Microsoft Word Samir? dissertasiya docx



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə12/36
tarix19.11.2022
ölçüsü0,69 Mb.
#119717
1   ...   8   9   10   11   12   13   14   15   ...   36
kerimova samira (1)

1.3.
Menecmentin səmərəliliyi və rəhbərlik üslubu 
İ
darəetmə sisteminin yaxşı fəaliyyət göstərməsini təmin etmək üçün peşəkar 
rəhbərlik etməyin üç başlıca şərtinə əməl etmək zəruridir: 
• bütün tapşırıq və sərəncamlar formalaşdırılmalı, onların yerinə 
yetirilməsi müddəti və bu iş üçün məsul şəxs müəyyənləşdirilməlidir; 
• hər hansı bir tapşırıq və sərəncamın vaxtında yerinə yetirilməsi üçün 
müəyyən edilmiş müddətə dəqiq nəzarət edilməli, nəzarətdə heç bir 
güzəştə yol verilməməli və nəzarət idarəetmə texnologiyasının zəruri 
elementi olmalıdır; 
• əhəmiyyətindən asılı olmayaraq yerinə yetirilən hər bir iş rəhbər 
tərəfindən təhlil edilməli və qiymətləndirilməlidir. Bütün iradlar dərhal 
icraçılara deyilməli, yaxşı iş üçün əməkdaşa təşəkkür edilməlidir.
Bu üç tələbi dəqiq və müntəzəm yerinə yetirən rəhbər əmin ola bilər ki, onun 
idarəetmə sistemi istənilən şəraitdə etibarlı fəaliyyət göstərə bilər. 
Rəhbərlik üslubu dedikdə şəraitin işlənib hazırlanması, qəbul edilməsi və onun 
icrasına nəzarətin həyata keçirilmə formaları başa düşülməlidir. Rəhbərlik üslubu hər 
bir rəhbərə xas olan metodlar və fəndlər sistemidir. 
“Üslub” sözü yunan mənşəli sözdür. İlkin dövrdə bu termin mumlu kağız
üzərində yazı yazmanın əsası, sonralar isə “xətt” kimi işlədilmişdir. Bunun əsasında 
da demək olar ki, rəhbərlik üslubu dedikdə, bir növ menecerin fəaliyyətinin dəsti-
xətti başa düşülür. 
Üslub rəhbər tərəfindən formalaşdırılır və onun idarəetmə manerasını 
xarakterizə edir. Aşağıda müasir rəhbərlik üslubunun bir sıra əlamətləri verilir. 
o Öz qüvvəsini başlıca məsələnin həllinə cəmləşdirmək zəruriliyi. Bunun 
üçün bütün işlər əhəmiyyətinə görə təsnifləşdirilməli və bu gün üçün 
başlıca olan işdən başlamalı, sonra isə ikincisi, üçüncüsü və daha 
sonrakılar yerinə yetirilməlidir. 


27 
o Həmişə ciddi şəkildə gözlənilməli olan şərt-aksioma - bütün işlər üçün 
müddətin müəyyən edilməsidir. 
o Bütün qərarları öz vaxtında reallaşdırmaq lazımdır. Bu onların 
səmərəliliyini təmin etməklə bərabər idarəetmə aparatındakı intizamı 
təmin edir. 
o Öz fikrini söyləyənə qədər tabeçilikdə olan işçilərin fikrini öyrənmək 
lazımdır. 
o Funksiyalar rəhbər tərəfindən tabeçilikdə olanlar arasında dəqiq 
bölüşdürülməlidir. 
o Tabeçilikdə olanlara maksimum fəaliyyət azadlığı vermək və xırda 
qəyyumluqdan əl çəkmək lazımdır. 
o Rəhbər yalnız o işləri yerinə yetirməlidir ki, həmin işlər onun şəxsən 
iştirakını tələb etsin. Rəhbər tabeçilikdə olanların yerinə yetirə biləcəyi 
işləri yerinə yetirməməlidir.
o Rəhbər öz üzərinə nə qədər çox iş götürürsə bir o qədər az 
müvəffəqiyyət qazanır. 
o Uzun –uzadı nitq söyləməkdən və danışıqlardan qaçmalı. Fikri qısa və 
son dərəcə aydın şəkildə ifadə etməli. 
o Nəzarət daima olmalıdır, lakin alçaldıcı və zəhlətökən olmamalıdır, o 
işgüzar olmalıdır. 
o Xırda çatışmamazlıqlardan dərhal yaxa qurtarmaq lazımdır, əks halda o 
böyüyə bilər və ciddi problemə çevrilər. 
o Bütün faydalı təşəbbüsləri hər cür həvəsləndirmək lazımdır. Bu 
tabeçilikdə olanların fəaliyyətini yüksəldir və s. 
Birinci dəfə rəhbərliyin üslub məsələlərinə K.Levim tərəfindən baxılıb. 
Rəhbərlik üslubunun təsnifatının bir neçə tipi vardır. Ən çox yayılmış tip özündə 
aşağdakı 3 növü birləşdirir: 
1) Direktiv (bunu çox vaxt avtoritar üslub adlandırırlar); 
2) Demokratik; 


28 
3) Liberal. 
Tarixən yaranmış və indiyə qədər praktikada ən geniş yayılmış rəhbərlik tipi 

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin