2.Orta Asiyada Rusiya və İngiltərə mübarizəsi
XIX əsrin birinci yarısında Orta Asiya xanlıqlarında
siyasi vəziyyət qeyri-sabit idi. Xanlıqlar arasında gedən mü-
haribələr, ayrı-ayrı bölgələrdə xalq üsyanları, qonşu dövlətlərlə
münaqişələr xanlıqları zəiflədirdi. Belə bir vəziyyət Rusiya və
İ
ngiltərə kimi dövlətlərin Orta Asiyaya marağını artırırdı.
Rusiyanın xarici siyasi mənafeyi başqa böyük dövlətlərin, ilk
növbədə İngiltərənin mənafeyi ilə toqquşurdu, çünki İngiltərə
nəinki Yaxın Şərqdə, habelə Orta və Uzaq Şərqdə də Rusiyanın
güclü düşməni idi. İngiltərə-Rusiya ziddiyyətləri, xüsusən, Orta
Asiyada çox mürəkkəbləşmişdi, ona görə ki, Kokand, Buxara,
Xivə xanlıqlarından hər iki ölkə əlverişli satış bazarları və öz
sənayesi üçün xammal mənbələri kimi istifadə etməyə çalışırdı.
Satış bazarları ələ keçirmək məqsədilə İngiltərə eyni vaxtda iki
istiqamətdən: Hindistan, Əfqanıstan istiqamətindən və Qara
dəniz sahillərindən Asiya daxilinə nüfuz etməyə alışırdı.
Beləliklə, İngiltərə Yaxın və Orta Şərqdə iqtisadi üstünlüyünü
möhkəmlətmək və bu rayonda rusların rəqabətini qırmaq, həm
də Orta Asiyanı Rusiyaya qarşı əməliyyat meydanına çevirmək
istəyirdi.
İ
ngilis casusları Əfqanıstanda məskən salmışdılar və
Orta Asiya xanlıqlarına daxil olurdular. Onlar, öz növbəsində,
yerli əhalidən də sıralarına casuslar cəlb edirdilər. XIX əsrin
20-ci illərində İngiltərə casusları həm kəşfiyyat, həm də yerli
ə
halini Rusiyaya qarşı sövq etmək məqsədilə Orta Asiyaya
gəlirdilər. 1824-cü ildə bir neçə İngiltərə vətəndaşı tacir adı ilə
11
Buxaraya gəlib gizli şəkildə şəhərin planını çəkmişdilər.
Buxara və Xivədə bəzi yerli tacirlər də ingilis casusları idi.
İ
ngiltərə-Əfqanıstan müharibəsi ilə əlaqədar olaraq 1838-
ci ildən ingilislərin Orta Asiyaya nüfuz etməsi gücləndi. İngilis
casusları tərəfindən təhrik edilən Xivə hərbi dəstələri rus kar-
vanlarına tez-tez hücum edirdilər. Buna cavab olaraq Orenburq
general-qubernatoru A.Perovski 1839-cu ilin noyabrında 5 min
nəfərlik hərbi dəstə ilə Xivə xanlığına hücuma keçdi. Lakin
Perovski xeyli canlı qüvvə və texnika itirərək geri çəkilmişdi.
XIX əsrin 40-cı illərindən ingilislərin Orta Asiyaya soxulması
gücləndi. 1840-cı ildə Xivəyə gələn iki İngiltərə casusu Xivə
xanını inandırmağa çalışırdılar ki, rusları Xivəyə buraxmasın
və ruslar Xivəyə hücuma hazırlaşır. Lakin Xivə xanı onlara
inanmadığından ingilis casusları geri qayıtmışdılar. XIX əsrin
50-ci illərində ingilislər Kokand və Xivə xanlarını öz tərəflə-
rinə çəkmək üçün Əfqanıstan əmirindən istifadə edərək xanlıq-
larla Rusiya arasında yaranmış iqtisadi əlaqələri pozmaq istə-
yirdilər. Lakin onların bu cəhdi baş tutmadı. Belə ki, ingi-
lislərdən pul yardımı və lazımi silah almış əfqanların xanlıq-
ların ərazisinə hücumları müvəffəqiyyət qazanmadı. Xanlıqla-
rın lap sərhədləri yaxınlığında inşa edilən istehkam və qalalar
Rusiyanın bu bölgədə hökmranlığını təmin edir, Orta Asiyanın
qəti işğalı üçün şərait yaradır, bu rayonda İngiltərənin müs-
təmləkəçilik siyasətini xeyli məhdudlaşdırırdı.
Krım müharibəsində İngiltərənin Türkiyəni müdafiyə
etməsi və Rusiyaya qarşı hərbi əməliyyatlarda iştirakının bir
səbəbi də Rusiyanı Qafqaz və Orta Asiyadan sıxışdırıb çı-
xartmaq idi. İngiltərə Rusiyaya qarşı Türkiyə başda olmaqla
Orta Asiya xanlıqlarının ittifaqını yaratmağa çalışırdı. Lakin
xanlıqlar arasında mövcud ədavət və çəkişmələr onların bir-
ləşməsinə mane olurdu. İngiltərə Rusiyaya qarşı nəzərdə tut-
duğu ittifaqı yarada bilmədi. Çar Rusiyası Krım müharibə-
sindən sonra özünün Orta Asiya siyasətindən nəinki əl çəkdi,
ə
ksinə, onu daha da gücləndirdi. Rusiya ehtiyat edirdi ki,
12
İ
ngiltərə açıq şəkildə Orta Asiyaya daxil olar, ona görə də bu
regiona hücuma keçməyi sürətləndirdi. Rusiyanın Orta Asiyaya
doğru irəliləməsi İngiltərə ilə kəskin rəqabət şəraitində baş
verirdi.Xanlıqlarla sərhəddə toqquşma zamanı rus əsgərləri
dəfələrlə Orta Asiya döyüşçülərindən ingilis silahları ələ keçir-
mişdilər. Çarizmin Orta Asiyaya sahib olmaq istəməsi, onun
geniş işğalçı xarici siyasət planlarının həyata keçirilməsini
asanlaşdırmaqla yanaşı, Yaxın və Orta Şərqdəki mübahisəli
məsələlərdə İngiltərəyə təzyiq göstərmək üçün çarizmə mən-
fəətli ola bilərdi. Rusiyanın Orta Asiyadakı müvəffəqiyyəti İn-
giltərənin Rusiya əleyhinə yeni kampaniyaya başlamasına
səbəb oldu. İngiltərə 1865-ci ildə diplomatik təzyiq yolu ilə
Rusiyanı Orta Asiyadakı işğallarından əl çəkməyə məcbur
etmək istəsə də buna nail ola bilmədi. Belə olduqda, İngiltərə
müstəmləkəçiləri Əfqanıstanda və Qaşqarda öz fitnələrini güc-
ləndirdilər. İngilislərin bu siyasəti nəticəsində rus tacirləri Əf-
qanıstan və Qaşqardan qovuldular. İngilis məşvərətçiləri və
casusları Əfqanıstanı silahla təchiz edir və onu Amudərya
boyundakı yerləri işğal etməyə təhrik edirdi. 1869-cu ildə
ingilis hökuməti çar hökumətinə Orta Asiyada bitərəf zona
yaratmaq haqqında təklif verdi. Bitərəf zona hər iki dövlət üçün
toxunulmaz olmalı idi. Rusiya hökuməti buna razılıq verdi və
bu zonaya Əfqanıstanı da daxil etməyi irəli sürdü. Bununla,
Rusiya İngiltərə tərəfindən Əfqanıstanın işğal edilməsinin qar-
ş
ısını almaq istəyirdi. İngiltərə buna qarşı Rusiyanın hima-
yəsində olan Şimal vilayətləri hesabına bitərəf zonanı geniş-
ləndirməyi irəli sürdü. Bu isə hər iki tərəfin bitərəf zona haq-
qında razılığa gələ bilməməsinə səbəb oldu. 1873-cü ildə Xivə
xanlığının mərkəzi rus qoşunları tərəfindən tutuldu. Xivənin
işğalı ciddi beynəlxalq təzyiq olmadan qəbul edildi. Yalnız İn-
giltərə öz etirazını bildirdi. 1873-cü ildə İngiltərə ilə Rusiya
arasında bağlanmış saziş gər-ginliyi müvəqqəti olaraq zəiflətdi.
Bu sazişə əsasən, Rusiya Əfqanıstanda İngiltərənin hakim
hüququnu qəbul edirdi. İngiltərə Xivəyə qarşı tələblərindən əl
13
çəkir və bununla da Xivə xanlığının Rusiya tərəfindən siyasi
cəhətdən tabe edilməsinə razılıq verirdi. İngiltərə ilə sonrakı
danışıqlarda Rusiya tərəfi bildirdi ki, Rusiya Orta Asiyada nə
Buxaraya doğru, nə də türkmən düzənliklərində ərazilərini
genişləndirmək fikrində deyil. İngiltərədə hakimiyyətə gəlmiş
mühafizəkarlar isə Britaniya müstəmləkə imperiyasını geniş-
ləndirməyi gizlətmirdilər.
1876-cı ilin fevralında Rusiya hökuməti İngiltərənin
yeni mövqeyi ilə əlaqədar olaraq 1873-cü il sazişini müdafiə
etdiyini bildirdi. Bununla yanaşı, göstərdi ki, hər iki dövlət
sərbəst fəaliyyət göstərmək hüququnu özündə saxlayır. Bundan
istifadə edərək çar hökuməti 1876-cı ildə Kokand xanlığının
Rusiya imperiyasına birləşdirilməsi haqqında fərman verdi.
XIX əsrin 80-ci illərinin əvvəllərində Orta Asiyada
Rusiya İngiltərənin güclü müqavimətinə rast gəlirdi. İngiltərə
onun protektoratlığı altında olan Əfqanıstan vasitəsilə Türkmə-
nistanda işğallara can atırdı. Rusiya Türkmənistanda irəli-
lədikcə İngiltərə-Rusiya münasibətləri yenidən pisləşdi. 1881-
ci ildə Skobelovun başçılığı altında Axal-Təkin düzənliyi, üç il
sonra 1884-cü ildə Mərv şəhəri tutuldu. Rus qoşunları bilava-
sitə Əfqanıstan sahillərinə çıxdılar. Lakin Əfqanıstanın sər-
hədləri hələ dəqiq müəyyən edilməmişdi.
1885-ci ilin martında ingilislərin təhriki ilə əfqan qo-
ş
unları və general Komarovun rus ordu dəstələri arasında toq-
quşma baş verdi. Əfqanlar məğlub edildikdə və rus qoşunları
Ə
fqanıstanın şimalına daxil olduqda, İngiltərədə yenidən
narahatlıq yarandı. Avropada belə hesab edilirdi ki, İngiltərə ilə
Rusiya arasında müharibə labüddür. Lakin kəskin ixtilaflar
1885-ci ilin sentyabrında Peterburqda İngiltərə-Rusiya sazi-
ş
inin imzalanması ilə başa çatdı. Sazişə əsasən, Rusiya-Əfqa-
nıstan sərhədi müəyyən edildi və İngiltərə türkmən torpaqları
üzərində Rusiyanın hüququnu qəbul etdi. Eyni zamanda Rusiya
Ə
fqanıstanın daxili işlərinə qarışmamaq öhdəliyi götürdü.
1895-ci ildə İngiltərə ilə Rusiya arasında yeni saziş imzalandı.
14
Bu saziş Rusiya, Əfqanıstan və Hindistan arasında İrandan Pa-
mirə qədər sərhəd xətlərinin müəyyən edilməsi ilə başa çatdı.
İ
ngiltərənin Türkmənistanı işğal etmək planları həyata ke-
çirilmədi.
Dostları ilə paylaş: |