AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
110
“Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri haqqında
Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri haqqında
Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. Mərkəzi və yerli icra hakimiyyəti orqanları və dövlət qurumları Azərbaycan
Respublikası Prezidentinin xüsusi nümayəndəliyi təşkil edilmiş müvafiq ərazilərdə
fəaliyyətlərini Azərbaycan Respublikası Prezidentinin müvafiq ərazidəki xüsusi
nümayəndəsi ilə əlaqələndirilmiş qaydada həyata keçirirlər.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn
məsələləri həll etsin.
İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 fevral 2021-ci il.
Tapşırıq. Rəsmi-işgüzar yazılı dilin əsas formalarından biri olan əmr nümunələrində
dil xüsusiyyətlərinin əsas göstəricilərinin əməl edilməsinə diqqət yetirin.
Nümunə 1
“Azərbaycan Respublikasının dövlət ümumtəhsil məktəblərində yaradılan
məktəbəhazırlıq qruplarında təhsil prosesinin təşkili
və tənzimlənməsini təmin
etmək məqsədi ilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında
əsasnamə”nin 8.10-1-ci vı 13.5-cü bəndlərini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. Azərbaycan Respublikasının dövlət ümumtəhsil məktəblərində yaradılan
məktəbəhazırlıq qruplarının 2020-2021-ci dərs ilinə aid tədris (məşğələ) planı və
tədris (məşğələ) planına dair “Qeydlər” təsdiq edilsin (1 və 2 nömrəli əlavələr)
2. Ümumi və məktəbəqədər təhsil şöbəsi (A.Əhmədov)
həmin tədris
(məşğələ) planının vaxtında yerlərə çatdırılmasını, İnformasiya şöbəsi (E.Əliyev)
AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
111
əmrin əlavələrlə birlikdə “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və
Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.
3. Əmrin icrasına nəzarət nazir müavini Firidun Qurbanova həvalə olunsun.
Dostları ilə paylaş: