5. Həzrət Məhəmməd (s)
7
;
6. İmamlar və məsum rəhbərlər;
7. Elm və bilik.
Günəş sistemində nurun ilkin mənbəyi günəş olduğu
kimi, sadalananlar arasında da nurun ilkin mənbəyi
Allahdır. Quran Onun kəlamı və İslam
Onun ayini
olduğu, peyğəmbər Onun tərəfindən göndərildiyi və
imamlar Onun
ayinlərini hifz etdiyi üçün, nur hesab
edilir.
Sual 131:
Həqiqi dost varmı?
Cavab:
Dini dəyərlərin ayaq altına alındığı
cəmiyyətlərdə xəyanət, eqoizm kimi çirkin sifətlərin artması
tam təbiidir. Məhz belə cəmiyyətlərdə «dost yoxdur», «dost
mənim cibimin pulu» kimi əsassız fikirlər dolaşmaqdadır.
Qurani-kərimin müxtəlif ayələrində «dost»
kəlməsi
işlədilir və dostlarla münasibətin necə qurulmasına işarə
olunur. «Nur» surəsinin 61-ci ayəsində «müsəlman kimlərin
süfrəsində icazə almadan otura bilər» sualına
verilən
cavabda ata-ana, bacı-qardaşla yanaşı dostlar da xatırladılır.
İmam Sadiq (ə) buyurur: «
Dostları ilə paylaş: