Giriş Fövqəladə hal- covid-19 koronavirus pandemiyası 3


 Xülasə  35  Bugünkü reallıqlara uyğun olaraq qeyd etmək lazımdır ki



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə17/19
tarix03.12.2022
ölçüsü0,5 Mb.
#120401
1   ...   11   12   13   14   15   16   17   18   19
Covid-19-az

15. Xülasə 


35 
Bugünkü reallıqlara uyğun olaraq qeyd etmək lazımdır ki, effektiv peyvəndlərin 
hazırlanmasının və vurulmasının nə qədər vaxt aparacağı, epidemiyanın təkrar alovlanması və 
ciddi izolə müddəti və ehtimalı, habelə son iqtisadi nəticələr barədə çox məqam aydın deyil. 
Buna baxmayaraq, COVID-19-dan sonra beynəlxalq nizamın üz-üzə qalacağı qaçılmaz halları 
vurğulamaq mümkündür. 
Birincisi, beynəlxalq əməkdaşlıq xəstəliyin səbəbləri ilə bağlı səmərəli cavab tədbirlərinin təmin 
olunmasında və eləcə də onun təsirlərinin yumşaldılması üçün həyati vacib əhəmiyyətə
malikdir.
İkincisi, Xüsusi Karantin tədbirləri texnologiyanı bilavasitə məşğulluq, istehlak, təchizat, 
qarşılıqlı əlaqə və çatdırılma sektorunda ön plana çıxardı. Texnologiya pandemiya ilə 
mübarizədə virusun yayılmasının proqnozlaşdırılması və simulyasiyasından əlaqələrin 
izlənilməsinə qədər bir çox sahədə geniş istifadə olunur. Video konfranslar, onlayn iş mühiti və 
yeni sosial platformalar demək olar ki, bir saatda distant fəaliyyəti aktivləşdirdi və bu tendensiya 
ola bilsin ki, karantin tədbirləri bitdikdən sonra da davam edəcəkdir. Onlayn rejimdə tele 
səhiyyədən tutmuş təhsilə, nağdsız pul köçürmələri və həssas insanları dəstəkləmək üçün təcili 
yardımlara qədər xidmətlər sahəsində rəqəmsal kanallara keçid ölkənin pandemiyaya qarşı cavab 
tədbirləri arasında mühüm yer tutur. Təmassız ödənişlərə tələbat nağd ödənişdən rəqəmsal 
ödənişə keçidi sürətləndirir və biznes modellərinin və təchizat zəncirlərinin rəqəmsallaşdırılması 
ticarət və çatdırılma formasını dəyişdirir. Texnologiya yeni inkişaf mənbələri yaratmaqda, 
məhsuldarlığı artırmaqda, işçilərin və müəssisələrin yeni dünyaya keçidinə və adaptasiyasına
həlledici rol oynaya bilər.
Yüksək texnologiya ilə bağlı iş yerləri üçün bacarıqların uyğunsuzluğunu azaltmaq məqsədilə 
təhsil və təlim sistemlərinə uyğunlaşma və kadr hazırlığına ehtiyac vardır. Lakin, bütün işlərin 
evdən həyata keçirilməsi mümkün deyildir. . Pandemiya həmçinin aparılan bu mübarizədə məhz 
hansı işçilərin- məsələn səhiyyə sahəsində , ahıllara qayğı göstərən işçilər kənd təsərrüfatı və 
ərzaq dükanlarındakıişçilərin zəruriliyini, eləcə də, onların qazanclarının qeyri-sabitliyi və iş 
təhlükəsizliyi arasındakı uyğunsuzluğu da aşkar etdi. Bu işçilərin və qeyri-formal iqtisadiyyatda 
çalışan saysız-hesabsız digər insanların da üzləşdiyi ciddi sosial müdafiədəki boşluqlar aradan 
qaldırılmalıdır. 

Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin