Azərbaycan respublikasi təHSİl naz



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə7/36
tarix08.12.2022
ölçüsü1,4 Mb.
#120635
1   2   3   4   5   6   7   8   9   10   ...   36
86 turk

XIX ƏSRDƏ VOLQABOYU, SİBİR VƏ KRIM 
 
1.Volqaboyu, Sibir və Krım
XIX əsrin birinci yarısında 
XVI əsrin ikinci yarısından başlayaraq - XVI əsrin son-
larına qədər Rusiya Volqaboyu və Sibirin işğalını başa çatdırdı. 
Volqaboyu və Sibir torpaqlarının ruslar tərəfindən mənimsənil-
məsi prosesi başlandı. Volqaboyu və Sibirdə yeni şəhərlər 
meydana gəldi. Rusiya feodalları Volqaboyunda torpaqları ələ 
keçirir və kəndliləri əsarət altına alırdılar. Əhalinin zorla xris-
tianlaşdırılması başlandı, milli zülm və xalqlar arasında milli 
və dini düşmənçiliyi qızışdırmaq siyasəti yeridilirdi. 
Rusiyanın Sibir xalqları ilə əlaqələri genişləndi. Rus 
feodallarının yeni ərazilər ələ keçirməkdə və bu ərazilərdən 
gəlir götürməkdə marağı vardı. Xaricdə xəzə tələbat artdı ki, bu 
tələbatı da yalnız Sibir xəzi ödəyə bilərdi. Volqaboyu və Si-
birin işğal olunmasının hərbi-strateji əhəmiyyəti də var idi. Bu 
yerlərin işğal edilməsi ilə Orta Asiyanın içərilərinə doğru yollar 
açıldı. Rus feodalları və tacirləri Sibirin yerli əhalisini əsarət al-
tına almağa və qarət etməyə başladılar. Rusiyadan köçüb gə-
lənlər Sibir torpaqlarını istifadəyə verir, əkinçiliklə məşğul 
olurdular. 
1774-cü il Kiçik Qaynarca sülhü ilə Rusiya Krım və 
Kuban tatarlarının Osmanlı dövlətinin asılılığından çıxmasına 
nail oldu. Krımda Kerç və Yeniqala Rusiyaya verilirdi. 1783-
cü ildə axırıncı Krım xanı Şahin Gəray hakimiyyətdən əl çəkdi, 
Krım və Kuban torpaqları Rusiyaya birləşdirildi. Krım xanlığı 
Tavriya vilayəti adlandırıldı. 1802-ci ildən isə Tavriya vilayəti 
quberniya adlandırılmışdır. Rusiyadan bura köçürülənlər yerli 
ə
halinin torpağı hesabına məskunlaşdırılır və onlara xüsusi 
imtiyazlar verilirdi. Bununla əlaqədar olaraq köçüb gələnlərin 
sayı artmağa başlamışdı. XIX əsrin birinci yarısında Rusiya 
iqtisadiyyatında böyük dəyişikliklər baş verdi. Rusiya iqtisa-


24
diyyatı üçün kənd təsərrüfatı mühüm rol oynayırdı. Rusiyada 
bütün təbəqələrə torpağı azad surətdə alıb satmaq olmazdı. 
Buna görə də kapitalist kənd təsərrüfatı sahibkarlığını inkişaf 
etdirməyin mümkünlüyü son dərəcə məhdudlaşmışdı. Mülkə-
darların əksəriyyəti torpaq üzərindəki inhisarçı hüququndan 
istifadə edərək, kəndlilərin pay torpaqlarını azaltmaq və biyarı 
genişləndirməklə öz təsərrüfatlarını təhkimçilik zəminində 
davam etdirirdilər. Nəticədə kəndli təsərrüfatı zəifləyirdi. Bu-
nun nəticəsində ölkənin əhalisinin artdığı və ayrı-ayrı təsərrüfat 
sahələrinin qeyri-bərabər inkişaf etdiyi bir şəraitdə kənd təsər-
rüfatında böhran vəziyyəti güclənirdi. 
XIX əsrin birinci yarısında türk xalqlarının məskunlaş-
dığı ərazilərdə sosial-iqtisadi inkişaf eyni səviyyədə olmamışdı. 
Volqaboyunun kənd təsərrüfatında zəif olsa da inkişaf var idi. 
Volqaboyunun kənd təsərrüfatı zəif inkişaf etsə də kənddə 
ictimai təbəqələşmə getdikcə artırdı. Yoxsul kəndlilərin vəziy-
yəti ağırlaşır, dövlət kəndlilərinə verilən torpaqlar hər il aza-
lırdı. Bölgəyə rus kəndlilərinin köçürülməsi müstəmləkəçilik 
siyasətini gücləndirirdi. XIX əsrin 40-cı illərində Volqabo-
yunda dövlət kəndliləri arasında “kartof qiyamları” adlandırılan 
geniş hərəkat başlandı. Bu hərəkat dövlət torpaqlarında kənd-
lilərin kartof əkməyə məcbur edilməsinə qarşı yönəlmişdi. 
”Kiselyov islahatı”na görə dövlət kəndliləri üçün tətbiq edilən 
qaydalar kəndliləri əsarət altına almağın yeni forması idi. Yeni 
təşkil olunan dövlət mülkləri nazirliyinin başçısı təyin edilmiş 
P.Kiselyov islahatın təşəbbüsçüsü və fəal tərəfdarı idi. Bütün 
dövlət kəndliləri bu nazirliyin sərəncamına verilirdi. İslahatın 
məqsədi dövlət gəlirlərini artırmaqdan və mülkədarlara kənd-
liləri necə idarə etmək lazım olduğunu göstərməkdən ibarət idi. 
İ
slahata əsasən dövlət kəndliləri üçün yerli idarəetmə orqanları 
yaradıldı. Bu tədbirlər mövcud sistemi qoruyub saxlamaq və 
möhkəmləndirmək, feodal iqtisadiyyatının böhranını zəiflət-
mək məqsədilə görülürdü. “Kiselyov islahatı” kənd icmalarının 
işlərinə qarışmağa imkan yaratmış, vergiləri artırmışdı. Kəndli-


25
lərin hərəkatı elə güclü idi ki, hərbi dairələr bir sıra yerlərdə 
çox çətinliklə sakitlik yarada bildilər. 
Sibir kəndliləri əkinçilik, maldarlıq və balıqçılıqla məş-
ğ
ul olurdular. Əvvəllər olduğu kimi, XIX əsrin birinci yarı-
sında da Sibirə Rusiyanın mərkəzi quberniyalarından əhalinin 
köçürülməsi davam etmişdi. Köçürülənlərin çox hissəsi Sibirin 
kənd təsərrüfatına yararlı torpaqlarında məskunlaşırdılar. Bu 
isə Sibir xalqlarının əkinçiliyi öyrənib oturaq həyat tərzinə keç-
məsinə şərait yaradırdı. Sibirdə kənd icmaları feodal asılılığı 
şə
raitində fəaliyyət göstərirdi. Mülkədar torpaq sahibliyinin 
olmaması, boş torpaqların mövcudluğu və torpaqların zəbt edil-
məsi kəndlilərin ictimai təbəqələşməsinə səbəb olurdu. XIX 
ə
srin birinci yarısında əkinçiliyin qeyri-bərabər inkişaf etmə-
sinə baxmayaraq, kənd təsərrüfatı məhsullarının istehsalında 
artım özünü göstərirdi. Sibirə köçüb gələnlərin əkin sahələrini 
genişləndirməsi kənd təsərrüfatı məhsullarının artımına səbəb 
olmuşdu. 
Krımın kənd təsərrüfatında maldarlıq, əkinçilik, bağçı-
lıq əsas yer tuturdu. Kənd əhalisinin xeyli hissəsinin pay tor-
paqları olmadığına görə torpağı icarəyə götürürdülər. Əsasən 
yerli kəndlilərin vəziyyəti ağırlaşmışdı. Belə ki, köçüb gələn-
lərə yerli əhalinin hesabına torpaqlar verilmiş, bir hissəsi də 
satın almaq yolu ilə torpaq əldə etmişdilər. Kənd təsərrüfatında 
muzdlu əməkdən geniş istifadə olunmağa başlanmışdı. Bu da 
kənddə əmtəə-pul münasibətlərinin inkişafını sürətləndirirdi. 
Ə
mtəə-pul münasibətləri inkişaf etdikcə mülkədar təsərrüfatları 
bazar əlaqələrinə cəlb olunurdu. Onlardan bəziləri kapitalist 
sahibkarlığı yolu ilə getməyə çalışırdı, lakin mülkədarların 
ə
ksəriyyəti torpaq üzərindəki inhisarçı hüququndan istifadə 
edərək öz təsərrüfatlarını təhkimçilik zəminində genişləndirir-
dilər. Nəticədə kəndli təsərrüfatı zəifləyir, bununla da istehsal-
çının xüsusi təsərrüfatının olması sarsılırdı. Bu isə iri mülkədar 
torpaq sahibliyinin meydana çıxmasına səbəb olurdu. 


26
Rusiyada metal emal edən köhnə rayonları arxada 
qoymuş Ural sənayesi XIX əsrin birinci yarısında xeyli inkişaf 
etmişdi. Uralda zavodların yaradılması xüsusi sahibkarlığın 
nəticəsi idi və daxili bazarda dəmirə, misə tələbatın artma-
sından, xarici ticarətin inkişafından irəli gəlirdi. Bu zavodlarda 
muzdlu fəhlələrin və təhkim edilmiş kəndlilərin əməyindən is-
tifadə edilirdi. Sonradan muzdlu fəhlələrin xeyli hissəsi “daimi 
təhkim edilmişlərə” çevrilir və əslində zavod sahiblərindən təh-
kimçi asılılığı vəziyyətinə düşürdülər. Volqaboyunun mədən-
zavod müəssisələrində işin böyük hissəsi muzdlu fəhlələr 
tərəfindən görülürdü. Muzdlu fəhlələrin böyük əksəriyyətindən 
kapitalist sənayesinin inkişaf etdiyi, kəndlilərin təbəqələşməsi 
prosesinin getdiyi yerlərdə istifadə olunurdu. Şəhərlərdə və 
sənaye rayonlarında çoxlu muzdlu fəhlə cəmləşirdi. Su nəq-
liyyatında, gəmiqayırmada və yükvurma-yükboşaltma işlərində 
muzdlu əmək böyük əhəmiyyət kəsb edirdi. Volqa su yolunda 
fasiləsiz olaraq çoxlu gəmi hərəkət edirdi. Bunlar ən müxtəlif 
tipli və su basımlı çay gəmiləri idi. Bu gəmilər taxıl, mal-qara, 
duz, dəmir və başqa sənaye malları daşıyırdılar. Volqa-boyun-
da yerləşən şəhərlər Orta Asiya və Cənubi Qafqazla ticarət 
ə
laqələrini genişləndirirdilər. Daxili bazarın və xarici ticarət 
ə
laqələrinin genişlənməsi iqtisadi inkişafın nəticəsi idi. Səna-
yenin və ticarətin inkişafı feodal cəmiyyəti sistemində burjua-
ziyanın yaranmasına gətirib çıxartdı. Kapitalizmin təşəkkülü 
prosesində sənaye aparıcı rol oynayırdı və sənaye təhkimçiliyin 
ləğv olunmasını daha təkidlə tələb edirdi. 
Zəngin təbii sərvətlərə malik olan Sibirdə əsas sahə 
dağ-mədən sənayesi idi. Lakin dağ-mədən sənayesində texniki 
gerilik özünü göstərirdi. Sibirdə torpaq yolların şəbəkəsi böyü-
yürdü və son dərəcə uzun olan böyük Sibir yolu Sibiri Avropa 
Rusiyası ilə birləşdirirdi. Yenisey və Lena kimi suyu çox olan 
Sibir çaylarından yük daşımaları üçün istifadə edilirdi. Sibir 
Rusiyanın xarici ticarətində mühüm rol oynayırdı. Rusiya Sibir 
vasitəsilə Orta Asiya, Çin və Monqolustan ilə ticarət edirdi. 


27
Rusiyadan bu yerlərə toxuculuq məhsulları, dəmir, mis, metal 
məmulatları ixrac olunur, çay, ipək, pambıq parçalar, çini mə-
mulatı idxal edilirdi. 
Krım Rusiyaya ilhaq edildikdən sonra Rusiya Qara də-
niz sahillərindəki torpaqlarını xeyli genişləndirdi. Həmin vaxt-
dan etibarən Rusiyanın Qara dəniz ticarəti başlandı. Rusiya hö-
kuməti Qara dəniz sahillərində bir sıra ticarət limanlarının açıl-
dığını elan etdi. 1794-cü ildə isə Odessa açıq liman elan olun-
du. Qara dəniz limanlarında gömrük rüsumları aşağı salındı. 
XIX əsrin əvvəllərindən Krımda yeni şəhərlər salınır, əhali artır 
və ticarət genişlənirdi. Sevastopol, Simferopol və Kerç kimi 
şə
hərlər getdikcə böyüyürdü. Krımda kərpic, duz emalı və 
şə
rabçılıq zavodları fəaliyyət göstərirdi. Sürətlə məskunlaşan 
Qara dəniz sahilləri, Kuban və Krım Ümumrusiya bazarına 
daxil olurdu. 
Çoxmillətli Rusiya xalqları çar mütləqiyyətinin zülmü-
nü öz üzərlərində daha çox hiss edirdilər. Çar hökuməti milli 
ucqarlarda birinci növbədə hələ keçmiş vaxtlardan saxlanılmış 
olan müstəqil idarələri ləğv edir, sonra da bununla kifayət-
lənməyərək, qəti surətdə ruslaşdırma siyasəti yeridirdi. Tatarla-
rın, başqırdların, çuvaşların və başqa xalqların ruslaşdırılması 
gücləndirildi. Milli zülm mədəniyyət sahəsində və ictimai hə-
yatın başqa sahələrində, həmçinin dini sahədə özünü göstərirdi.

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin