Azərbaycan respublikasi təHSİl naz



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə12/36
tarix08.12.2022
ölçüsü1,4 Mb.
#120635
1   ...   8   9   10   11   12   13   14   15   ...   36
86 turk

3.Gənc türklər və Balkan müharibələri 
“Yeni Osmanlılar”ın mütərəqqi addımları hədər get-
mədi. Yenilikçi ziyalılar Sultan ağalığına qarşı mübarizəni 
davam etdirdilər. 1889-cu ildə hərbi tibb məktəbində oxuyan 
tələbələr İshaq Sükuti, Mehmet Rəşid, Abdullah Cevdət, 
İ
brahim Temo gizli bir cəmiyyət “İttihad və tərəqqi”ni yarat-
dılar. Bu o demək idi ki, türk burjua demokratik hərəkatı rəsmi 
şə
kildə fəaliyyətə başlayır. Cəmiyyətin əsas məqsədi II Əb-
dülhəmid rejiminə son verərək Konstitusiyanın yenidən elanına 
nail olmaq idi. “İttihad və tərəqqi” cəmiyyətinin üzvlərini və 
tərəfdarlarını “Gənc türklər” adlandırırdılar. 1895-ci ilə qədər 
gizli hürriyyətçi kitablar buraxılır, toplantılar keçirilirdi. 
1889-cu il Fransa inqilabının 100 illiyi münasibəti ilə Parisə 
yollanan bir çox mücahidlər oradan yeni fikirlər və mütərəqqi
ideyalarla qayıdırdılar. Gənc türklər hərəkatının ikinci mər-
hələsi 1895-1897-ci illəri əhatə edir. Berlin konfransından 
sonra böyük dəstək alan ermənilər 1895-ci ildən başlayaraq İs-
tanbulda bir neçə qətllər törətdilər. Əbdülhəmid rejimi isə bu 
məsələni həll etmək üçün heç bir addım atmırdı. Belə olduğu 
halda gənc türkçülər özləri xalqı mübarizəyə qaldırırdı. Parisdə 


61
olan hərəkat üzvlərindən də dəstək gəldi. Onların belə fəallığı 
Ə
bdülhəmidin xoşuna gəlmədi və bir çoxu uzaq yerlərə sürgün
olundu, ya da həbsə düşdü. Bəziləri isə hərəkat tərəfindən bir
müddətliyə Misir və Avropaya qaçırıldı. Artıq 1896-cı ildə bir 
çox hərbi məmurlar, komandirlər hərəkatın üzvü idi. 1896-cı 
ildə Əb-dülhəmidi taxtdan salmaq üçün bir plan qurulmuşdu.
Lakin üzvlərdən birinin satqınlığı planın həyata keçməsinə 
mane oldu. Tutulanlar uzaq yerlərə sürgün olundu. Beləliklə
bu illərdə hərəkat istəyinə nail olmadı. 1897-1899-cu illərdə 
hərəkatın daxilində fikir ayrılıqlarının olması durğunluğa gəti-
rib çıxardı. Hərəkatın yenidən canlanmasına səbəb İngiltərə və 
Almaniyanın dəmiryolu məsələsində rəqabəti oldu. Belə ki, Al-
maniya İngiltərəyə zərbə vurmaq üçün Türkiyəni yaxın Şərqdə 
özünün əsas müttəfiqinə çevirmişdi. 1896-cı ildə bir alman 
ş
irkəti tərəfindən Konya Eskişehir dəmiryolu xətti açılmışdı. 
Sonra Almaniya tərəfindən xəttin Bağdada qədər davam 
etdirilməsi məsələsi gündəmə gəldi. Almaniya kralı II Vilhelm
biri rəsmi, digəri qeyri-rəsmi olmaqla 2 dəfə İstanbula gəlmiş 
və Əbdülhəmidlə danışıqlar aparmışdı. Əbdülhəmid almanlarla 
razılığa gəlmişdi. Bağdad dəmiryolu konsessiyasını alandan 
sonra Almaniya Türkiyəyə bütövlükdə sahiblənmək və onu 
özünün müstəmləkəsinə çevirmək üçün fəaliyyətini güclən-
dirmişdi. Türkiyə sultanı II Əbdülhəmid də özünün zəifləmiş 
hakimiyyətini Almaniyanın və alman kapitalının köməyi ilə 
möhkəmləndirmək istəyirdi. O, Almaniyadan Balkanlarda milli 
azadlıq hərəkatına qarşı istifadə etmək fikrində idi. Almaniya 
türk sultanının bu istəyinə tərəfdar çıxırdı. Canlanan hərəkatın 
üzvləri 1902-ci il Parisdə toplaşdılar. Onlar qərara aldılar ki, 
yalnız mətbuatla nəyəsə nail olmaq olmaz, hərbi gücdən də 
istifadə olunmalıdır. Amma konfransda fikir ayrılığının olması 
gənc türklərin parçalanması ilə nəticələndi. 1907-ci ilin 
sonlarında Parisdə “İttihad və tərəqqi” cəmiyyətinin və ona qo-
ş
ulmuş təşkilatların birləşmiş konfransı çağırıldı. Konfrans 
mövcud rejimi silahlı üsyan yolu ilə devirmək və 1876-cı il 


62
konstitusiyasını bərpa etmək qərarını qəbul etdi. Məhz bu 
illərdə Osmanlı üçün digər bir önəmli hadisə Revel danışıqları 
oldu. 1908-ci il iyunun 9-10 da Reveldə İngiltərə ilə Rusiya 
arasında Osmanlı imperiyasının bölüşdürülməsi haqqında 
razılıq əldə olundu. Makedoniya tamamən türklərdən alın-
malı və İngiltərə ilə Rusiyanın himayasində müstəqil olmalı 
idi. Anadolunun şərq bölgələri Rusiyaya, bütün ərəb ölkələri 
isə İngiltərəyə verilməli idi. Əbdülhəmid yenə də ölkənin 
müdafiəsi üçün heç bir tədbir gör-mədi. Gənc türklər müəyyən
olunmuş vaxtdan tez çıxış etməyi qərara aldılar. İnqilab təş-
kilatın Makedoniya komitəsi üzvlərinin təşəbbüsü ilə başladı. 
1908-ci il iyulun 3-də Makedoniyada Resne şəhərinin ko-
mendantı leytenant Niyazi bəy 200 əsgər və 200 mülki vətən-
daşdan ibarət bir qrupla dağlara çəkildi. İyulun 6-da Ənvər
bəyin komandanlığı ilə başqa bir hərbi dəstə də üsyançılara 
qoşuldu. Ədirnəni də üsyan bürüdü. Təkcə əhali deyil, bütün 
ordu üsyançılar tərəfə keçdi.
II Əbdülhəmid bu hərəkat qarşısında dayanmağa və 
hərəkatın liderlərini ələ almağa çalışsa da ancaq buna müvəffəq 
olmadı. Solonik və Monastrdakı ordular açıq surətdə sultana 
qarşı cəbhə təşkil etdilər və Ədirnədəki ikinci ordudan da kö-
mək aldılar. 1908-ci il iyulun 23-də “İttihad və tərəqqi” təşki-
latının Mərkəzi Komitəsi Monastr şəhərində böyük bir mi-
tinqlə konstitusiyanın bərpa olunmasını elan etdi, sultana isə 
ultimatum göndərdi. Əbdülhəmidə qəti olaraq bildirildi ki, 3 
gün ərzində konstitusiya bərpa olunmasa, İstanbul üzərinə 
hərbi hücum təşkil olunacaqdır. Çıxılmaz vəziyyətdə qalan
Ə
bdülhəmid 1908-ci il 23 iyulda 1876-cı il konstitusiyasının 
bərpası və tezliklə parlament seçkiləri haqqında fərman 
imzaladı. Türkiyə konstitusiyalı monarxiya elan edildi və 
Ə
bdülhəmidin 32 illik diktaturası sona çatdı. Hökumətə gənc 
türklərin Kamil paşa, Süleyman paşa və Səid paşa kimi 
nümayəndələri daxil edildi. 1908-ci il 2 noyabr tarixində 
parlamentin açılışı və ilk iclası keçirildi. Parlamentə seçilmiş 


63
230 deputatdan 150 nəfəri gənc türklərdən idi. Ancaq gənc 
türklər parlamentdəki çoxluqlarından antifeodal islahatlar 
keçirmək üçün istifadə etmədilər. Onların bu hərəkəti rəhbər-
liyin sosial tərkibi ilə izah olunurdu. Rəhbərlik əsasən, feodal 
və bürokratik dairələrdən təşkil olunduğu üçün “Gənc türklər” 
burjuaziyanın mənafeyini ifadə edirdi. Bu zaman gənc türk-
lərə qarşı müxalifətdə olan Əhrar partiyası fəaliyyət göstəriridi 
və onları ingilislər müdafiə edirdilər. II Əbdülhəmid və onun 
ə
trafındakılar Əhrar partiyası və “İttihadi müsəlman” təşkilati 
ilə birgə əksinqilabi çevriliş edərək, hakimiyyəti ələ aldı. 
“İttihadi müsəlman” feodal qaragürühçuların toplaşdığı bir 
təşkilat idi. İnqilabçıların təqib olunmasına başlanıldı. Ölkədə 
vətəndaş müharibəsi təhlükəsi yarandı. Gənc türklər 1909-cu 
ilin 23 aprelində Mahmud Şövkət paşanın komandanlığı altında 
Makedoniya ordusunu İstanbul üzərinə yeritdilər. Əbdülhəmid 
hakimiyyətdən kənarlaşdırıldı. Onun iradəsiz qardaşı V 
Mehmet Rəşad sultan elan edildi. Beləliklə, Osmanlı tarixində 
çox önəmli rol oynayan inqilab Osmanlı imperiyasının siyasi 
quruluşunu dəyişə bilmədi. Çünki bu yuxarı təbəqələrin in-
qilabı idi. Gənc türklərin daxili zəifliyini görən Avropa məhz 
bundan yararlanmaq istəyirdi. 1909-1911-ci illərdə “İttihad və 
tərəqqi” yavaş-yavaş ölkədə yeganə hakim siyasi partiya halına 
gəldi. Osmanlı dövlətinin daxildə qarşılaşdığı çətinliklər xarici 
müdaxilələrdən qaynaqlanırdı. Gənc türklər isə parlamentli bir 
rejim yaratdıqdan sonra Qərb dövlətlərinin onlara göstərə-
cəkləri himayə ilə daxili çətinlikləri aradan qaldıra biləcəklərini 
düşünürdülər. Ancaq hadisələr heç də belə olmadı. Avstriya-
Macarıstanın Bosniya və Hersoqovinanı ilhaq etməsi, Bolqa-
rıstanın istiqlaliyyətinin elanı gənc türklərin gözlərini açdı. İn-
qilabın yarımçıqlığına baxmayaraq “Gənc türklər”in hakimiy-
yəti dövründə ölkədə bir sıra islahat və tədbirlər həyata ke-
çirildi. İqtisadi baxımdan gənc türklərin ilk və ən mühüm 
addımları 1914-cü ildə kapitulyasiyanın aradan qaldırılması 
oldu. Bu hərəkat Türkiyədə iş yerlərinin milliləşdirilməsi üçün 


64
şə
rait yaratdı. 1916-cı ilin 24 martında verilən bir qanunla 
bütün şirkətlərin yazışmalarının türk dilində aparılması məc-
buri idi. Bu dəyişikliklərə müvafiq olaraq, Ziraət bankı yenidən 
təşkil edilərək 1917-ci ilin martında Osmanlı Milli Bankı adı 
altında quruldu. Bu və digər tədbirlərlə gənc türklər bir növ 
dövlətin nəzarəti altında iqtisadi dəyişikliklər etməyə, sənaye-
ləşməni genişləndirərək milli burjuaziya yaratmağa çalışırdılar.
Şə
rq məsələsində Qərb dövlətləri ilə Rusiyanın məna-
feləri toqquşurdu. Bu da gənc türklərin xarici siyasətinə təsir 
edirdi. 1909-cu ildə Osmanlı əleyhinə Rusiya ilə İtaliya ara-
sında Rakkoniki razılaşması imzalandı. Burada dövlətlər razı-
lığa gəlmişdilər ki, İtaliya Rusiyanın Balkanlardakı, Rusiya isə 
İ
taliyanın Trablisdəki mənafeyini tanısın. İtaliya hesab edirdi 
ki, müharibə zamanı Avstriya və Almaniya bitərəf qalacaq. 
Mərakeş böhranı İtalyanın müharibəyə başlamasına şərait 
yaratdı. 1911-ci il sentyabrın 28-də İtaliya hökuməti Türkiyəyə 
nota göndərdi. Notada deyilirdi ki, Türkiyə İtaliyanın Tripo-
litaniya və Kirenaika ilə əlaqələrinə mane olur. Türkiyə Şimali 
Afrikada yerləşən vilayətlərin İtaliya tərəfindən işğalına mane 
olmamalı idi. Türkiyə İtaliyanın tələblərini təbii ki, rədd 
etdi.Sentyabrın 29-da İtaliya hərbi əməliyyatlara başladı. 
Vilayətlərin əhalisi İtaliya qoşunlarına ciddi müqavimət göstə-
rirdi. Trablisdə çox az qüvvəsi olan Osmanlı dövləti İtaliyanın 
hücumuna ilk anda lazımi hərbi müqavimət göstərə bilmədi. 
İ
talyanlar sahildə əlverişli mövqe ələ keçirdilər. Lakin Misir və 
Tunis vasitəsilə Trablisə gələn könüllü türk zabitləri İtaliya 
işğalının genişlənməsinə mane ola bildilər. İtaliya Türkiyəni 
sülhə məcbur etmək üçün Dardanel boğazına donanma gön-
dərdi və Dardanelin girişini bombaladı. İtaliyanın bu hərəkəti 
Qərbin və Rusiyanın ciddi narazılığına səbəb oldu. Lakin 
boğazlarda daha ciddi hərəkət etməyə İtaliya cəsarət etmədi. 
Avstriya-Macarıstan qorxurdu ki, İtaliya vəziyyətdən istifadə 
edib Albaniyanı işğal etsin. İtaliya-Türkiyə müharibəsi ilə bağlı 
Osmanlıya Almaniyanın təsiri zəiflədi. Ancaq bu müharibənin 


65
gedişinə əsaslı təsir göstərə bilmədi. Türkiyə müqavilə bağla-
mağa məcbur oldu. 1912-ci il oktyabrın 18-də Lozannada mü-
qavilə bağlandı. Trablis və Kirenaika İtaliyanın müstəmləkə-
sinə çevrildi. 
İ
taliya-Türkiyə müharibəsi artıq çoxdan yetişmiş Bal-
kan böhranını sürətləndirdi. Balkan dövlətləri bu müharibədən 
istifadə edərək, Türkiyəyə qarşı bir ittifaqda birləşmək qərarına 
gəldilər. Rusiyanın Serbiya ilə Bolqarıstanı yaxınlaşdırmaq 
cəhdləri 13 mart 1912-ci il Serb-Bolqar ittifaqının yaranmasına 
səbəb oldu. 1912-ci il mayın 29-da Yunanıstan, oktyabrın 6-da 
isə Çernoqoriya bu ittifaqa qoşuldu. Osmanlı dövlətinə qarşı 
Balkan dövlətləri birliyi yaradılmış oldu. 1912-ci ildə əvvəlcə 
Çernoqoriya, sonra isə Bolqarıstan, Serbiya və nəhayət 25 
oktyabrda Yunanıstan Osmanlıya müharibə elan etdi. Türklər
səfərbərliyə çox gec başladılar. Osmanlılar bolqarlarla savaş-
da Trakyanı itirdilər, Çatalçaya qədər geri çəkilmək məcbu-
riyyətində qaldı. Kumovada isə türklər Serbiyaya məğlub 
oldular. Yunanlar Soloniki ələ keçirdi, bütün şimali Albaniya 
isə Çernoqoriya tərəfindən işğal edildi. Balkan dövlətlərinin 
qələbələri imperialist dövlətlərini inandırdı ki, Balkanlarda 
ə
vvəlki vəziyyəti saxlamaq mümkün deyildir. Bununla bərabər 
bu dövlətlər Balkanlardakı hadisələrdən müstəmləkə işğalları 
məqsədi ilə istifadə etməyə çalışırdılar. Rusiya İstanbulu və 
boğazları, Avstriya-Macarıstan, Soloniki, İtaliya Albaniyanı, 
Almaniya Anadolunu, İngiltərə isə Ərəbistan və Mesopota-
miyanı işğal etməyə çalışırdı. 
Bu məğlubiyyətlərdən sonra Osmanlı dövləti Qərb 
dövlətlərinin vasitəsilə 1912-ci ilin 3 dekabrında atəşin dayan-
dırılmasına nail oldu. 1913-cü il mayın 30-da Londonda 
Balkan dövlətləri ilə Osmanlı arasında sülh müqaviləsi imza-
landı. Bu müqavilə ilə Türkiyə Albaniya və Egey adalarının 
sərhədini müəyyən etməyi böyük dövlətlərin öhdəsinə bu-
raxırdı. Krit Yunanıstana verildi, Ədirnə də Bolqarıstana keçdi. 
Avropada Türkiyənin əlində boğazlara bitişik dar bir ərazi 


66
qaldı. Eniz-Midiya xəttindən Qərbə Avropa Türkiyəsinin bütün 
ə
razisi qalib ölkələrə keçdi. Yüz minlərlə türk bütün var-
yoxlarını qoyaraq İstanbula və Anadoluya qayıtdılar. Londan
konfransının qərarları ilə Türkiyə çox böyük itkilərlə üzləşdi. 
Osmanlı dövlətinin ağır məğlubiyyətlə Balkanlardan 
geri çəkilməsi siyasi baxımdan çox böyük bir boşluq yaratmış, 
Balkan torpaqlarının bölüşdürülməsi ilə əlaqədar bir-biri ilə dil 
tapa bilməyən müttəfiqlər arasında mübahisələr başlamışdı. 
1913-cü il iyunun 1-də Solonikdə Serbiya ilə Yunanıstan 
arasında Bol-qarıstana qarşı hərbi ittifaq bağlandı. Rusiya Bal-
kan ittifaqının dağılmasının qarşısını ala bilmədi. Avstriya-
Macarıstan tərəfindən qızışdırılan Bolqarıstan 1913-cü il 
iyunun 30-da Serbiya və Yunanıstana qarşı hərbi əməliyyatlara 
başladı. Beləliklə, ikinci Balkan müharibəsi başladı. Osmanlı 
dövləti Bolqarıstanın işğal etdiyi türk torpaqlarına doğru 
hərəkət edərək Ədirnəni geri aldı. Rumıniya qoşunları Dunayı 
keçərək, demək olar müqavimətə rast gəlmədən Dobrucanı 
tutub Sofiyaya doğru hərəkət etdilər. Bolqarıstan tezliklə məğ-
lub oldu. 1913-cü il avqustun 10-da Buxarestdə sülh müqa-
viləsi imzalandı. Buxarest sülhünün şərtləri ümumiyyətlə, bol-
qarlar üçün əlverişli deyildi. Bolqarıstan birinci Balkan mü-
haribəsi zamanı işğal etdiyi yerlərin çox hissəsini, hətta birinci 
Balkan müharibəsinə qədər olan yerlərinin bir hissəsini itirdi. 
Belə ki, Dobruca Rumıniyaya, Makedoniyanın böyük hissəsi 
Serbiyaya, Ədirnə isə Osmanlı dövlətinə verildi. Yunanıstan 
Balkan müharibələri nəticəsində Egey dənizindəki bütün ada-
ları, Cənubi Makedoniyanı, Soloniki aldı. Balkan müharibələri 
Osmanlı imperiyasının bu regionda mövqelərini zəiflətdi.


67

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin