Microsoft Word yeni vəSAİT. docx



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə74/131
tarix05.11.2022
ölçüsü1,28 Mb.
#119024
1   ...   70   71   72   73   74   75   76   77   ...   131
ADIAK-YENI VƏSAİT

electron poçt ünvanı
Bu məlumatların tam dəqiq və düzgün olmasına əmin olun. Çünki işə götürənin ilk 
baxdığı məlumatlar bunlar olur və burada yanlış hər bir məlumat sizin haqqınızda 
artıq mənfi rəyin formalaşmasına səbəb olur. 
Þ Təhsil  
Burada sizin sahib olduğunuz təhsil dərəcələriniz qeyd olunur. Burada bitirdiyiniz 
və ya hal-hazırda təhsil aldığınız universitet haqqında məlumatın olması daha 
vacibdir. Çünki insan resursları mütəxəssisləri və ya CV-nin ünvanlandığı şəxsləri 
məktəb təhsilindən çox ali təhsil maraqlandırır. 
Þ İş təcrübəsi  
Əgər varsa, iş təcrübəsini mütləq qeyd edin. Bu mütəxəssis insanın sizin barədə 
ümumi fikir formalaşmasına böyük ölçüdə təsir edir. Bununla o, sizin ona nə vəd 
etdiyinizi ilkin formada anlaya bilər. İş təcrübənizi qeyd edərkən, burada hansı 
vəzifənin sahibi olduğunuzu və gördüyünüz işləri qısa formada yazmaq olar. 
Þ Xüsusiyyətləriniz
Burada namizədin nə qədər “təchizatlı” olduğu önə çıxır. Burada siz xarici dil 
bilgiləriniz, kurs və ya seminarlar, nailiyyətləriniz, texnoloji bilikləriniz və əlavə nə 
ağlınıza gəlirsə istifadə edə bilərsiniz. Bu hissə sizinlə tərcümeyi-hala baxan 
arasında tam ümumi bir fikir formalaşmasına səbəb olur. Namizədin öz üzərində nə 


AzTU 
“Humanitar fənlər” kafedrası 
 
 
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 
 
114 
qədər işlədiyi, nələrə sahib olduğu və bunlardan potensial vakansiya üçün necə 
istifadə edəcəyi fikri yaranır. 
Þ Sosial aktivlik 
Burada boş zamanınızı necə dəyərləndirdiyinizi qeyd edə bilərsiniz. Qeyd edək ki, 
məqsədinə görə bu hissəni əlavə etmək könüllüdür. Çünki bu hissədə yazacaqlarınız 
daha çox komanda şəraitində necə işləyə biləcəyiniz barədə kiçik fikir formalaşdırır. 
Məsələn, fotoçəkmək, həvəskar aktyorluq və s. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin