77
Şə
kil 4. [20]
COSO kubu
COSO kubundan da göründüyü kimi bu daxili nəzarət
sistemi bir-biri ilə
ə
laqədar olan 5 ünsürdən ibarətdir. Bu ünsürlər aşağıdakılardır:
1)
Nəzarət mühiti;
2)
Risklərin qiymətləndirilməsi;
3)
Nəzarət tədbirləri;
4) İnformasiya və kommunikasiya;
5) Monitorinq.
Nə
zarə
t mühiti.Nəzarət mühiti daxili nəzarətin əsas baza ünsürüdür. Yəni,
daxili nəzarətin nə qədər səmərəli olacağı nəzarət mühitindən asılıdır. Nəzarət mühiti
təşkilatın iş görmə formasını ifadə edir. Belə ki, müəssisədəki hər bir fərd səlahiyyət
və
məsuliyyətin çərçivəsini, həddini yaxşı bilməlidir. Çünki,
nəzarətin həyata
keçirilməsində əsas rolu işçilər oynayır.
Nəzarət mühiti müəssisənin idarə heyəti və rəhbərlərinin daxili nəzarət sistemi
ilə əlaqədar davranış və rəftarları, idarəetmə siyasəti, müəssisənin təşkilati strukturu,
səlahiyyət və məsuliyyətin verilməsi zamanı əməliyyatlar
və kadr siyasətindən
ibarətdir. Bu ünsür daxili nəzarəti hər istiqamətdə əhatə edir.
Nəzarət mühitinin əsasını təşkilatın keçmişi, təşkilati mədəniyyət və idarə-etmə
fəlsəfəsi təşkil edir. Nəzarət mühitini təşkil edən əsaslar bunlardır:
78
-
Dürüstlük və əxlaqi dəyərlər;
- Yuxarı rəhbərliyin mövqe və davranışları, idarəetmə fəlsəfəsi və fəaliiyət
forması;
- İnsan resurslarının idarəedilməsi və siyasəti;
- Qanuna uyğunluğun əsas prinsip kimi nəzərə alınması;
-
Təşkilati quruluş;
- Səlahiyyət və məsuliyyətin müəyyən edilməsi
Effektiv daxili nəzarət sisteminə malik olmaq üçün yuxarıda sadalananların
düzgün şəkildə idarə olunması zəruridir.
Dostları ilə paylaş: