Cavab:
Qurani-kərimdə rastlaşdığımız «
günəşi ziyalı,
ayı nurlu ... edən məhz Odur
»
2
ayəsi «ziya» və «nur»
kəlmələri arasında fərq qoyulduğuna bir işarədir. Amma bu
barədə rəylər müxtəlifdir. Bu iki kəlmə arasında fərq
olduğunu
qəbul etməyənlər olsa da, bir qrup alim bu
fikirdədir ki, ziya nurun mənbəsidir. Məsələn,
günəşin
ziyasından nurlanan ay, yalnız işığı əks etdirir.
Uyğun ayənin davamında «ay üçün mənzillər təyin
edən Odur» buyuruğu, əslində
həmin dövr üçün elmi bir
yenilik idi. O dövrdə elmə məlum deyildi ki, ay hərəkətdə,
günəş isə nisbi sükunətdədir. Ay üçün mənzillər təyin
olunması artıq aşkar bir şəkildə ayın
hərəkətdə olduğunu
bildirir.
Dostları ilə paylaş: