İsmətli qadınlara böhtan atdığı
məlum olan şəxs
cəzalandırıldıqdan sonra belə,
gələcəkdə şahidlik
haqqından məhrum edilir. Ayənin davamında buyurulur:
«
...Onların şəhadətini heç vaxt qəbul etməyin
».
İmam Sadiq (ə) buyurur: «
Müsəlmanı onda olmayan
xüsusiyyətə görə ittiham edən şəxsin qəlbindəki iman
əriyər. Necə ki, duz suda əriyir!
»
1
.
Sual 127:
Ananın otağına icazəsiz daxil olmaq olarmı?
Cavab:
«Nuh» surəsinin 127-ci ayəsində buyurulur:
«
Ey
iman
gətirənlər,
başqalarının
evlərinə
sahiblərindən icazə almadan və onlara salam vermədən
girməyin
».
Ayədəki göstəriş bütün
xalqlar və mədəniyyətlər
tərəfindən məqbul hesab edilir.
İnsan həyatı fərdi və ictimai olmaqla,
iki hissədən
ibarətdir. Cəmiyyətə çıxan insan, cəmiyyətdə qəbul
olunmuş
qayda-qanunlara əməl etməli, geyiminə və
hərəkətlərinə hədd qoymalıdır.
Məlum məsələdir ki, bu
çərçivə sıxıntı doğurur və insan öz daxilində istirahətə
ehtiyac duyur. Mənzilinə dönmüş
insan ictimai mühitdə
ayrıldıqdan sonra fərdi həyatını istədiyi kimi qurmaqla
rahatlanmalıdır. Hər bir insan
öz mənzilində istədiyi kimi
geyinə və istədiyi kimi rahatlana bilər.
Təsəvvür edin ki, ağır ictimai fəaliyyətdən sonra evdə
uzanıb istirahət edirsiniz. Əyninizdə isə yüngül zolaqlı
penjama vardır. Sizi mürgü aparır və diksinib oyananda
qarşınızda bu vaxtadək ədəblə davrandığınız iş yoldaşınızı
görürsünüz. Belə məqamda narahatçılıq təbiidir. Axı, bu
şəxs siz paltarınızı dəyişərkən də daxil ola bilərdi!
Demək, başqasına məxsus otağa icazəsiz girmək olmaz!
1
«Üsuli-kafi» {mənbə kamil deyil}.
118
Həzrət Peyğəmbərdən (s) soruşurlar: «
Dostları ilə paylaş: