Microsoft Word yeni vəSAİT. docx


Akademik yazı - elmi iş (referat, tezis, məqalə, kurs işi, kurs layihəsi, dissertasiya



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə124/131
tarix05.11.2022
ölçüsü1,28 Mb.
#119024
1   ...   120   121   122   123   124   125   126   127   ...   131
ADIAK-YENI VƏSAİT

 
Akademik yazı - elmi iş (referat, tezis, məqalə, kurs işi, kurs layihəsi, dissertasiya 
və s.) yazmaq və hazırlanması qaydalarına aid nümunələr üzrində praktik işlər 
 
Tapşırıq. Suallara cavab verin.
1. Elmi tədqiqat üzrə icmal məqalələri necə hazırlanmalıdır? 
2. İcmal məqalənin hansı növləri vardır? 
3. Elmi işlər zamanı təqdimatlar necə hazırlanır? 
4. Elmi təqdimatlar ən çox hansı proqram vasitəsi ilə həyata keçrilir? 
5. Akademik yazı qaydaları necə tərtib olunmalıdır? 
Tapşırıq. Aşağıda sadalanan sistemlərin köməyi ilə təqdimat hazırlayın. 
Slaydın ideyası təqdimatın əsas qayəsini necə açıqlamalıdır? 
Slaydda nə təqdim olunmalıdır?
Slaydda nədən danışılmalıdır? 
Növbəti slayda keçid necə olmalıdır? 
Tapşırıq. Tələbə, magistrant, doktorant və gənc tədqiqatçılar öz elmi (və 
ya ) fikirlərini yazılı formada çatdırmaq üçün tezis, məqalə, dissertasiya və 
s. yazmaq haqqında tapşırıq alır. Bu tapşırıqların öhdəsindən gəlmək üçün iki və ya 
üç səhifədən ibarət məqalə hazırlayın.
Tapşırıq. Aşağıda verilmiş məqalənin xülasəsini tərtib edin.
 
Səhvi özündə axtarmaq gözəl əxlaqın göstəricisidir. 
 
İnsanlar bir problemlə qarşılaşdıqları zaman səhvi öncə özlərində deyil, qarşı 
tərəfdə axtarmağa meyil edirlər. Özlərini haqlı çıxarmağa çalışaraq, dəlillər tapmağa 
cəhd göstərir və bu dəlillərə əsaslanaraq hadisələri və ya mövzuları birtərəfli şəkildə, 


AzTU 
“Humanitar fənlər” kafedrası 
 
 
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 
 
181 
yalnız öz tərəflərindən qiymətləndirirlər. Halbuki çox vaxt hər hansı bir hadisədə hər 
iki tərəfin də haqlı olduğunu göstərən dəlil tapmaq olar. Bəzən bir adam 100% haqlı 
ola bilər. Amma çox zaman 5%-lik bir nisbətdə də olsa, qarşı tərəfin də özünə görə 
haqlı olduğunu göstərən bir səbəb olur. Bu 5%-lik hissə də onun tamamilə haqlı 
olduğuna inanması üçün kifayət edir. Az da olsa əlində haqlılığına dair bir dəlil 
olması, digər tərəfin 95% haqlı olduğuna aid dəlilləri görə bilməməsinə səbəb olur. 
Bəzən də iki fərqli aspektdən yanaşanda, bir hadisənin iki fərqli görünüşü ola bilər. 
Hadisəyə bir tərəfdən yanaşan insanın diqqətini çəkən detallar bir cür, həmin 
hadisəyə digər tərəfdən yanaşan şəxsin fikirləri tamamilə başqa cür olur. Məsələn, 
bir adam uzaqdan baxanda, birini yemək yeyərkən gördüyünü sanır. Halbuki ortada 
göz yanılması var. Yaxından baxdığı zaman, əslində, bu adamın yeməkdən yalnız 
bir qaşıq götürüb qoxuladığı və sonra yerinə qoyduğunun fərqinə varır. Bəzən 
insanlar bu cür vəziyyətdə qarşı tərəfin məlumatlarına sahib olmadıqlarından öz 
bildiklərində israr edər və hətta digər tərəfi doğru danışmamaqla ittiham edə 
bilərlər. 
Bəzən də bir insan həqiqətən haqlı ola bilər. Amma buna baxmayaraq, qarşı tərəf 
bəzən təkəbbür, bəzən nəfsini müdafiə etmək arzusu, ya da hirs kimi səbəblərlə 
mövzunun əksini iddia edə bilər. Burada bir neçə misalla açıqlanan vəziyyətlərdə 
insan (doğruluğundan 100% əmin olsa belə) səhvi əvvəl özündə axtararaq ən gözəl 
olan davranış üslubunu seçməlidir. Bu, hər şeydən öncə Quran əxlaqının tələbidir. 
Yəni təvazökarlığın, yetkinliyin, səmimiyyətin, əmin-amanlığın və nəzakətin 
tələbidir. İnsan nə qədər haqlı olsa da, qarşı tərəfi birbaşa günahlandıran üslubdan 
istifadə etməməlidir. Allah möminlərə bir-birləri üçün "sözün ən gözəlini 
söyləmələrini" bildirir və bu cür vəziyyətlə qarşılaşarkən gözəl olan davranış qarşı 
tərəfi birbaşa təhqir etmək və ya əsəbi üslubdan istifadə edərək haqlı olduğunu sübut 
etmək deyil. Mömin mütləq təvazökar üslubla "mən səhv görə bilərəm", "yəqin 
mənə elə gəlmişdir", "mən unuda və ya yanıla bilərəm", "səhv xatırlaya bilərəm" və 
s. kimi səmimi üslublarla əvvəlcə ortadakı səhvin səbəbini özündə axtarar.Həqiqətən 
də, insan acizdir. O, çox rahatlıqla unuda, yanıla, səhv xatırlaya, hadisələri, adları 
bir-birinə qarışdıra bilər. Bu səbəbdən, aciz olduğu halda özünün səhvsiz olduğunu 
iddia etməz.Həmçinin, mömin əxlaqında nəzakət böyük əhəmiyyət kəsb edir. Bir 
mövzuda doğru olanı müdafiə etmək qarşı tərəfi incitmək, narahat etmək, çaxnaşma 
və ya mübahisə mühiti yaratmaq demək deyil. Mömin xatırlatma və ya tənqid etdiyi, 
ya da həqiqəti dilə gətirdiyi zaman mütləq qarşı tərəfi ən az narahat edəcək tərzdə, 


AzTU 
“Humanitar fənlər” kafedrası 
 
 
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 
 
182 
mühiti gərginləşdirməyəcək, sevgi dolu, nəzakətli, mübahisə yaratmayan mülayim 
bir üslub seçməlidir. Həmçinin, belə bir əxlaq göstərilərkən, yəni haqlı olduğu 
zaman səhvi öz üzərinə götürən adam təvazökar, sevgi dolu bir üslubla yaxınlaşarsa, 
səhvi olan adam da bu gözəl davranışdan utanıb eyni təvazökarlıqla cavab verməyə 
cəhd edər. Belə bir əxlaqın yaşanması nəticəsində səhvi olan adamın öz səhvini asan 
şəkildə görüb qəbul etməsinə zəmin yaranar. Bu səbəbdən, müsəlman əxlaqı ilə 
gözəl nümunə göstərərək qarşı tərəfin də eyni əxlaqla hərəkət etməsinə vəsilə olar. 
Hirsli şəkildə haqlılıq iddiası ilə mübahisə etməklə qarşı tərəfə haqlı olmadığını 
göstərməkdənsə, bu səmimi əxlaqın yaşanması, Allahın diləməsilə, daha gözəl 
nəticəyə vəsilə olar. (Ya Rəsulum!) Bəndələrimə de: "gözəl sözlər 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin