AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
122
şəxs ilə məsləhətləşmələr aparılır). Qəbul edilmiş Fərman ya televiziya, radio,
mətbuat vasitələrilə yayılır, yaxud şəxsən təqdim olunur. Fərmanlar yalnız yazılı
formada olur və əgər Fərmanda başqa tarix göstərilməyibsə o (Fərman), dərc edildiyi
(yayıldığı) gündən qüvvəyə minir; qeyri-normativ xarakterli (yəni fərdi) Fərman isə
qəbul edilən andan qüvvəyə minir
Sərəncam- Ali hakimiyyət orqanının - Prezidentin (vahid şəkildə), Mərkəzi
hakimiyyət orqanının - Hökümət (kollektiv şəkildə) və digər dövlət idarəetmə
orqanlarının həmin orqanlara verilmiş səlahiyyətlər daxilində qəbul etdikləri,
hökmlü xarakter daşıyan, konkret məsələləri əhatə edən, bütün aşağı səlahiyyətli
vəzifəli şəxslər, dövlət və qeyri-dövlət qurumları və vətəndaşlar (və s. şəxslər) üçün
məcburi qüvvəyə malik olan qanun qüvvəli akt. Konkret hadisə barəsində birdəfəlik
Sərəncam və ümumi Sərəncam, yəni uzun müddət qüvvədə olan Sərəncamlar
fərqləndirilir.
Fərmandan fərqli olaraq - Sərəncam bir qayda olaraq normativ
Dostları ilə paylaş: