AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
98
Müasir Azərbaycan mədəniyyəti mükəmməl genetipi olan mədəniyyətdir.
Azərbaycan mədəniyyəti tipologiyası baxımından ümumtürk mədəniyyətidir.
Müxtəlif dövrlərdə dünya mədəniyyətinin təsirinə məruz qalmış,
dünya
mədəniyyətinin tərkib hissəsinə çevrilmiş, məzmun etibarı
ilə Azərbaycan, türk-
müsəlman mədəniyyəti kimi özünü təsdiq etmişdir.
Azərbavcan xalqının mütləq əksəriyyətini Azərbaycan türkləri təşkil edir. Təbii ki
Azərbaycan mədəniyyətinin əsasında türk mədəniyyəti durur. Azərbaycanda
yaşayan qeyri-türk mənşəli xalqlar, etnoslar yalnız Azərbaycan dili əsasında deyil,
eyni zamanda Azərbaycan türklərinin tarixi birləşdirici missiyası əsasında ünsiyyətə
girib Azərbaycan xalqını, Azərbaycan cəmiyyətini təşkil edirlər.
Millət bir, bir neçə, hətta çoxlu sayda etnik qrupların məcmuyundan da formalaşa
bildiyindən
milli mədəniyyət də həm mono, həm də polietnik əsasda yaranaraq
inkişaf edir. Milli mədəniyyətin formalaşmasının mühüm amillərindən biri də milləti
təşkil edən etnoslar arasında
dil, din, əqidə, adət-ənənə birliyinin, mədəni ümumiliyin
olmasıdır.
Eyni zamanda müştərək tarix, ümumi tale və yaddaş da cəmiyyət
daxilində ünsiyyət və inteqrasiyanın sürətlənməsinə,
vahid mədəni dəyərlər
sisteminin yaranmasına şərait yaradır.
Dostları ilə paylaş: