Microsoft Word yeni vəSAİT. docx



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə21/131
tarix05.11.2022
ölçüsü1,28 Mb.
#119024
1   ...   17   18   19   20   21   22   23   24   ...   131
ADIAK-YENI VƏSAİT

 
Tapşırıq. Verilmiş nümunəyə uyğun maraqlı və aktual mövzularda çıxışlar 
hazırlayın və təqdim edin.

Nümunə: İnsanlar qarşısında çıxış təcrübəli və ya təcrübəsiz bir çox insanın 
qorxulu yuxusu hesab edilir. “Özümü doğru ifadə edə bilməsəm”, 
“Utanıram”,”Hər hansı bir səhvim olarsa” kimi səbəbləri əsas gətirərək bir çox 
adam topluluq qarşısında çıxışdan çəkinir. Ancaq bu qorxunuz professional 
həyatınızda sizin bir addım geridə qalmanıza səbəb olmamalıdır. Karyera 
pillələrində irəliləyən hər kəsin bir gün müəyyən sayda kütlə qarşısında çıxışı 
qaçılmazdır. Hətta idarəçilər və rəhbər vəzifədə çalışanların müxtəlif təqdimatlarla 
çıxışı iş həyatlarının olmazsa olmazı hesab edilir. Bəs ovuc içləri tərləmədən, 
mimika və jestlərə sahib olaraq arzulanan çıxışla insanların qarşısına çıxmaq üçün 
nələrə diqqət etmək lazımdır? 
Þ Çıxış zamanı istədiyiniz nəticəni əldə etmək üçün əvvəlcədən hazırlaşın. 
Mütəşəkkil olun, açar sözləri və çıxış mövzusunun başlıqlarını qeyd edərək 
mətn hazırlayın. Çıxış zamanı açar sözlərə baxaraq çıxışınızı həyata 
keçirməyə çalışın. Çıxışın bütününü hazırladığınız mətndən oxumaq isə həm 
sizdə stresə səbəb olacaq, həm də dinləyici tərəfindən müsbət 
qarşılanmayacaq bir amildir. 
Þ Nitq zamanı “ııııı”, “eee” kimi səslər çıxarmaq gündəlik nitqdə ən çox 
təkrarlanan xətalar arasında yer alır. Əgər nitq zamanı davamlı olaraq bu 
kimi səhvlərə yol verirsinizsə nisbətən asta templə danışaraq bu problemi 
həll edə bilərsiniz. Burada önəmli olan bir sonraki sözün nə olacağını 
düşünmək üçün özünüzə qısa bir zaman fürsəti vermənizdir. 
Þ Nitq zamananı müəyyən bir ritmə riayət etməyə çalışın. Mətn hazırlayarkən 
uzun cümlələr qurmaqdan çəkinin. Qısa və konkret cümlələr qurun, təsirli 
bir nitq üçün isə mətnin məğzini xüsusilə vurğulamağa çalışın.Yaxşı bir nitq 
üçün nəfəs alışınızı və nitq ritminizi uyğunlaşdırmanız da önəmlidir. 


AzTU 
“Humanitar fənlər” kafedrası 
 
 
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 
 
31 
Þ Çıxışınızı güzgü qarşısında etməniz buraxdığınız səhvlərinizi görməyə imkan 
verəcək. Güzgü qarşısındaykən üz ifadənizə, duruşunuza, əl-qol 
hərəkətlərinizə diqqət edin. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin