AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
141
İnformasiya verilməsi üsulu: yazılı (məktubla yuxarıda
göstərilən ünvana
göndərməklə və ya elektron poçt vasitəsi ilə (yuxarıda qeyd olunan e-mailə):
İmza:_____________
Tarix:
Tapşırıq. Aşağıda verilmiş sorğu əsasında Bakı əhalisi hansı kitabları oxuyur?
Sorğunun nəticələrini hesablayıb, müəlliminizə məlumat verin.
11-14 sentyabr 2020–ci il tarixlərində Bakı şəhərində aparılmış olan sorğunun
nəticələrini təqdim edirik.
Sorğuda iştirak etmiş respondentlərin 47%-i son
bir ildə bədii ədəbiyyat
oxumadığını bildirib. Rəyi soruşulanların 15 %-i bədii əsərləri ayda bir dəfə, 13%-i
isə ildə bir dəfə oxuduqlarını bildiriblər.
63 % respondent son bir ildə qeyri ədəbiyyat oxumadığını bildirib. Hər gün
mütaliə edənlər isə 14 % təşkil edir.
17 % respondent hər gün dini mövzularda kitablar oxuyur. 57% respondent isə son
bir ildə ümumiyyətlə dini ədəbiyyatla maraqlanmayıb.
Sorğuda iştirak etmiş respondentlərin 31%-i detektiv janrda yazılan
kitabları oxumağa üstünlük verir. Rəyi soruşulanların 24%-i
məhəbbət, 22%-i isə
tarixi romanları seçdiklərini bildiriblər.
Xarici ədəbiyyat sevənlər rus (63%), ingilis (23%), türk (7%), ərəb (5%) və
ispan (1%) müəlliflərinin əsərlərini oxumağa üstünlük verirlər.
Əcnəbi əsərlərin azərbaycan dilinə tərcüməsindən razı qalanlar sorğuda 31%
səs toplayıb. Narazılar isə 16%-ə bərabərdir.
Əsərləri elektron formatda oxuyanlar sorğuda 36% nəticə göstərib. Bu
göstəricinin 51%-ni 18-34 yaş aralığında olan oxucular təşkil edib. Mütaliənin
ənənəvi formasına – kitablara sadiq qalanlar isə 83% təşkil edib.
Sorğu
11-14
sentyabr
tarixləri
arasında
Bakı
şəhərində 400
respondent arasında həyata keçirilib.
Dostları ilə paylaş: