82
5) Məqsədlər və onunla əlaqədar planlar özündə
qiymətləndirilə bilən
xidməti fəaliyyət hədəflərini və göstəricilərini ehtiva etməlidir.
Mə
suliyyə
t (Öhdə
lik). Bu qrup özündə təşkilatın imici və əxlaqi dəyərləri,
insan resursları
siyasətini, səlahiyyət və məsuliyyəti və qarşılıqlı etibarı özündə
cəmləşdirir. Bu qrupa 4 meyar daxildir:
1) başda dürüstlük olmaqla əxlaqi dəyərlər müəyyən olunmalı,
işçilərə
çatdırılmalı və bütün şirkətdə tətbiq olunmalıdır.
2) İnsan resurslarının idarə edilməsi qaydaları şirkətin əxlaqi dəyərləri və
məqsədlərinə uyğun olmalıdır.
3) Qərarların düzgün şəxslər tərəfindən qəbul olunması və qəbul olunmuş
qərarların icrasını təmin etmək üçün səlahiyyət və məsuliyyət aydın
şə
kildə müəyyən edilməli və müəssisənin məqsədlərinə uyğun olmalıdır.
4) Müəssisənin məqsədlərinə çatmasına istiqamətlənən fəaliyyəti artırmaq
və işçilər arasında əlverişli informasiya mübadiləsini gücləndirmək üçün
qarşılıqlı etimad, güvən mühiti yaradılmalıdır.
Kafilik – işçilərin, informasiya və nəzarət sistemlərinin malik olmalı
olduğu
xüsusiyyətləri müəyyən edir. Bu, özündə 5 meyarı birləşdirir ki,
bunlardan
aşağıdakılardan ibarətdir:
1) Müəssisənin məqsədlərinə nail olunması üçün işçilər zəruri bilik, bacarıq
və təchizata malik olmalıdırlar.
2) İnformasiya-kommunikasiya sistemi firma dəyərlərini və məqsədlərə
nail olunmasını dəstəkləməlidir.
3) İşçilərin vəzifələrini yerinə yetirə bilmələri
üçün kifayət qədər və
müvafiq məlumatlar müyyən edilməli və onlara ötürülməlidir.
4) Müəssisənin müxtəlif bölmələri tərəfindən qəbul olunan qəralar və
onların icrası arasında koordinasiya təmin olunmalıdır.
5) Nəzarət tədbirləri müəssisənin tərkib hissəsi
kimi nəzərdən keçirilməli
və onun məqsədlər, risklər və digər ünsürlərlə əlaqəsi araşdırılmalıdır.