılmalı, istifadə sahələri haqqında qısada olsa 
məlumat verilməlidir. Əgər çıxış edən auditoriya qarşısında özünü inamsız hiss 
edirsinizsə onda mətn yazılmalı və əzbərdən öyrənilməlidir. Səhifə yarım materialın 
çıxışı təxminən 7 dəqiqə çəkir (format А4, keql 12 р1). Səliqəli olmağın mənası var. 
Səliqəsiz slaydlar şübhə doğurur və məruzəçinin işə ciddi yanaşmadığına dəlalət 
edir. Titul səhifəsində mövzu və müəllif haqqında məlumat olmalıdır. Müdafiə 
zamanı elmi rəhbərin adı və familiyası təşkilatın adı göstərilməlidir. 
Konferensiyalarda konferensiyanın adı və vaxtı göstərilməlidir. Bu həmkarlar 
arasında informasiya mübadiləsi olduqda və təqdimat İnternetə qoyulduqda əlavə 
şərhə ehtiyac olmaması üçün edilir. Optimal slaydların sayı 6-11 arasında olmalıdır. 
Mətnin böyük həcmi və kiçik şrift təqdimatın qavranmasını ağırlaşdırır. Digər 
tərəfdan mətnin azlığı təqdimatın səthi və pis hazıralnamsı təəssüratını yaradır. Ən 
geniş yayılmış səhv slaydı sözbəsöz oxumaqdır. Yaxşı hal slayda materialın ətraflı 
təqdim edilməsi, müəllifin isə onun mahiyyətin izah etməsidir. Slayddakı məlumat 
nitqdən fərqli olaraq ciddi və səliqəli olmalıdır. Bir slaydan digərinə keçid 1-2 
dəqiqə ərzində, mühazirələr zamanı isə 5 dəqiqəyə qədər. Qısa çıxışlarda 1-2 
slayddan istifadə edilməsinə yol verilir. Dinləyicilər həm slayddan həmdə 
eşitdiklərindən məlumatı mənimsəmək imkanına malik olmalıdırlar. Slaydlarda əsas 
məlumatların üstündə mümükün qədər dayanmaq olar. Qrafikli slaydları üstündən 
tez keçmək olar. Cədvəllər üzərində dayanarkən sətir və sütünların müvafiq olaraq 
nəyə uyğun olduğunu göstərmək lazımdır. Məruzənin əsas ideyasını başa düşmək 
üçün lazım olan işarə və anlayışları daxil edin. İstənilən işarəyə onun istifadəsinə 
qədər izahat vermək lazımdır. İzahları mümkün qədər qısa və dolğun vermək 
lazımdır. Ağır ifadələri mümkün qədər sadələşdirmək lazımdır. Qısa çıxışlarda eyni 
fikri müxtəlif sözlərlə ifadə etmək vaxta qənaət nöqteyi nəzərindən məqsədəuyğun 
deyildir. Mühazirələrdə əksinə olaraq deyilən mühüm fikirlərə yenidən qayıtmaq, 
onlara digər nöqteyi nəzərdən baxmaq alqışlanır. Başa düşülməyən ifadələri 
təqdimatdan çıxarmaq lazımdır. Təqdimatın davam etmə vaxtı və hazırlıq dərəcəsi 
təqdimat üçün ona veriləcək vaxtı müəyyənləşdirir. Elə fikirləşmək lazım deyildir 
ki, təqdimata üç saat vaxt sərf edilərsə o yaxşı çıxış olacaqdır. Slaydda ən vacib 
sözləri və hissələri rəngləməklə fərqləndirmək olar. • Söz və slaydlar üst-üstə 
düşməməlidirlər, onda təqdimat “həcmli” alınır. Slaydlar daha çox texniki xarakterli 
məlumatlara malik olmalıdırlar (cədvəl, qrafiklər, sxemlər və s.). • Təqdimat 


AzTU 
“Humanitar fənlər” kafedrası 
 
 
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 
 
180 
hazırlanması mərhələləri: • 1. Birinci və ikinci səviyyəli təqdimat, əsas ideyaların 
ayrılması, planının tərtib edilməsi. • Elmi təqdimatın quruluşu təxminən elmi 
məqalələnin quruluşu kimidir: • MS PowerPoint Təqdimat üçün ən çox edilən 
seçimdir. Əgər slaydda ifadələr (formullar) çoxdursa onları tam MS Word vasitəsilə 
yığmaq lazımdır.

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin