44
Əmək haqqı məlumatları;
İş təcrübəsi ilə bağlı məlumatlar;
Əlaqə məlumatları;
Xidməti fəaliyyətinin qiymətləndirilməsi məlumatları;
Əmək prosesinə aid məlumatları;
Sağlamlıq və qəza məlumatları;
Əmək bazarı ilə əlaqədar məlumatları;
İşdən çıxma səbəbləri ilə bağlı məlumatlar və s.
Müəssisələrdə əmək intizamına əməl olunması insan resurslarının idarə
olunması probleminin ciddi mövzularından biridir.
Ə
mək intizamı dedikdə, əmək münasibətləri iştirakçılarının müəyyən davranış
qaydalarının məcmusu başa düşülür. Əmək intizamı normal səmərəli iş üçün lazımı
təşkilati və iqtisadi şərtlərin yaradılması ilə təmin edilir. İşçilər əmək funksiyasını
yüksək peşəkarlıq səviyyəsində yerinə yetirməli və müəssisədaxili intizam
qaydalarına əməl etməlidirlər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 182-
ci maddəsinə əsasən, müəssisələrdə
əmək müqavilələri, habelə bağlanmış kollektiv
müqavilələr üzrə tərəflərin öhdəliklərinin yerinə yetirilməsinə nəzarətin həyata
keçirilməsi, əmək qanunvericiliyinin tələblərinin gözlənilməsi və əmək intizamının
təmin olunması məqsədilə müəssisə daxili intizam qaydaları qəbul edilə bilər.
Ə
mək intizamı sahəsində işəgötürənin də üzərinə konkret öhdəliklər düşür.
İşə
götürən işçilərin
əməyini düzgün təşkil etməli, əmək istehsalının artırılmasına
şə
rait yaratmalı, əmək və istehsal intizamını təşkil etməli, əmək qanunvericiliyinə və
ə
mək mühafizəsi qaydalarına riayət etməli, işçilərin ehtiyaclarına və müraciətlərinə
diqqətlə yanaşmalı, onların
nəinki iş, hətta məişət şəraitlərinin yaxşılaşdırılmasına
köməklik göstərməlidirlər. Əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində
yerinə yetirilməsində, müəssisədaxili intizam qaydalarına
əməl edilməsində
fərqlənmiş işçilər işəgötürən tərəfindən:
1. pul və ya qiymətli əşyalar hədiyyə edilməklə;
2. əlavə məzuniyyət verilməklə;
45
3. əmək haqqına fərdi əlavə edilməklə;
4. daha yüksək məbləğdə fərdi sığorta edilməklə;
5. sanatoriya-kurort müalicəsi, turist səfərləri yollayışının haqqı
ödənilməklə;
6. müəyyən edilmiş qaydada dövlət təltifinə təqdim olunmaq barədə vəsatət
qaldırmaqla və digər həvəsləndirmə vasitələri ilə mükafatlandırıla
bilərlər.
Mükafatlandırılma tədbirlərindən fərqli olaraq, əmək intizamının pozulmasına
görə müəssisə, idarə və təşkilatın müdiriyyəti aşağıdakı
tə
nbeh tədbirləri görə bilər:
1) xəbərdarlıq;
2)
töhmət vermək;
3) sonuncu xəbərdarlıq verilməklə şiddətli töhmət;
4) işdən çıxarma.
Bu məsələni Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin timsalında
statistik məlumatlarla nəzərdən keçirək.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycan
ə
razisindəki neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın və
qaz kondensatının hasilatı, emalı və nəqli, neft və neft-kimya məhsullarının, qazın
daxili və xarici bazarlarda satışı, habelə ölkə ərazisində
sənayenin və əhalinin təbii
qazla təchizatı ilə məşğul olur. SOCAR-ın tərkibində hüquqi şəxs statusuna malik 3
istehsalat birliyi, 1 neft, 1 qaz emalı zavodu, Dərin Özüllər Zavodu, 2 trest, 1 institut
daxil olmaqla 23 struktur bölməsi var.
Ə
mək və icra intizamına ciddi əməl edilməsi məqsədi ilə ARDNŞ-nin Baş ofisi
və bütün struktur bölmələrində daim tələbkarlığın artırılması istiqamətində müvafiq
tədbirlər həyata keçirilir. 2012-ci illə müqayisədə 2013-cü ilin yekunlarına
görə nizam-intizamın vəziyyəti haqqında göstəricilər ARDNŞ-nin müəssisələri üzrə
aşağıdakı cədvəldə əks olunmuşdur.
Dostları ilə paylaş: