duaları
qəbul etməsi ilə, həzrət Mehdinin (ə) zühuru
gerçəkləşəcəkdir.
Sual 143:
Qiyamətdən
əvvəl gerçəkləşəcək rəcət
hadisəsinin fəlsəfəsi nədir?
Cavab:
Şiə müsəlmanların etiqad etdiyi rəcət, 12-ci
imam Mehdinin (ə) zühurundan sonra, qiyamət ərəfəsində
bir qrup xalis mömin və xalis kafirin mükafat və cəza üçün
dünyaya qayıdışıdır.
Məşhur şiə alimi Seyid Mürtəza deyir: «Allah-təala
həzrət Mehdinin (ə) zühurundan sonra dünyasını dəyişmiş
bir qrup insanı dünya həyatına qaytaracaqdır. Onlar İmama
(ə) yardımçı olmaq və ədalətli hökumətin bütün dünyanı
bürümüş hakimiyyətini müşahidə etmək iftixarına
yetişəcəklər. Həmin mömin insanlarla yanaşı, bir qrup kafir
intiqam üçün dünya həyatına qaytarılacaqdır».
Mərhum Əllamə Məclisi deyir: «Rəcət hadisəsini təsdiq
edən Əhli-beyt hədislərinin sayı, iki yüzdən çoxdur».
Belə
bir sual verilə bilər ki, qiyamətdən sonra rəcət
hadisəsinin gerçəkləşməsinin nə əhəmiyyəti vardır? İslam
rəvayətlərindən belə aydın olur ki, bu hadisə yalnız bir
qrup xalis mömin və xalis kafirə aiddir.
Möminlərin
qayıdışı onların tam kamilləşməsi, kafirlərin qayıdışı məhz
dünya əzabını dadmaları üçündür. Əvvəlki dünya
həyatında kafirlərin maneçiliyi səbəbindən imanını
kamilləşdirməyə fürsət tapmayanlar, rəcət zamanı
arzularına çatırlar. İmam Sadiq (ə) buyurur: «
Dostları ilə paylaş: