Microsoft Word yeni vəSAİT. docx



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə34/131
tarix05.11.2022
ölçüsü1,28 Mb.
#119024
1   ...   30   31   32   33   34   35   36   37   ...   131
ADIAK-YENI VƏSAİT

AzTU 
“Humanitar fənlər” kafedrası 
 
 
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 
 
50 
qəzəbindən qoruya bilmişdi. Dünya tarixində ən güclü natiq kimi məşhurlaşan 
Demosfen bütün ömrünü vətəninə həsr etmiş və onun azadlığı uğrunda mübarizədə 
həlak olmuşdur. Ölümündən 42 il sonra 280-cı ildə Afinada Demosfenin heykəli 
ucaldılmışdı. Lakin burada bir şeyi unutmamalıyıq ki, hər adam rəssam, bəstəkar, 
heykəltaraş, şair ola bilmədiyi kimi, natiq də ola bilməz. Natiq olmaq üçün də fitri 
qabiliyyət-istedad lazımdır, zəngin dünyagörüşünə malik olmaq vacibdir. Amma 
hər adam yox, istedadı olan şəxs öz üzərində ciddi çalışmaqla bu sənətin sirlərini 
dərindən öyrənərsə natiq ola bilər.
Natiqlik sənəti Yunanıstan mərhələsindən sonra Roma dövrünə qədəm qoyur. 
Eramızdan əvvəlki son yüzillikdə Roma Yunanıstanı işğal etməklə Ellin 
mədəniyyətinə də yiyələnir. Xüsusən humanitar elmlər estafetini qəbul edən 
Romanın filosof, alim və ictimai xadimləri poetika, qrammatika və ritori- kanın 
nəzəri problemlərini sistemləşdirirlər, natiqlik sənətinin incəliklərini və onlara 
yiyələnmək yollarını bütün incəliklərinə qədər izah və şərh edirlər. Mark Tulli 
Siseron (e.ə. 106-43), Qay Yuli Sezar (e.ə. 102-44), Mark Yuni Brut (e.ə. 85-43) 
və başqa alim və ictimai xadimlər Roma natiqlik sənətini bütün dünyada 
şöhrətləndirirlər.
Məşhur şərkərdə, natiq, dövlət xadimi, 49, 46, 44-cü illərdə dövlət başçısı 
seçilmiş Qay Yuli Sezar Romanın öz başçılığı altında elm qanunlarına uyğun 
dövlət olmasına çalışmış, müharibələrdə çox qanlar axıtmış və qalib gəlmişdi. Bu 
aman- sız diktator “Hall müharibəsi haqqında qeydlər”, “Vətəndaş müharibəsi 
haqqında qeydlər” adlı əsərlərində dövlətin rolunu cəmiyyətlə bağlamaqla yox, 
dövlət başçısının istəyi ilə qurmağı əsaslandırırdı. Yuli təqvimi islahatını həyata 
keçirmək üçün öz təklif və göstərişlərini vermişdi. Onun məhkəmələrdə vəkil kimi 
çıxışları stenoqramlaşdırılmış, indi də ilk nümunələr kimi saxlanılır və öyrənilir.
Demokratik fikirli ziyalı, siyasi xadim, yaş fərqlərinə baxmayaraq Qay Yuli Sezar 
və digər senatorlarla neçə illər dostluq etmiş Mark Yuni Brut natiqlik sənətinin 
sirlərini mükəmməl öyrənmiş, görkəmli natiq olmuşdur.
Antik dövrün ən məşhur natiqi, yazıçı, vəkil və görkəmli siyasi xadimi Mark Tulli 
Siseron özünün “Natiqlik haqqında”, “Brut, yaxud məşhur natiqlər haqqında” və 
“Natiq” traktatlarında natiqlik sənətinin tarixi, üslubiyyat və nitq mədəniyyəti 


AzTU 
“Humanitar fənlər” kafedrası 
 
 
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 
 
51 
məsələlərinin geniş izahını vermişdir. Roma natiqlik məktəbinin parlaq ulduzu 
Siseron iki suala cavab axtarırdı:
1. Kimə natiq demək olar? 
2. Hər adam natiq ola bilərmi? 
Eyni zamanda “Nəyi demək?”, “Harada demək?” və “Necə demək?” sualları da 
onu düşündürürdü. 
Siseron nitqin qarşısında isə üç tələb qoyurdu: 
1. Nitq öyrətməli, bilik verməlidir; 
2. Nitq dinləyiciyə güclü müsbət təsir göstərməlidir; 
3. Nitq söyləniləndə qulaq asanlara ləzzət verməlidir, həzz mənbəyi olmalıdır. 
Siserona görə: “Şairlər anadan şair doğulurlar, natiqlər isə ictimai-siyasi həyatda 
sonradan yetişirlər”. “Əsl natiq o şəxsdir ki, adi işlər haqqında sadə, böyük işlər 
haqqında əzəmətlə, orta səviyyəli işlər barədə isə yuxarıdakılar arasında orta 
mövqe tutan bir üslubda danışmağı bacarır”. Natiq öz zəhməti ilə elm və 
mədəniyyət , təlim və tərbiyə məsələləri ilə bağlı kitablardan bilik və məlumat 
toplamalı, nitqi gözəlləşdirən, onun təsir gücünü artıran, insanlara əsl insani 
keyfiyyətlər bəxş edən, onları kamilləşdirən fikirləri aşılamalıdır. O, “Natiq 
haqqında” əsərinin birinci hissəsində qeyd edir ki, natiq olmaq üçün birinci və ən 
zəruri şərt ona təbiətin bəxş etdiyi istedaddır. Axı natiq olmaq üçün dərin zəka və 
həssaslıq tələb olunur. Siseronun fikrincə, əgər istedad insanın gözəlliyidirsə, bu 
gözəlliyin rəngi natiqlikdir. Deməli, xüsusi istedad sahibləri natiq kimi yetişə bi- 
lər və bu sənəti zirvəyə qaldıra bilərlər. Hər adam natiq ola bilməz! Topladığı 
faktik materialları, müşahidə etdiyi hadisələri, zərurətdən doğan rəqəmləri, nəzəri 
ədəbiyyatdan götürdüyü mülahizələri və s. yadda möhkəm saxlamağı, yeri gəldikcə 
onlardan məharətlə istifadə etməyi bacarmaq böyük hünərdir. Ancaq müdrik adam 
həqiqi natiq ola bilər. Həqiqətən də natiqlik gözəllik haqqındakı elmlərə əsaslanır. 
Müdriklik və hazırcavablığı yüksək qiymətləndirən Siseron deyirdi ki, 
dinləyicilərin yorğunluğunu aradan qaldıran, məqamına düşən mənalı zarafatlar da 
müdriklik əlamətidir. Həqiqi natiq öz müdrikliyi və dinləyicilərə güclü təsir 
göstərmə məharəti ilə təkcə nüfuz qazanmır, həm də vətəndaşlara, dövlətə fayda 
verir, uğurlar gətirir, səadət bağışlayır.



Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin