3.Kapitalist münasibətlərinin inkişafı
Təhkimçilik hüququ ləğv edildikdən sonra Rusiyada ka-
pitalist münasibətləri inkişaf etməyə başladı. Məhsuldar qüv-
37
vələrlə istehsal münasibətləri arasındakı ziddiyyətlər tamamilə
aradan qalxmasa da, çox zəiflədi. Bu isə məhsuldar qüvvələrin
sürətlə inkişafına və cəmiyyətin sinfi quruluşunda xeyli
dəyişikliklərə səbəb oldu. Çar hökuməti öz iqtisadi siyasətində
ilk növbədə mülkədar sinfinin mənafeyini müdafiə edirdi. Belə
ki, hökumət mülkədar sinfinin öz torpaq mülkiyyətini əlində
saxlamasında və bu torpaqlardan mümkün qədər çox gəlir gö-
türməsində maraqlı idi. Kapitalist təsərrüfat sisteminə keçən
mülkədarlar indi yeni kənd təsərrüfatı alət və maşınlarını daha
çox tətbiq etməyə başlayır, bəzi hallarda çoxtarlalı növbəli
ə
kinə keçirdilər. Lakin kəndlilərin əsas kütləsi torpağı əvvəlki
köhnə alətlərlə becərirdilər.
Təhkimçilik hüququ ləğv edildikdən sonra mülkədarlar
öz təsərrüfatlarını yeni şəraitə, kapitalist şəraitinə uyğunlaş-
dırmalı oldular. Mülkədarların öz təsərrüfatlarını feodal təsər-
rüfatından kapitalist təsərrüfatına çevirib yenidən qurması onlar
üçün çətin idi. Kapitalist istehsalı üçün tələb olunan şərtlər hələ
yox idi. Muzdla çalışmağa adət etmiş fəhlə sinfi lazım idi və
kəndli avadanlığı mülkədar avadanlığı ilə əvəz edilməli idi.
Bütün bu şərtlər tədricən həyata keçirilə bilərdi. Mülkədarlar
həm kapitalist, həm də biyar sisteminin xüsusiyyətlərini özündə
birləşdirən keçid təsərrüfat sistemindən istifadə edirdilər.
İ
slahatdan sonrakı illərin mülkədar təsərrüfatı məhz iki siste-
min, işləyib-ödəmə sistemi ilə kapitalist sisteminin əlaqələn-
dirilməsinə əsaslanırdı.
İş
ləyib-ödəmə sistemi ondan ibarət idi ki, kəndlilər
mülkədarın torpağını öz alətləri və iş heyvanları ilə becə-
rirdilər. Bunun müqabilində mülkədar çox zaman öz torpağının
bir hissəsini kəndlilərin istifadəsinə verirdi. Bəzən mülkədar
kəndlinin haqqını məhsulla və ya pulla ödəyirdi. Çox zaman bu
pul və ya məhsul kəndliyə qabaqcadan, tarla işləri başlanma-
mışdan verilirdi, beləliklə də, kəndlilər işləyib borclarını və
borcların faizlərini ödəyirdilər. Təsərrüfatı kapitalist sistemi ilə
idarə etdikdə mülkədar özü üçün iş heyvanı və kənd təsərrüfatı
38
alətləri almalı idi, halbuki təhkimçilik hüququ dövründə onun
iş heyvanı və kənd təsərrüfatı alətləri yox idi və torpağı onun
tutduğu fəhlələr becərirdilər.
İş
ləyib-ödəmə sistemində torpağın becərilməsi mülkə-
dara kapitalist sistemində olduğundan ucuz başa gəlirdi, lakin
becərmə işinin keyfiyyəti xeyli aşağı olur və az məhsul alınırdı.
Kapitalist sistemi iş heyvanı və kənd təsərrüfatı aləti almaq,
həmçinin dövriyyə vəsaiti üçün mülkədardan xərc tələb edir-
disə də, əkinçiliyin satlıq məhsulunun artdığı bir şəraitdə ona
işləyib-ödəmə sistemindəkindən xeyli çox gəlir verirdi. İşləyib-
ödəmə sistemi ilə kapitalist sistemi hər ikisi eyni təsərrüfatda
mövcud idi. Təsərrüfat sahibi hər iki sistemi əlaqələndirərək,
işlərin bir qismini işləyib-ödəmə sistemi ilə, digər qismini isə
kapitalist üsulu ilə gördürürdü.
İ
slahatdan sonrakı dövrdə Rusiyada kapitalizmin inki-
ş
afı milli ucqarların, o cümlədən türk xalqlarının təbii sərvət-
lərini mənimsəməyə yönəldilmişdi. Həmin müstəmləkə bölgə-
lərində kapitalist münasibətlərinin meydana gəlməsi və geniş-
lənməsi, öz növbəsində bu bölgələrin ümumi iqtisadi inkişaf
yoluna cəlb olunması üçün müəyyən şərait yaradırdı. Lakin
mərkəzi Rusiya quberniyalarına nisbətən türk xalqları yaşayan
bölgələrdə kapitalizm nisbətən ləng inkişaf edirdi.
Volqaboyunda kəndli təsərrüfatlarının kapitalist təməli
üzərinə keçirilməsi üçün yenidən qurulması prosesi daha mü-
rəkkəb və daha çətin gedirdi. Mükəlləfiyyətlər, ödənişlər və
vergilər altında əzilən, mülkədarlar tərəfindən amansızcasına
istismar edilən kəndlilər yeni şəraitə tez bir zamanda uyğunlaşa
bilmirdilər. Təhkimçilik qalıqlarının xüsusilə güclü olduğu
Orta Volqaboyu rayonlarında mülkədarların böyük bir hissəsi
işləyib-ödəmə təsərrüfat sistemini gücləndirirdilər. Volqaboyu-
nun taxılçılıq rayonlarında mülkədarlar kənd təsərrüfatı maşın-
ları tətbiqini çoxaltmaqla taxıl istehsalı dəyərini aşağı salmağa
çalışırdılar. Lakin təsərrüfatı bu şəkildə yenidən təşkil etmək
üçün mülkədarların çoxunun pul vəsaiti və iş bacarığı yox idi.
39
Onlar işləyib-ödəmə sistemini genişləndirmək yolu ilə tə-
sərrüfata sərf olunan xərclərin pulunu azaltmağa çalışırdılar.
İş
ləyib-ödəmə sisteminin üstün yer tutduğu rayonlarda təhkim-
çilik qalıqlarının güclənməsi müşahidə olunurdu. İşləyib-
ödəmə sisteminin əsas bazası ortabab kəndlilər idi. Kəndlilərin
təbəqələşməsi prosesində ortabab təbəqənin azalması işləyib-
ödəmə sisteminin təsərrüfatın kapitalist sistemi tərəfindən
sıxışdırılmasına səbəb olurdu.
Volqaboyunda kapitalist qaydaları əsasında qurulan bir
sıra təsərrüfatlar meydana gəlmişdi. Burada muzdlu əməkdən,
təkmil istehsal alətlərindən, bəzən isə kənd təsərrüfatı maşınla-
rından istifadə olunurdu. Burjuaziya nümayəndələri, rus zadə-
ganları və ayrı-ayrı mülkədarlara məxsus olan bu cür təsərrü-
fatların sayı o qədər də çox deyildi. Lakin ümumilikdə islahat-
dan sonra Volqaboyunun kənd təsərrüfatında kapitalist müna-
sibətləri inkişaf etməyə başlamışdı. Orta Volqaboyu rayon-
larında kəndlilərin vəziyyəti xüsusilə ağır idi. Bu yerlərdə ciddi
torpaqsızlıqla yanaşı, təhkimçilik qalıqları da güclü idi.
Ə
halinin təbii artımı nəticəsində torpaqsızlıq getdikcə artırdı.
Bu isə kəndlinin iqtisadi cəhətdən mülkədardan asılılığını daha
da gücləndirirdi. Bu dövrdə çarizmin köçürmə siyasətinin geniş
miqyas alması da yerli kəndlilərin torpağa ehtiyacını artırmışdı.
Təhkimçilik hüququ ləğv edilən zaman Rusiyada iri
sənaye başlıca olaraq manufakturadan fabrikə keçid pilləsində
idi. Sənayedə icbari əmək üstün yer tuturdu ki, bu da texniki
tərəqqini ləngidirdi. Təhkimçilik hüququnun ləğv edilməsi
sənayedə icbari əməyi aradan qaldırdı. Lakin muzdlu əməyə
keçilməsi asan iş deyildi və müvafiq sahələrdə istehsalın azal-
masına səbəb olurdu. Təhkimçilik hüququnun ləğvindən sonra
Rusiyada kapitalist sənayesi inkişaf etməyə başlamışdı.
Volqaboyu rayonlarında fabrik-zavod sənayesi kapitalist
inkişaf yoluna keçirdi. 80-ci illərdə istehsalın təmərküzləşməsi
ilə iri kapitalist sənaye sahələri yaranırdı. Sənayenin inkişafı ilə
ə
laqədar burjuaziya və fəhlə sinfi formalaşırdı. Sənaye sahə-
40
lərinə milli kapital qoyuluşu getdikcə artırdı. Tatar milli bur-
juaziyası yerli işçi qüvvəsindən istifadə etməyə çalışırdı. Milli
burjuaziya əldə etdiyi kapital hesabına yeni xəz, dəri və başqa
yüngül sənaye müəssisələri açırdı.
Başqırdıstanda kapitalizmin inkişafı dağ-mədən, meşə
və fabrik-zavod sənayesində özünü göstərirdi. Başqırdıstanda
kapitalist sənayesinin inkişafı ilə bərabər bir çox sənət sahə-
lərinin manufaktura səviyyəsinə yüksəlməsi cəmiyyətdə əsaslı
dəyişikliklərin baş verməsinə səbəb olmuşdu. Kapitalist cə-
miyyətinin burjuaziya və fəhlə sinfi təşəkkül tapmışdı. Səna-
yenin inkişafına baxmayaraq Başqırdıstan yenə də Rusiyanın
kənd təsərrüfatı bölgəsi olaraq qalırdı.
Rusiyada iri fabrik-zavod sənayesi ilə yanaşı nəqliyyat
da inkişaf edirdi. Dəmiryol tikintisinin, çaylarda və dənizlərdə
gəmiçiliyin sürətlə inkişaf etməsi islahatdan sonrakı dövr üçün
səciyyəvi idi. Su yolları ilə daşınan yüklərin əsas hissəsi Volqa
hövzəsinin və onu Baltik dənizi ilə birləşdirən su sistemlərinin
payına düşürdü. XIX əsrin 80-ci illərində dəmiryol çəkilişi
sürətlə davam edirdi. Bu onillik ərzində Batuma qədər uzanan
Zaqafqaziya dəmiryolu, Aşqabada qədər uzanan Zakaspi
dəmiryolu, Volqa üzərindəki Pokrovskdan Ural çayına qədər
Ural dəmiryolu, Xarkov və Donbası Orta və Aşağı Volqaboyu
ilə birləşdirən Xarkov-Balaşov-Kamışin dəmiryolu çəkilmişdi.
1880-1890-cı illərdə dəmiryollarında yük daşınması iki dəfə
artmışdı. Dəmiryol çəkilişi və dəmiryolları ilə yük daşınma-
sının artması rayonlararası əlaqənin və təsərrüfat əlaqələrinin
möhkəmlənməsinə səbəb olurdu. Dəmiryol çəkilişinin geniş-
lənməsi bir-birindən çox uzaq iqtisadi rayonları olan Rusiyada
daxili bazarın genişlənməsi və dünya bazarı ilə ticarət əla-
qələrinin möhkəmlənməsinə səbəb oldu. Yollar həm dövlət
tərəfindən, həm də xüsusi şirkətlər tərəfindən çəkilirdi.
Sibirin kənd təsərrüfatı ilk növbədə mərkəzi Rusiya qu-
berniyalarından mülkədar torpaq sahibliyinin olmaması ilə
fərqlənirdi. Bundan başqa, Sibirdə əkinçiliyə yararlı olan və
41
hələ becərilməyən çoxlu torpaq var idi. Buna görə də Sibir
kəndlilərinin bir çoxu Rusiyanın əhalisi sıx olan yerlərinin
kəndlilərindən yaxşı yaşayırdılar. Lakin Sibir kəndində çox
zaman varlılara muzdurluq edən yoxsullar da var idi. Sibirin
geniş torpaq sahələri Rusiyadan köçüb gələnlərin diqqətini cəlb
edirdi. Lakin 60-70-ci illərdə köçüb gələnlər hələ çox deyildi.
Sibirə ildə 12 minədək adam köçüb gəlirdi. 90-cı illərdə Sibir
dəmiryolunun çəkilməsinin köçmə hərəkatı üçün böyük əhə-
miyyəti oldu. O, Sibirə köçənlərin yolunu xeyli asanlaşdırır-
dı.1881-ci ildən 1900-cü ilədək Sibir və Uzaq Şərq quber-
niyalarına təxminən bir milyon adam köçmüşdü. Sibirə köçüb
gələnlərin sayı, Sibir əhalisinin təbii artımından xeyli çox idi.
Köçənlərin əsas axını Qərbi Sibirə, xüsusilə Altaya yönəlmişdi.
Sibir dəmiryolunun çəkilməsi Sibir taxılının Rusiya ba-
zarına çıxarılmasına yol açdı. Sibirdə buğda əkini artmağa
başladı. Sibirdə dincəqoyma tarlaçılıq sistemi üstün yer tutur-
du. Dəmiryolu sayəsində Qərbi Sibirdə yağ istehsalı inkişaf
etməyə başladı. Yağ qismən daxili bazara aparılır, əsas etibarı
ilə xaricə ixrac edilirdi. Beləliklə,dəmiryol çəkilişi XIX əsrin
axırlarında Sibirdə taxılçılığın və maldarlığın inkişafına şərait
yaratdı. Rusiyanın kənd təsərrüfatında Sibirin rolu artmağa
başladı.
Rusiyanın milli ucqarları arasında Krım kapitalizmin
inkişaf sürətinə görə xeyli fərqlənirdi. İslahata qədər Krımda
ə
mtəə-pul münasibətləri də inkişaf etmişdi. Təhkimçilik
hüququnun ləğvi və Krıma dəmiryolun çəkilməsi buraya daimi
və mövsümi işləmək üçün ucuz işçi qüvvəsinin axınını güclən-
dirmişdi. Dəmiryol xəttinin çəkilişi Krımın iqtisadiyyatının in-
kişafında mühüm rol oynayırdı. Belə ki,dəmiryolu Krımı Rusi-
yanın mərkəzi sənaye rayonları ilə əlaqələndirir, kənd təsər-
rüfatı məhsullarının daşınmasını asanlaşdırırdı. Krımda da yeni
müəssisələr açılmışdı. Sevastopolda ən iri müəssisələr gəmi
təmiri müəssisələri idi. Krımda torpağın iri torpaq sahiblərinin
ə
lində cəmlənməsi prosesi güclənmişdi. Kəndlərdə ictimai
42
təbəqələşmə Rusiyaya nisbətən daha sürətlə gedirdi. Kənddə
ictimai təbəqələşmə prosesinin kapitalist sənayesinin inkişafı
üçün də mühüm əhəmiyyəti var idi. Kəndlilərin təbəqələşməsi
daxili bazarın genişlənməsi üçün şərait yaradırdı. Krım ölkənin
xarici ticarət əlaqələrində mühüm yer tuturdu.
Rusiya imperiyasının bütün milli ucqarları üçün həmin
ucqarlarda məhsuldar qüvvələrin inkişafını ləngidən ümumi
səbəb milli-müstəmləkə zülmü idi. Çarizm öz siyasi məqsədləri
üçün türk xalqları yaşayan bölgələrdə feodal münasibətlərini
müdafiə edirdi. Çarizm ucqarların iqtisadi inkişafını məh-
dudlaşdıraraq, onlardan sənaye mallarının satış bazarı kimi,
xammal mənbəyi kimi istifadə etmək siyasəti yeridirdi. Belə
siyasət təkcə ucqar rayonların inkişafı üçün deyil, bütövlükdə
ölkə üçün mənfi nəticələr verirdi. Lakin öikənin kapitalist-
cəsinə inkişafı çarizm tərəfindən ucqarların iqtisadiyyatının
salındığı buxovları aradan qaldıraraq onları vahid iqtisadi sis-
temə cəlb edirdi. Milli ucqarların həm ölkənin mərkəzi ilə, həm
də öz aralarındakı iqtisadi əlaqələri artıb möhkəmlənirdi. Kapi-
talizm inkişaf etdikcə, həmin milli ucqarlar get-gedə kapitalist
Rusiyası iqtisadiyyatının tərkib hissələrinə çevrilirdi.
|