Microsoft Word yeni vəSAİT. docx


Həmsöhbətə şərtsiz hörmət



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə43/131
tarix05.11.2022
ölçüsü1,28 Mb.
#119024
1   ...   39   40   41   42   43   44   45   46   ...   131
ADIAK-YENI VƏSAİT

Həmsöhbətə şərtsiz hörmət. Söhbət zamanı həmsöhbətə hörmət göstərilməlidir. 
Şəxsi mövzulara (fiziki qüsurlar, həmsöhbətin vəstəliyi və s.) toxunmamağa 
çalışmaq lazımdır. Həmsöhbətə böhtan ittihamlı hücumlar, düşmən ifadələr işlətmək 
yolverilməzdir. 
Natiqə danışmaq hüququ vermək, dinləmə bacarığı. Həmsöhbətlə mübahisə etmək, 
hədələyici bir tonda danışmaq, danışmaq imkanını əlindən almaq, dinləməyinə 
imkan verməmək yolverilməzdir. 
Həmsöhbətə diqqət. Söhbət zamanı həmsöhbətə imkan yaratmaq lazımdır ki, 
dinlədiyini başa düşsün. Diqqətsizlik təkəbbür və təmkinsizlik kimi qiymətləndirilə 
bilər. 
Telefon rabitəsində müəyyən tələblər. Telefon danışıqlarında aşağıdakı qeyri-şifahi 
siqnallara diqqətlə yanaşmaq lazımdır: 
ü
fasilə və müddət; 
ü
sükut; 


AzTU 
“Humanitar fənlər” kafedrası 
 
 
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 
 
69 
ü
səs-küy fonunun güclənməsi və ya azalması; 
ü
həvəs və ya razılığı ifadə edən intonasiya. 
Bundan başqa, bir insanın telefonu nə qədər tez alması (zəngdən sonra) çox şey 
deməkdir. Belə ki, bu onun nə qədər məşğul olduğunu, cihazın ona nə qədər yaxın 
olduğunu və zəng almağa nə dərəcədə maraqlı olduğunu qiymətləndirməyə imkan 
verir. Ən optimal cavab 2-ci və 3-cü çağırış arasındakı fasilədir. Bu, imkan verir ki, 
qarşıdakı söhbətə uyğunlaşmağa, zəng edən şəxsin düşüncələrini toplamağa imkan 
yaransın.Uzun müddət telefonu götürmürlərsə (4 zəngdən sonra) bu zəng edənə 
onunla maraqlanmadığını düşünməyə əsas verir. Heç vaxt ağızda nəyisə çeynəməklə 
və nəyisə içməklə telefonla danışmaq olmaz. Söhbət zamanı asqırarkən və ya 
öskürərkən qulaq eşitməməsi üçün telefonu örtməyə çalışmaq lazımdır. 
Həmsöhbətin hər şeyi eşitdiyini hiss edirsənsə, “bağışla” deməlisən.Telefon 
danışıqlarını nəzakətlə bitirmək lazımdır. Ən çətin şey ya həddindən artıq çox 
danışan və ya daima işə birbaşa əlaqəsi olmayan detallarla diqqət çəkən insanlarla 
söhbətə son qoymaqdır. Ancaq, bu anda həmsöhbətə onu çox dinləməkdən bezdiyini 
söyləmək olmaz. Ya da onun dediklərinin məsələnin mahiyyətindən çox uzaq 
olduğunu söyləmə etik qaydadan uzaqdır. Ona görə də söhbətə son qoymaq üçün 
zəriflik göstərmək lazımdır və aşağıdakıları həmsöhbətə söyləmək daha düzgündür: 
ü
Səni kəsmək istəmirəm, amma çıxmalıyam, yada görüşə gecikməkdən 
qorxuram. 
ü
Üzr istəyirəm, başqa bir görüşün vaxtı gəldi, getməliyəm. 
ü
Səninlə danışmaq çox xoşdur, amma indi daha bir yerə zəng 
etməliyəm. Daha sonra sizə zəng edə bilərəmmi? 
ü
Hazırda məşğulam, sizə zəng edə bilərəmmi? 
ü
Səni eşitməkdən çox məmnun idim, amma indi ayrılmalıyam. 
İş etikası insanlarla qarşılıqlı əlaqənin ümumi mədəni qaydaları ilə müəyyən edilir. 
İnsanlarla düzgün davranmaq bacarığı, rəsmi və ya sahibkarlıq fəaliyyətində 
müvəffəqiyyət qazanma şansını təyin edən ən vacib amillərdən biridir. Ümumi bir 
tələb odur ki, şəxsi bəyənmə və bəyənməməyimizdən asılı olmayaraq, bütün 
həmkarlarla, tərəfdaşlarla mehriban və faydalı münasibətdə olmalıyıq.

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin