Microsoft Word yeni vəSAİT. docx



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə60/131
tarix05.11.2022
ölçüsü1,28 Mb.
#119024
1   ...   56   57   58   59   60   61   62   63   ...   131
ADIAK-YENI VƏSAİT

AzTU 
“Humanitar fənlər” kafedrası 
 
 
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 
 
91 
Qəhrəmanları”ndan olan Müəllimlərimin fəaliyyətini qəlbimin, düşüncəmin ziyası 
qədərincə işıqlandırmağa səy göstərdim. 
Azərbaycan Texniki Universitetinin bu dövrdə ölkədə təhsil naminə aparılan 
mücadilənin ön sıralarında özünə yer aldığı biz tələbələrə, o cümlədən ictimaiyyətə 
bəllidir. Cənab rektorumuz Vilayət Vəliyevin fədakar addımları nəticəsində 
pandemiya dövründə biz təhsildən geri qalmadıq. Məsafədən dərslərimiz tədris 
olundu, online imtahanlar təşkil edildi. Vilayət müəllim özü şəxsən bu işləri ciddi 
nəzarətində saxlayırdı. O, mart ayının 29 - dan etibarən dərslərin online keçirilməsi 
barədə qərar verdi. İyun ayının 10-na kimi olan zaman ərzində internet problemi 
olan tələbələri mobil operatorlar ilə danışıqlar apararaq internetlə təmin etdi. Heç 
dərslərə qoşula bilməyən tələbələrə güzəştlər edildi. Texniki imkanlarımızı 
sorğuladı. Rəhbərlik tərəfindən ”Kəsrsiz tələbə” devizi irəli sürüldü və kollektiv 
surətdə aparılan mücadilə sayəsində qarşıya qoyulmuş məqsədə müvəffəqiyyətlə 
nail olmağı bacardıq. Hörmətli rektorumuz bu çətin məqamlarda bizimlə bir oldu 
və hər bir verdiyi sözü məsafədən belə tutdu. Biz tələbələrlə bir neçə dəfə 2 
saatdan artıq davam edən online görüşlər keçirtdi. ZOOM proqramı ilə olan 
görüşlərimizdə Vilayət müəllim bütün suallarımızı böyük səbr və təmkinlə dinlədi 
və cavablandırdı. Həftənin müəyyən günlərini özünün qəbul günləri elan edərək 
tələbələri, müəllimləri və valideynləri online olaraq qəbul etdi, problemlərimizi 
dinlədi, həll yollarını göstərdi. Məsafədən belə öz zamanını yenə də biz tələbələrə 
sərf etdi, bütün qaranlıq məqamlara tam aydınlıq gətirdi, öz dəyərli tövsiyə və 
təklifləri ilə pandemiyanın yaratdığı gərginliyi aradan qaldırdı və hədəflərindən ən 
mühümü olaraq müəyyənləşdirdiyi “tələbələrin dostu olmaq” missiyasını şərəflə 
həyata keçirtdi. Budur əsl fədakarlıq, budur əsl qəhrəmanlıq! 
Müəllimlərimiz də öz növbəsində fədakar addımlarından geri qalmadılar. Dərs 
cədvəlinə və proqram materiallarına tam uyğun olaraq dərslərimiz tədris olundu. 
Qısaca da olsa, tək-tək o qəhrəmanlar - fədakar müəllimlərim haqqında ürək 
sözlərimi bölüşmək istərdim. 
Canmirzəyev Məhəmməd - Avtomobil texnikası kafedrasının dosenti... ZOOM 
proqramına dərs saatından 5 dəqiqə gec qoşulan kimi tez zəng edərək maraqlanar, 
dərsə qoşulmağımızı təmin edərdi. İnternet problemi yarandığı zaman hansı saatda 
olsa belə dərsini mütləq keçər, heç təxirə salmazdı. Məhəmməd müəllimin 73 yaşı 
var və qeyd edim ki, hətta doğum günündə bizə online dərs keçdi. Dərs zamanı 
söylədiyi o sözləri hər an xatırlayıram: ”Hər il qohum və övladlar ilə qeyd edərdim 


AzTU 
“Humanitar fənlər” kafedrası 
 
 
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 
 
92 
ad günümü, bu il isə fərqli və bir ilk olaraq online dərsdə tələbələrim ilə birlikdə 
qeyd edirəm. Bu da həyatımın ən xoş anlarından biridir. Karantin olduğu üçün nə 
qohumlarım, nə də övladlarım məni ziyarətə gələ bilmədi. Amma bu özü də mənim 
üçün bir xoşbəxtlikdir ki, siz tələbələrə elm öyrədirəm”. O gün - 28 aprel günü 
müşahidələrim əsasında daha gözəl anlamışdım Müəllim fədakarlığını, daha gözəl 
duymuşdum Müəllim dəyanətini... Çünki, həyatının özəl bir günü olmasına 
baxmayaraq, Məhəmməd müəllim dərs saatını dəyişməmişdi, dərsi təxirə 
salmamışdı. Yenə də bizə dərs cədvəli üzrə eyni gün, eyni saatda xüsusi şövqlə 
fənnini tədris edir və elm öyrədirdi. 
Məmmədov Həmid – Avtomobil texnikası kafedrasının dosenti... Həmid müəllim 
1946-cı il təvəllüdlüdür. Onun tədris etdiyi fənn başdan-başa qrafik və düsturlardan 
ibarətdir. Bu fənni online formada tədris etmək heç də asan məsələ deyildi; ekranı 
görməkdə çətinliklər yaşanırdı. Həmid müəllim isə lazım gələrsə, dərs saatları 
bitdikdən sonra belə bizimlə məşğul olmaqdan usanmazdı; hər bir çətin başa 
düşüləsi materiallar üzrə əlavə şərhlər verər, eyni sualı dəfələrlə soruşsaq belə 
səbrlə, təmkinlə izah edərdi. Sorğularımıza tam aydınlıq gətirmədən rahat ola 
bilmirdi. Yalnız ZOOM proqramı ilə deyil, whatsapp səs yazılarından da təkrar-
təkrar istifadə etməklə tədris materiallarını bizə çatdırırdı. 
Mirhəmid Həmidov – Avtomobil texnikası kafedrasının dosenti... Pandemiya 
dövründə digər müəllimlər qədər Mirhəmid müəllimin də əziyyəti böyük oldu. 
Mirhəmid müəllim internetdə problem yaşanan kimi ənənəvi olaraq telefon 
vasitəsilə əlaqə yaradaraq, proqram materiallarını bu üsulla izah etməyə çalışardı. 
ZOOM-da dərsimiz alınmadısa, başqa vasitələrə müraciət edər, hər vəchlə 
dərslərimizin təxirə salınmasına imkan verməzdi. Bütün imtahan suallarını çox 
sadə və başadüşüləsi üsullarla izah edər və bizi imtahana xüsusi bir şövqlə 
hazırlayardı. 
Şirinova Nailə - İctimai fənlər kafedrasının baş müəllimi... “Multikulturalizm” 
fənnini bizə yorulmadan, böyük sevgi ilə tədris edərdi. Qeyd edim ki, bu 
pandemiya dövründə ən çox müraciət etdiyim, vaxtını daha çox aldığım 
müəllimlərimdən oldu Nailə xanım. Proqram materialları ilə bağlı hər bir 
müraciətimə can-başla yanaşar, yorulmadan, usanmadan sorğularımı 
cavablandırardı. Üzrxahlıq etdikdə isə “qızım, heç narahat olmayın, nə vaxt olsa 
müraciət edin, əksinə mən bundan xoşhal oluram və bütün yorğunluğum çıxır” - 
deyə qarşımızda işgüzarlığını və fədakarlığını nümayiş etdirirdi. Uzun dəqiqələrə 



Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin