Microsoft Word yeni vəSAİT. docx


İnformasiya sorğusu nədir və onu necə göndərmək olar?



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə90/131
tarix05.11.2022
ölçüsü1,28 Mb.
#119024
1   ...   86   87   88   89   90   91   92   93   ...   131
ADIAK-YENI VƏSAİT

İnformasiya sorğusu nədir və onu necə göndərmək olar? 
“İnformasiya əldə etmək” haqqında Qanuna əsasən informasiya əldə etmək üçün 
sorğu ilə müraciət etmək lazımdır. İnformasiya sorğusunun təqdim edilməsinin 2 
üsulu var: 
1. sorğuçu (yəni informasiya əldə etmək üçün sorğu göndərən 
vətəndaş) informasiya sahibinin vəzifəli şəxsinə bilavasitə və ya 
telefonla müraciət etmək yolu ilə şifahi; 
2. sorğunu şəxsən təqdim etmək və ya informasiya sahibinə poçt, 
telefaks, yaxud elektron poçtla göndərmək yolu ilə yazılı. 
Ümumiyyətlə, əgər siz informasiya əldə etmək üçün sorğu ilə müraciət etmək 
istəyirsinizsə, məsləhətdir ki, bunu yazılı şəkildə edəsiniz. Yazılı sorğunu qəbul 
etməkdən imtina qadağandır. İnformasiya əldə etmək üçün yazılı şəkildə sorğu ilə 


AzTU 
“Humanitar fənlər” kafedrası 
 
 
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 
 
137 
müraciət edən vətəndaş sorğusunun aşağıdakı formalardan birində təmin edilməsini 
tələb edə bilər: 
Ø
sənədlə tanış olmaq üçün ayrılmış yerə daxil olma; 
Ø
sənədin üzünün köçürülməsi. 
Sorğu metodu. Sorğu konkret sosioloji tədqiqatlarda ən çox yayılmış və geniş 
istifadə olunan metodlardan biridir. Bu metodun populyarlığı onun özünəməxsus 
universallığı ilə izah olunur. Əgər, məsələn, müşahidə metodunun köməyi ilə 
tədqiqatçı fərdin indiki zamanda real davranış faktlarını qeyd edirsə, sorğu 
metodunun vasitəsilə tədqiqatçı fərdin keçmişdə və hal-hazırda davranış motivləri 
və real hərəkətləri haqqında, onun niyyətləri və gələcək planları haqqında məlumat 
ala bilər. Tədqiqatçı fərdin subyektiv rəyləri, hissləri, davranış motivləri haqqında 
daha dolğun məlumat almaq istədiyi hallarda sorğu metodu xüsusilə əvəzedilməzdir. 
Tələb olunan məlumatın xarakterinə, onun alınması üsuluna və təfsir olunma tipinə 
görə sorğu aşağıdakı növlərə bölünür: 
Ø
anket sorğusu, 
Ø
müsahibə, 
Ø
sosiometrik sorğu. 
Əsas toplunun əhatə edilməsi dərəcəsinə görə sorğular tam və seçkili olur. Tam 
sorğu aparılarkən sorğudan müşahidə vahidlərinin bütün məcmusu keçirilir, yəni 
rəyi soruşulanların sayı öyrənilən əsas toplu üzvlərinin sayına bərabər olur. Seçkili 
sorğuda rəyi soruşulanların sayı öyrənilən əsas toplu üzvlərinin sayının yalnız 
müəyyən bir hissəsini təşkil edir. Keçirildiyi üsula görə anket və ya müsahibə 
metodlarının tətbiqi ilə aparılan sorğu həm fərdi, bir adama yönəldilə, həm də qrup 
sorğusu, eyni zamanda bir neçə adamdan ibarət qrupa yönəldilə bilər. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin