«Hicr» surəsinin 9-cu ayəsində buyurulur: «
Şübhəsiz
ki, Quranı biz nazil etdik və sözsüz ki, biz də onu
qoruyub saxlayacağıq
». Quranın bu sayaq ciddi
qorunmasının
əsas səbəbi, əvvəlki ilahi kitabların kafirlər
tərəfindən təhrif olunmasıdır.
Ötən on dörd əsrdə uyğun
təcavüzlərə dəfələrlə məruz qalmış Qurani-kərim, vəd
olunduğu kimi qorunmuşdur.
Hicri ΙV əsrin böyük alimlərindən
olan Seyid Mürtəza
deyir: «Məkkənin, Mədinənin varlığına kim şəkk edə bilər?!
Monqolların İrana hücumuna, böyük Fransa inqilabına, I və
II dünya müharibələrinə kimdə şəkk var?! Deyilənlər
haqqında kifayət qədər məlumatlı olmağımız, heç bir şəkk-
şübhəyə yer qoymur. Qurani-kərim də belədir.
Onun hər
bir ayəsi haqqında malik olduğumuz ətraflı məlumat, bütün
şübhələri aradan qaldırır, təcavüzlərin qarşısında keçilməz
sədd çəkir».
Sual 89:
Şeytanları qovan «şihab» nədir?
Cavab:
Allah-təalanın
elm və qüdrətinə gözəl
nümunələrdən biri, başımız üzərindəki səmada baş var
hadisələrdir. İnsan düşüncəsini
heyrətə gətirən bu
səhnələrdə düşünənlər üçün böyük ibrətlər vardır. «Hicr»
surəsinin 16-cı ayəsində buyurulur: «
Dostları ilə paylaş: