Azərbaycan respublikasi təHSİl naz



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə21/36
tarix08.12.2022
ölçüsü1,4 Mb.
#120635
1   ...   17   18   19   20   21   22   23   24   ...   36
86 turk


partiyasını yaratdılar.
Türkiyə xalqının milli-azadlıq mübarizəsinin qələbəsi 
Antanta dövlətlərinin planlarını boşa çıxardığı üçün onlar 
Lozanna konfransını çağırmağa məcbur olmuşdular. Lozanna 
sülh konfransı 1922-ci il noyabrın 20-də İsveçrənin Lozanna 
şə
hərində açıldı. İki aydan artıq davam edən müzakirələrdən 
sonra Lozanna konfransında əsas məsələlər üzrə razılığa gəlin-
mədiyi üçün 1923-cü il fevralın 4-də konfrans işini dayandırdı. 
Konfransın ikinci sessiyası öz işinə 1923-cü il aprelin 23-də 
başladı. Antanta dövlətləri ilə Türkiyə arasında uzun danışıq-


127
lardan sonra 1923-cü il iyulun 24-də Lozannada sülh müqa-
viləsi imzalandı. Lozanna konfransında türk diplomatiyası 
böyük uğur qazanaraq öz iradəsini dünyaya qəbul etdirə bildi. 
Konfransın qərarlarına görə yeni Türk dövlətinin beynəlxalq 
aləmdə müstəqil, bütün digər dövlətlərlə bərabər bir varlıq 
olduğu qətiliklə tanınırdı. Antanta dövlətləri həmçinin kapitul-
yasiyaların və onlara əsaslanan qeyri-bərabər müqavilələrin 
ləğvi ilə razılaşdılar.
Konfransda ən çox mübahisə doğuran məsələ boğazlar 
məsələsi olmuşdur. Belə ki, boğazlardan istifadənin bütün döv-
lətlər üçün açıq olması məsələsi böyük dövlətlər tərəfindən 
israrla müdafiə olunurdu. Boğazlara Antanta dövlətlərinin 
nəzarəti məsələsinə isə türk tərəfi razı olmurdu. Sonda qəbul 
edilən razılaşmaya görə bütün ölkələrin hərbi gəmiləri istisna 
olmaqla digər gəmilərin boğazlardan sərbəst keçişi təmin 
olunurdu. Ankara hökuməti güzəştə getdi və boğazlar üstündə 
beynəlxalq nəzarət qoyuldu. 
Bu konfrans türk dövlətinin varlığının bütün dünyada bir-
mənalı olaraq qəbul edildiyini göstərirdi. Bu konfransdan sonra 
yeni yaradılmış Türkiyə dövləti dünyanın bütün ölkələri ilə 
bərabərhüquqlu münasibətlər yaratmaq imkanı əldə etdi. 13 
oktyabr 1923-cü ildə Ankara Böyük Millət Məclisinin qərarı ilə 
Türkiyə dövlətinin mərkəzi oldu. 1923-cü il oktyabrın 29-da 
TBMM Türkiyəni respublika elan etdi. Bundan sonra respub-
lika prezidentinin seçkisi başlandı. Ankara millət vəkili Mus-
tafa Kamal paşa yekdilliklə Türkiyə Respublikasının ilk pre-
zidenti oldu.

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin