AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
68
2. Rəhbərliklə ünsiyyət və subardinasiya qaydaları, rəsmi yerlərdə
söhbət və davranış qaydaları və s. aid nümunələr, kommunikativ
məzmunlu sual və tapşırıqlar üzərində praktik işlər.
Etiket- insanlara münasibətin xarici təzahürü (davranış formaları, ictimai yerlərdə
davranış qaydaları, geyim və s.) ilə əlaqəli davranış qaydalarının məcmusu, əxlaqi
ictimai standartlara riayət etməklə müəyyən edilmiş davranış qaydasıdır. Etiket
tarixi və milli-mədəni bir anlayışdır. Yəni etik qaydalar uzun müddət formalaşır,
olduqca yavaş-yavaş dəyişir, mədəni və milli ənənələrə bağlı olur.
İşgüzar ünsiyyət insandan yüksək psixoloji mədəniyyətə sahib olmağı, həmçinin
işgüzar münasibətlərin emosional tərəfini daim öyrənməyi və nəzərə almağı, etik
normalara riayət etməyi tələb edir. İşgüzar ünsiyyət etikası istehsal fəaliyyəti zamanı
insanların davranış və münasibətlərini tənzimləyən əxlaq normalarının, qaydaların
və fikirlərin məcmusu kimi müəyyən edilə bilər.
İş etiketi danışıqlarda qarşı tərəfin (tərəfdaşın) ciddi uyğunluğunu nəzərdə tutur.
İnsanların ünsiyyət qaydaları həyat tərzi, milli adət və ənənələrə aiddir. Bütün bunlar
əsrlər boyu yaşam təcrübəsinin, bu və ya digər xalqın əvvəlki nəslinin həyatının
nəticəsidir. Ənənə, davranış qaydaları nə olursa olsun, mütləq uğur qazanmaq üçün
onlara əməl etmək lazımdır.
İşgüzar ünsiyyətdə əsas söhbət qaydaları bunlardır:
Dostları ilə paylaş: