3. Orta Asiyanın işğalı və bölgənin
Rusiyaya birləşdirilməsi
Orta Asiya torpaqlarının siyasi cəhətdən tabe edilməsi
məsələsi XIX əsrin 60-cı illərində Rusiyanın hakim dairələri
qarşısında tam kəskinliyi ilə durdu. Orta Asiya məsələsi Rusi-
yanın istər hökumət, istərsə də ticarət-sənaye dairələrinin diq-
qətini getdikcə daha çox cəlb edirdi. Rus sənaye məhsullarının
Avropa bazarlarında Avropanın daha çox inkişaf etmiş səna-
yesi ilə rəqabətə davam gətirmədiyi bir şəraitdə Orta Asiyada
yeni bazarların əldə edilməsi Rusiya üçün xüsusilə vacib idi.
İ
stər daxili vəziyyət, istərsə də xarici şərait Rusiyanı Orta
Asiyaya qarşı daha inamlı addımlar atmağa sövq edirdi. 1859-
cu ildə Qazaxıstanla Şimali Qırğızıstanın sərhədində Kastek
istehkamı yaradıldı. Bu, Kokand xanlığının içərilərinə irəlilə-
məyə imkan yaradırdı. Bütün bunlar sərhəddə Rusiya ilə Ko-
kand xanlığının hərbi qüvvələrinin toqquşmasına gətirib çı-
xartdı. Çar Rusiyası yalnız 1864-cü ildə Orta Asiyada qəti
işğallara başladı. Rus qoşunlarının hələ XIX əsrin 40-cı illə-
rinin sonu 50-ci illərində Orta Asiya xanlıqlarına qarşı başlanan
hərbi əməliyyatları XIX əsrin 60-70-ci illərində bir neçə
mərhələdən keçdi.
1.1864-1865-ci illərdə Kokand xanlığına qarşı hərbi yü-
rüşlər;
2.1866-1868-ci illərdə Buxara xanlığına qarşı hərbi yü-
rüşlər;
3.1873-cü il Xivə xanlığına qarşı hərbi yürüşlər;
1864-cü ildə rus qoşunları öz hücumlarını şərqdə Ver-
nıdan və şimalda Perovskdan başlayaraq Kokand xanlığının
15
sərhədlərinə daxil oldular. Kokandlıların ağalıq etdikləri
Ə
liyyi-Ata, Türküstan və Çimkənd şəhərləri 1864-cü ildə rus
qoşunları tərəfindən tutuldu.Orta Asiyanın ən böyük şəhəri,
nəinki təkcə Kokand xanlığının, həm də bütün Orta Asiyanın
mühüm iqtisadi mərkəzi olan Daşkənd 1865-ci ilin yayında
general Çernyayevin qoşunlarına təslim oldu. Kokand xanının
qüvvələri tezliklə tam məğlubiyyətə uğradı.
Buxara əmiri Kokand xanının məğlubiyyətini gördükdə,
Kokand xanlığını işğal etmək üçün əlverişli məqam olduğu
qərarına gəldi. Buxara əmirinin Kokand xanlığına müdaxilə
etməsi, Buxara xanlığına qarşı hərbi əməliyyata başlamaq üçün
çar generallarına bəhanə oldu. 1866-cı ilin yazında Buxara
xanlı-ğının qoşunları Xocənt şəhəri ətrafında ağır məğlubiyyətə
uğradı. Rus qoşunları Xocənti, Cizəki, Ura-Tyubəni tutdular.
Rus qoşunları tərəfindən tutulmuş yerlərdə 1867-ci ildə Tür-
küstan general qubernatorluğu yaradıldı. General-qubernator-
luğun mərkəzi Daşkənd şəhəri idi. General K.Kaufman Türküs-
tanın ilk general-qubernatoru təyin edildi. General-qubernatora
Orta Asiya xanlıqları ilə müstəqil hərbi əməliyyat və diploma-
tik danışıqlar aparmaq səlahiyyəti verilmişdi. Cizəkin alınması
Zərəfşan vadisinə-Buxara xanlığının mərkəz şəhərləri Səmər-
qəndə və Buxaraya yol açdı. Orta Asiyanın qədim şəhər-
lərindən biri olan Səmərqənd 1868-ci il mayın 2-də təslim oldu.
Rus qoşunlarına qarşı hücuma keçən Buxara xanlığının hərbi
qüvvələri Buxara yolunu qoruyan Zərbulaq yüksəkliklərində
yeni məğlubiyyətə uğradılar. 1864-1868-ci illərdə rus qoşunla-
rının hərbi əməliyyatları zamanı Kokand və Buxara xanlıqları
məğlub oldular. 1868-ci ilin yanvarında Rusiya ilə Kokand
arasında, həmin ilin iyun ayında isə Buxara ilə sülh müqaviləsi
imzalandı. Sülh müqavilələrinin şərtlərinə əsasən Kokand xanı
Xudayar və Buxara əmiri Müzəffərəddin Rusiyanın vassallığını
qəbul edir, işğal edilmiş yerlərin Rusiyaya çatmasını qəbul edir
və hər iki xanlığın ərazisində Rusiya təbəələrinin azad ticarət
etmək hüququnu tanıyırdılar. Buxara əmiri Rusiyaya 500 min
16
manat təzminat verməyi öhdəsinə götürdü. 1873-cü ildə ge-
neral Kaufmanın komandanlığı altında rus qoşunları Xivə xan-
lığının ərazisinə daxil oldu. Xivə şəhəri 1873-cu il mayın 29-da
təslim oldu. 1873-cü ilin avqustunda tərəflər arasında sülh mü-
qaviləsi bağlandı. Xivə xanlığı Amudəryanın sağ sahilindəki
yerləri Rusiyaya verdi, Rusiyanın vassalı olmağı qəbul etdi.
Rusiya tacirləri gömrük vergisindən tamamilə azad edilirdi.
Xivə xanı 2,2 milyon manat məbləğində təzminat verməyi öh-
dəsinə götürdü.
Beləliklə, Rusiya on il ərzində Orta Asiya xanlıqlarının
müqavimətini qırdı, əraziləri və hüquqları xeyli məhdudlaşdı-
rılan Kokand və Xivə xanları və Buxara əmiri Rusiya im-
periyasının vassalları oldular. Əslində isə bu xanlıqlarda ixtiyar
Rusiya hökumət orqanlarının əlində idi. 1873-cü ildə Xudayar
xana qarşı üsyan baş verdi. Üsyana xanlarla düşmənçiliyi olan
ayrı-ayrı iri feodallar, müsəlman ruhaniləri də qoşulmuşdular.
Düşmənə qarşı “müqəddəs müharibə” kimi dini şüar da ortalığa
atılmışdı. Çünki üsyançılara milli və dini şüarlar təlgin olun-
duqda onlar düşmənə qarşı daha amansız olurdular. Daha geniş
yayılmaq qorxusu olan antifeodal üsyanın vüsətindən qorxan
Rusiya hökuməti üsyanı yatırmaq üçün bölgəyə xeyli hərbi
qüvvə göndərdi. Üsyançılar rus qoşunlarına qarşı mübarizəyə
qalxdılar, beləliklə də antifeodal üsyanı milli-azadlıq xarakteri
alaraq müstəmləkəçilik əleyhinə yönəldildi. Xalq içərisində
ş
öhrət qazanmış Pulat xan xalq kütlələrinin başçısı oldu. Xal-
qın şikayətlərini Pulat xan özü dinlə-yir və xalq üçün xüsusilə
ağır olan vergiləri tamamilə ləğv edirdi. Pulat xan 1875-ci ilin
oktyabrında Əndican yaxınlığında məğlub edildi. Kortəbii
xarakter daşıyan bu üsyanların təşkilati cəhətdən zəif idarə
edilməsi, üsyançıların pis silahlanması, vahid rəhbərliyin olma-
ması məğlubiyyətə gətirib çıxarmışdı. Orta Asiyada ruslar belə
uzunmüddətli və qətiyyətli mübarizə ilə rastlaşmamışdılar.
Xalq üsyanı yatırıldıqdan sonra, 1876-cı il fevralın 19-da Ko-
kand xanlığı ləğv edilmiş və bu vaxtadək Kokand xanının ha-
17
kimiyyəti altında qalan yerlər Fərqanə vilayəti adı altında Rusi-
yanın tərkibinə daxil oldu.
Hələ ruslar tərəfindən Xivə yürüşünün hazırlanması ilə
ə
laqədar olaraq, Xəzər dənizinin şərq sahilində 1869-cu ildə
Krasnovodsk şəhərinin təməli qoyulmuşdur. Xivə xanlığı tabe
edildikdən sonra türkmənlərin yaşadığı ərazilərə Rusiya təsi-
rinin yayılması üçün əsas baza Krasnovodsk oldu. Krasnovod-
skdan şərqə doğru Orta Asiyada ilk dəmiryolu çəkilməyə baş-
ladı. Dəmiryolu çəkənlər rus qoşunlarının arxasınca gedirdilər.
Ruslara qarşı türkmən tayfaları güclü müqavimət göstərirdilər.
Axal-Təkin vahəsi və Göytəpə qalası uğrunda mübarizə 1877-
ci ildən 1881-ci ilə qədər davam etdi. 1881-ci ilin yanvarında
Göytəpə qalası və Aşqabad,1884-cü ildə isə Mərv şəhəri rus
qoşunları tərəfindən işğal olundu. Türkmənistanın bütün ərazisi
XIX əsrin 80-ci illərinin ortalarında Rusiyanın tərkibinə daxil
edildi. 1895-ci ildə Pamirin alınması ilə Orta Asiyanın Rusi-
yaya birləşdirilməsi başa çatmış oldu.
Beləliklə,kiçik bir tarixi dövr ərzində Rusiyanın Orta
Asiya ilə bağlı planları tam həyata keçdi. Orta Asiyanın sosial-
iqtisadi və siyasi geriliyi və xanlıqların hərbi qüvvələrinin
zəifliyi bu bölgənin Rusiya tərəfindən işğalını asanlaşdırdı. Ça-
rizmin işğalına qarşı hər şeydən əvvəl feodal-əyanlar və
müsəlman ruhaniləri fəal çıxış edirdilər. Ən böyük çıxışlar
1885-ci il Fərqanə və 1898-ci il Əndican üsyanı olmuşdur.
Lakin bu üsyanlar rus hərbi qüvvələri tərəfindən amansızlıqla
yatırılmışdır. Öz nüfuzlarını, torpaq mülklərini və gəlirlərini
itirməkdən qorxan hakim təbəqə və müsəlman ruhaniləri fəal
müqavimət göstərsə-lər də xanlıqları məğlubiyyətdən qurtara
bilmədilər. Orta Asiyada yürüdülən milli-müstəmləkəçilik
siyasəti Rusiyanın hakim dairələrinin xətti idi. Bu siyasət Orta
Asiya xalqlarına yeni ağır iqtisadi və milli zülm gətirdi. Çar
Rusiyasının ağır müstəmləkəçi siyasətinə baxmayaraq, Orta
Asiyanın Rusiyaya qatılması onların təsərrüfatlarının Rusiya-
nın iqtisadi həyatı və dünya əmtəə dövriyyəsinə cəlb edil-
18
məsində müəyyən rol oynamışdır. Bu da nəticə etibarı ilə re-
gionda iqtisadi və sosial dəyişikliklərə səbəb olmuşdur. Əmtəə-
pul münasibətlərinin və bazar üçün məhsul istehsalının inkişafı
muzdlu əməkdən istifadəyə gətirib çı-xartmışdı. Yerli burjua-
ziya və fəhlə sinfinin təşəkkülü prosesi başlanmışdı. Rusiyadan
gələn elmi ekspedisiyalar tərəfindən Orta Asiyanın tədqiq
edilməsinə başlanıldı. Elm, maarif və səhiyyənin inkişafına bir
qədər diqqət artırıldı. Rus alimləri Orta Asiyanın maddi eh-
tiyatları, tarix və mədəniyyətinin öyrənilməsinə başladılar. Bü-
tün bunlarla yanaşı Orta Asiya xalqlarının siyasi müstəqilliyinə
son qoyuldu.
Dostları ilə paylaş: |