Azərbaycan respublikasi təHSİl naz


Partiyaların yenidən fəaliyyətə başlamalarına icazə veril-



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə26/36
tarix08.12.2022
ölçüsü1,4 Mb.
#120635
1   ...   22   23   24   25   26   27   28   29   ...   36
86 turk


Partiyaların yenidən fəaliyyətə başlamalarına icazə veril-
məsi Türkiyənin siyasi həyatında çox mühüm hadisə idi və o, 
ölkədə çox böyük siyasi fəallığa səbəb oldu. Yeni yaranmış 
partiyalar içərisində hərbçilərin ümid bəslədiyi partiya MDP 
idi. Hərbçilər öz siyasi arzularının bu partiya tərəfindən real-
laşacağına inanırdılar. Bu partiyanın yaradıcısı istefada olan 
general Turqut Sunalp idi. 1983-cü il mayın 20-də Ana Vətən 
Partiyası fəaliyyətə başladı. Bu partiyanın başçısı Turqut Özal 
oldu. Parlament seçkiləri ərəfəsində 10-dan çox siyasi partiya 
fəaliyyətə başladı. 1983-cü il noyabrın 6-da keçirilmiş par-
lament seçkilərində Ana Vətən Partiyası səslərin 45 faizdən ço-
xunu topladı. Turqut Özalın başçılığı ilə hökumət təşkil olundu.
Tədqiqatçıların yekdil fikrinə görə həmin vaxtdan Türkiyə 
həyatının müxtəlif sahələrində yeni bir inkişaf mərhələsi baş-
ladı ki, tarixi ədəbiyyatda bu liberal dəyişikliklər dövrü kimi 
xarakterizə olunur. İstər siyasi həyatda, istərsə də iqtisadi 
həyatda liberal dəyərlərə üstünlük verilməsi Ana Vətən Par-
tiyasının dönməz fəaliyyət kursu oldu. 80-ci illərdə daxili si-
yasi həyatın demokratikləşdirilməsi, növbəti parlament seçki-
lərinin demokratik təməllər əsasında keçirilməsi, mülki haki-
miyyətin daha da gücləndirilməsi sahəsində görülən tədbirlər 
Özal hakimiyyətinin başlıca uğurları sayılır. Məhz bu səbəblərə 
görə Turqut Özal az bir zamanda istər ölkə daxilində, istərsə də 
ölkə xaricində öz sözü və nüfuzu olan bir baş nazir kimi 
tanındı. 
Ölkə hərbi üsul idarədən uzaqlaşdıqca 1982-ci il konstitu-
siyasına yenidən baxılmasına zəruriyyət yaranırdı. 1986-cı ilin 
aprelində Turqut Özalın təklifi ilə keçmiş siyasi liderlərin üzə-
rindəki qadağalar götürüldü. Siyasi qadağaların ləğvi imkan 
verdi ki, hərbi çevrilişdən əvvəl partiya başçıları olan siyasi 
liderlər açıq mübarizəyə qoşulsunlar. Yaranmış şəraitlə bağlı 
olaraq Ana Vətən Partiyası parlamentə vaxtından əvvəl seçkilər 


144
keçirilməsinə qərar verdi. TBMM və ölkə prezidenti bu təklifi 
dəstəklədilər. Seçkilər 1987-ci ilin noyabrına təyin olundu.
AVP seçki qabağı təbliğat mərhələsini yüksək səviyyədə 
həyata keçirdi. Təbliğat gedişində daim diqqət mərkəzində 
duran məsələ iqtisadiyyatda qazanılmış nailiyyətlər idi. Bu 
Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin