29
olur. Hətta müşavirə zamanı belə adamların hansı ardıcıllıqla oturması ideologiyası
onun fikri əsasında formalaşır (iştirakçılar həmişə onun gözü qarşısında olmalıdırlar).
İ
ki amil zəminində rəhbər avtokrata çevrilir. Birincisi, o, öz şəxsi
keyfiyyətlərinə görə rəhbərlik etdiyi adamlardan geri qalır, ikincisi isə onun rəhbərlik
etdiyi şəxslərin peşəkarlıq və ümumi mədəniyyət səviyyəsi aşağı olur.
Belə üslubda işləmək işçilərin təşəbbüskarlığının qarşısını alır, hətta bəzən
göstərilən hər hansı bir təşəbbüsə görə işçi cəzalandırılır. Bunun nəticəsində də
müəssisədə işin effektivliyinin artırılması mümkün olmur. Avtokratın rəhbərliyi
altında işləmək çətin olur, bəzən isə rəhbər xoşu gəlmədiyi işçiləri işdən azad edir və
bu onun rəhbərlik fəaliyyətinin əsasını təşkil edir. Mübahisələrdə onun ən çox sevdiyi
söz “Biz səninlə işləyə bilməyəcəyik” olur. Təbii ki, belə şəraitdə işçi öz əməyini
qənaətbəxş hesab etmir və onun yaradıcı qüvvəsi öz tətbiq sahəsini lazımınca tapa
bilmir.
Dostları ilə paylaş: