yaradan şimşəklər, havanı yandırır və bunun ardınca
havanın təzyiqinin dərhal enməsi
nəticəsində buludlardan
yağış yağır. Həmin yüksək temperaturda yağış damlaları
artıq oksigendən yaranır və belə su, «ağır su» adlanır. Bu
suyun formulu N₂O₂ -dir. Ağır su isə, güclü
mikroböldürücü xüsusiyyətə malikdir.
Yüksək temperaturda yaranmış yağış damlalarının
tərkibində
karbon turşusu olduğundan, bu yağış həm də
torpaq üçün gübrə funksiyasını daşıyır.
Sual 81:
Quran «hamı səcdədədir» buyurarkən, nəyi
nəzərdə tutur?
Cavab:
Bütün hadisələr
iki mümkün mahiyyətdən
birini daşıyır. Onlar ya təkvinidir (fitri, təbii), ya da təşri
´idir (iradi). Səcdə təvazö, təslim əlamətidir. Əql mülkü ilə
mükafatlandırılmış bəşəriyyət Allahın səcdəsinə dəvət
edilir və bu əmrə itaət edənlərin səcdəsi iradidir. Amma
təbiətdə baş verən hadisələr təşri´idir.
Yəni onun
iradəsindən asılı deyil. «Rəd» surəsinin 15-ci ayəsində belə
buyurulur: «
Göylərdə və yerdə kim varsa, özləri də,
kölgələri də səhər-axşam, istər-istəməz Allaha səcdə
edər
». Ayədəki «istər-istəməz» kəlmələri aşkar göstərir ki,
nəzərdə tutulan səcdə təşri´i yox, təkvinidir. Bəs bu hansı
səcdədir?
Bu barədə təfsirçilər müxtəlif fikirdədirlər.
Bir qrup
təfsirçinin fikirincə, ayə bütün kainatda ilahi qanunların
hökm sürdüyünə bir işarədir.
Digər bir qrup təfsirçi isə, ayədə bütün mövcudların
kölgələrinin səcdəsindən danışıldığını bildirirlər. İstər
insan, istər təbiətin hər hansı bir elementi kölgəyə malikdir.
Səhərlər bir istiqamətdə
kölgə günorta düzəlir, axşam isə
73
əks istiqamətə yönəlir. Kölgənin bu hərəkəti səcdəni
xatırladır.
Dostları ilə paylaş: