f )
1
(
k f )
2
(
k f Slave Master mks 625
пакетлярин ютцрцлм ясинин
истигам яти
Шяк.1.3.8.
)
(k f )
1
(
k f )
4
(
k f )
2
(
k f )
3
(
k f Bluetooth protokolu həm asinxron, həm də sinxron kanalların təşkil
olunmasına imkan yaradır. Sinxron rabitə yalnız «nöqtə-nöqtə» rejimində ola bilər.
Bu tip rabitə gecikmələrə həssas olan informasiyanın, məsələn real zaman
miqyasında nitqin ötürülməsi üçün istifadə olunur. Asinxron rabitə isə piconet
daxilində bir master və bir neçə aktiv slave arasında qurula bilər («nöqtə-
çoxnöqtə» rejimi). Eyni zaman anında yalnız bir cüt master-slave arasında rabitə
qurula bilər. Piconet-ə daxil olan konkret slave cihaz yalnız onun adresinə
masterdən əvvəlki zaman intervalında verilənlər paketi gəldikdə paket göndərir.
Əgər göndərilən paketin adres sahəsində çatdırılma adresi göstərilməzsə, onda belə
paket bütün cihazlar tərəfindən qəbul olunur. Asinxron qoşulma təhriflə qəbul
olunmuş paketlərin yenidən ötürülməsini təmin edir.
Standart Bluetooth paketi 72 bit həcmli giriş kodundan, 54 bit həcmli
başlıqdan və maksimum 2745 bit həcmli istifadəçi informasiyasından ibarət olur
(şək.1.3.9). Lakin paketlər müxtəlif tipli ola bilər- yalnız giriş kodundan ibarət olan
paketlər (həcmi 68 bit) və ya giriş kodu və başlıqdan ibarət olan paketlər.