Təlim prosesi daim yerləşir və mənimsəmək fəal təlim metodlarına yanaşmaq və ən mühüm vəzifəni
fəallığı , müstəqilliyi artırmaqla təfəkkürü inkişaf etdirməkdir. Yəni , ənənəvi təlimdən fərqli olaraq
yaddaş məktəbindən təfəkkür məktəbinə keçməkdir.Məqsəd budur ki ,şagird təlim materialları ilə
yüklənməsin , düşünərək bilik qazansın ,axtarıcılıq və tədqiqatçılıq qabiliyyəti inkişaf etdirilsin.Lazım
olduqda təlim materiallarını özü müstəqil əldə edə bilsin.Ənənəvi təlim zamanı şagirdlərin diqqəti
bilik və məlumatların yadda saxlanılmasına yönəldilirdi.Yəni , biliklər hazır şəkildə verilirdi . Bu
şagirdin müstəqilliyinin və yaradıcıllığının qarşısını alırdı .Fəal təlimdə isə zəruri biliklər müstəqil
olaraq əldə edilir .Təlimin optimallaşdırılması nəticəsində şagirdin təşəbbüskarlığı artır və o ,təlim
prosesinin fəal iştirakçısı olur.Fəal təlimdə mexaniki yaddaş öz yerini təfəkkür əməliyyatlarina
verir.Müəllim isə şagirdlərin biliklərə yiyələnməsində ötürücü rolunu oynayır.Şagird əzbərçiliyə deyil
, dərk edərək öyrənməyə cəhd edir.Bu isə şagirdin öz qüvvəsinə inamını artırır , təşəbbüskarlığa və
müstəqilliyinə şərait yaradır.
Fəal və interaktiv təlim öyrədən və öyrənənin qarşılıqlı təsirinin üç formasını qeyd etmişdir:
a)Passiv metodlar-effekt verməyən prosesdir;
Dostları ilə paylaş: