çıxar! Əgər bir də pis işlərə qayıtsaq, şübhəsiz ki, zalım
olarıq
»
1
.
Sual 126:
İsmətli qadına zina isnad etməyin cəzası
nədir?
Cavab:
İslam dinində böyük günahlardan biri də,
böhtandır. Allah-təala iman
gətirmiş bəndələri birliyə
çağırır və müsəlman cəmiyyətini parçalayan bütün əməlləri
ittiham edir. Cəmiyyətdəki nizamı pozan, hakimləri
ədalətsiz qərarlar çıxarmağa sövq edən böhtançılar üçün
ciddi cəzalar nəzərdə tutulur.
Bəzi böhtan söz çərçivəsindən çıxıb, günahsız
insanların bədbəxtçiliyinə səbəb olur. Əksər cəmiyyətlərdə
təsadüf olunan yalançı şahidləri gözünüz önünə gətirin.
Onlar öz çirkin nəfs istəklərini həyata keçirmək üçün kimə
gəldi
böhtan
yağdırır,
günahsız
insanların
cəzalandırılmasından zövq alırlar.
Cəmiyyətdə insanların xoşbəxt həyatına əngəl törədən,
onların əxlaqına təcavüz
edən qruplardan biri də,
zinakarlardır. Qeyri-qanuni cinsi əlaqə, bəşəriyyətin
genefondunu zəhərləyən bir təzahürdür. İslam
dinində
zinakarlara qarşı ilahi həddlər müəyyənləşdirilmişdir.
Lakin zinakarlığı iddia olunan insan, heç də həmişə
deyildiyi kimi olmur. Mütləq ədalətə əsaslanan İslam,
zinakar qadınlarla barışmaz
olduğu qədər, ismətli
qadınların da iffətini müqəddəs tutur. Qurani-kərimdə
buyurulur: «
Dostları ilə paylaş: