Bu barədə Qurani-kərimdə buyurulur: «
Bədbəxt
olanlar od içərisində qalacaq... Xoşbəxt olanlar isə,
cənnətdə əbədi sakin olacaqlar
»
2
.
Səhərdən axşama mənən və cismən axtarışda olan
insanın itgisi səadətdir. Amma insan çox vaxt anlamır ki,
əlində doğru ünvan olmayan yolçu çarıqlarını yırtsa belə,
mənzilə çatası deyildir.
Səadət bir mənzildir ki, onun
ünvanını hər yoldan ötəndən soruşan kəs, bədbəxtliyə
düçar olar. Bu mənzilin həqiqi ünvanı yalnız və yalnız
Allah elçilərində tapılmasıdır. Peyğəmbərlərsə,
səadəti
təkcə dünyada yox, dünya və axirətdə görmüşlər.
İmam Sadiq (ə) cəddi həzrət Əlidən (ə) belə nəql edir:
«
Həqiqi səadət, insan həyatının ən son mərhələsindəki
Dostları ilə paylaş: