Azərbaycan respublikasi təHSİl naz



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə23/36
tarix08.12.2022
ölçüsü1,4 Mb.
#120635
1   ...   19   20   21   22   23   24   25   26   ...   36
86 turk

3. Türkiyə Cümhuriyyəti 50-80-ci illərdə 
Müharibədən sonra bütün dünyada olduğu kimi Türki-
yədə də demokratik hərəkat genişləndi. 1946-cı ildə Demok-
ratik Partiya yarandı. DP dövlət kapitalizminin əleyhinə olub, 
şə
xsi sahibkarlığa geniş imkan yaratmaq tərəfdarı idi. 1950-ci 
il seçkilərində DP qələbə qazandı. Cəlal Bayar prezident, Ad-
nan Menderes isə baş nazir oldu.
DP hakimiyyəti ilk vaxtdan bütün gücünü iqtisadi inkişafa 
yönəltdi. DP-nin iqtisadi siyasəti Türkiyə Cümhuriyyətinin 
yaranmasından bəri dövlətin tətbiq etdiyi özəl fəaliyyəti inkişaf 
etdirmək strategiyasının davamı idi. DP hakimiyyəti istər aqrar, 
istərsə də sənaye sahələrində böyük layihələrin maliyyələşdiril-
məsində həm özəl kapitalın, həm də xarici kapitalın fəaliy-
yətinə əlverişli şərait yaratmaq kursu götürmüşdü. Xarici kapi-
talın ölkəyə axınını təmin etmək məqsədilə 1950-1954-cü 
illərdə bəzi qərarlar və qanunlar qəbul edilmişdi. Hələ 1950-ci 
ilin avqustunda Türkiyə Sənaye İnkişaf Bankı təsis edildi. 50-ci 
illərdən başlayaraq sənaye sahəsində yeni müəsissələrin inşası, 
eləcədə köhnə müəsissələrin yenidən qurulması və genişlən-
dirilməsinə başlanıldı. Bu layihələrdə xarici kapitalın iştirakına 
ə
lverişli imkanlar yaradıldı. 1954-cü ilin yanvarında qəbul 
edilən qanun isə xarici kapitalın fəaliyyəti ilə bağlı olan 
məhdudiyyətləri aradan qaldırdı. Xarici və daxili kapitalın gücü 


137
ilə bir sıra sənaye müəssisələri, o cümlədən dövlət müəssisələri 
işə salındı. Bu müəssisələrin işə salınması Türkiyənin tekstil
şə
kər, kağız, şüşə və bu kimi ilkin zəruri mallarla özünü təmin 
etməsinə imkan verdi. Ölkə iqtisadiyyatında sənaye istehsalının 
ümumi həcmi xeyli artdı. Aqrar sahənin də ölkə sənayesinin 
ehtiyaclarını ödəmək zəminində qurulması kənddə kapitalist 
münasibətlərinin genişlənməsinə səbəb oldu. DP hakimiyyə-
tinin iqtisadi sahədə həyata keçirdiyi kurs Türkiyənin inkişa-
fına şərait yaratdı, ölkə bir sıra sənaye və kənd təsərrüfatı məh-
sulları ilə nəinki özünü təmin etmək, həm də onları xarici 
bazara çıxarmaq imkanına sahib oldu. 
Demokratik Partiyanın hakimiyyəti illərində Türkiyənin 
xarici siyasətinə gəldikdə bu siyasət həmin dövrdə iki güc 
mərkəzinin region dövlətlərinə olan münasibətləri zəminində 
formalaşırdı. İkinci dünya müharibəsindən sonra təklənmiş 
Türkiyə tədricən Qərb blokunun etibarlı üzvünə çevirilirdi. 
Türkiyənin xarici siyasətinin Qərbə istiqamətlənməsində Sovet 
dövlətinin Türkiyəyə qarşı ərazi iddiaları və təhdidləri az rol 
oynamamışdır. Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) 
yarandığı vaxtdan Türkiyə bu təşkilata maraq göstərirdi. Lakin 
NATO üzvü olan ölkələr Türkiyənin bu təşkilata üzvlüyünə bir 
müddət mane oldular. Belə ki, NATO-ya üzv olan ölkələr 
Türkiyənin bu quruma daxil olmasının SSRİ-nin etirazına sə-
bəb olacağından ehtiyat edirdilər. Lakin Türkiyə öz təhlükəsiz-
liyinin təminatını ABŞ-la birlikdə, onun başçılıq etdiyi ittifaqda 
görürdü və NATO-ya girməkdə israr edirdi. İngiltərə 1951-ci 
ildə Türkiyənin Orta Şərq təhlükəsizlik sisteminə qatılacağı 
təqdirdə onun NATO-ya üzvlüyünü dəstəkləyəcəyini bildirdi. 
1951-ci ilin sentyabrında Ottavada toplanan NATO Nazirlər 
Ş
urası Türkiyə və Yunanıstanın təşkilata qoşulmasına razılıq 
verdi. Türkiyə 1952-ci ildə NATO-ya daxil oldu. ABŞ SSRİ ilə 
Türkiyə arasında münasibətlərin yaxınlaşmasında maraqlı 
deyildi. 50-ci illərdə Sovet-Türkiyə münasibətləri gərginliyi ilə 
fərqlənirdi. 1953-cü ildə SSRİ bildirdi ki, Montre konvensiya-


138
sının qüvvədə qalmasına etiraz etmir və Türkiyəyə qarşı heç bir 
ə
razi iddiası yoxdur. Ona görə də iki ölkə arasında gərginlik 
müəyyən qədər zəiflədi.
1955-ci ildə İraq, İran, İngiltərə, Pakistan ilə birlikdə Tür-
kiyə Bağdad paktını imzaladı. Lakin 1958-ci ildə İraqda inqilab 
baş verməsi nəticəsində İraq hökuməti 1959-cu il martın 24-də 
İ
raqın Bağdad paktından çıxmasını rəsmi şəkildə elan etdi. 
1959-cu il iyulun 25-də bu blokun qalan üzvləri blokun Mərkəz 
Müqavilə Təşkilatı (SENTO) adlandırılması qərarına gəldilər. 
Təşkilatın rəhbər orqanları Bağdaddan Ankaraya köçürüldü.
1952-1954-cü illər arasında Yunanıstanın Kiprə yiyələn-
mək məqsədi ilə İngiltərəyə etdiyi müraciətlərə rədd cavabı 
verildi. İngiltərə bildirdi ki, adanın status-kvosu dəyişdiril-
məyəcəkdir. 1954-cü ilin avqustunda Yunanıstan Kipr məsələsi 
ilə bağlı BMT-yə müraciət etdi. Bundan sonra Türkiyə dövləti 
də öz rəsmi mövqeyini açıqladı. Türkiyə adanın İngiltərənin 
nəzarəti altında qalmasını istədi. Türkiyə həmin tarixdən Kipr 
məsələsi ilə xarici siyasətinin ən əsas məsələlərindən biri kimi 
məşğul olmağa başlamışdır. 1958-ci ildə Kiprdə yunanların 
törətdikləri zorakılıqlar yenidən gərginlik yaratdı. İngiltərə 
məsələni yoluna qoymaq üçün Yunanıstan və Türkiyə ilə 
birlikdə müzakirələrə başladı. 1959-cu ildə Sürix və Londonda 
imzalanan sazişlərə əsasən Kiprdə müstəqil respublika yaradıl-
masına qərar verildi. İngitərə 1960-cı ildə Kiprə müstəqillik 
verərkən “enozis”i əsassız tələb kimi rədd etdi.
Türkiyə NATO-ya daxil olduqdan sonra ABŞ ilə hərbi 
xarakterli bir sıra ikitərəfli müqavilə və sazişlər imzalamışdır. 
1954-cü ildə bağlanan sazişə görə Türkiyədə ABŞ hərbi-hava 
bazası yaradılmasına icazə verilmişdi. Türkiyədə ABŞ təsirinin 
güclənməsi ölkədə müəyyən dairələrin narazılığına səbəb oldu. 
İ
qtisadi vəziyyətin pisləşməsi də Bayar-Menderes hökumətinin 
vəziyyətini pisləşdirdi. Quru qoşunlarının komandanı general 
Camal Gürsel etiraz əlaməti olaraq istefa verdi və sonra hərbi 
çevriliş etdi. Çevriliş nəticəsində 1960-cı ildə Camal Gürsel 


139
prezident oldu. İsmət İnönü koalisyon hökumət təşkil etdi. 
Sürətli yüksəlişi təmin etmək və yaxın gələcəkdə qabaqcıl 
ölkələrə çatmaq koalisyon hökumətin qarşısında duran başlıca 
vəzifə oldu. Onun həyata keçirilməsi üçün iqtisadiyyatın istər 
dövlət bölməsinə, istərsə də özəl bölməsinə kapital qoyuluşunu 
artırmaq, maliyyə qaynaqları kimi daxili və xarici investorların 
imkanlarından istifadə etmək nəzərdə tutulurdu.
Ə
dalət partiyası CXP-nın daxili siyasətini tənqid edir, bu 
siyasətin bir qrup adamların diktaturasını yaratmağa xidmət 
etdiyini söyləyirdi. Əsas tələblərdən biri devrilmiş hakimiyyə-
tin həbs olunmuş üzvlərinin əfv edilməsi idi. ƏP Kipr məsə-
ləsində də CXP hökumətinin passiv mövqeyini pisləyirdi. CXP 
hökumətinin öz fəaliyyətini davam etdirməsi mümkünsüz idi 
və hökumət 13 fevral 1965-ci ildə istefaya getdi. Müxalifət 
Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin