B u r a X i L i ş I ş I mövzu



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə13/31
tarix19.12.2022
ölçüsü0,7 Mb.
#121433
1   ...   9   10   11   12   13   14   15   16   ...   31
2322-hlimanzad-H-mid-Namiq-B-85-26

Kimyəvi xassələri. Şüşənin kimyəvi xassələrinə, başlıca olaraq onun 
kimyəvi davamlılığı (turşuya, qələviyə və s.) suyun, havanın tərkibində olan 
karbon turşusunun, qələvilərin və s. təsirinə müqavimət göstərməsi daxildir.
Atmosfer agentlərinin və başqa maddələrin təsiri nəticəsində şüşənin səthində 
nazik təbəqə şəklində ləkə əmələ gəlir. Şüşə məmulatlarının, yeməkxana qablarının 
saxlanması və istismarı zamanı, bəzən də onların səthi kələ-kötür olur. Parlaqlıq və 
şəffaflığını itirir. 
Şüşələr kimyəvi davamlılığına görə 5 sinfə bölünür: 
1. Sudan dəyişməyən şüşə


22 
2. Davamlı şüşə; 
3. Apparat üçün bərk şüşə; 
4. Apparat üçün yumşaq şüşə
5. Yarıtmaz şüşə. 
Birinci sinif şüşələrə xüsusi davamlı kimyəvi aparatlar daxildir. Ikinci sinfə 
tibb ampulları, istiyə davamlı mətbəx qabları, kimyəvi qablar, üçüncü sinfə sənaye 
şüşə məmulatları, pəncərə, butulka, konserv taraları, yemək qabları daxildir. 
Şüşənin kimyəvt davamlılığını alüminium oksidi və bor oksidi artırır.
Şüşənin kimyəvi davamlılığına saxlanma şəraiti, qablaşdırma və daşınma da 
təsir göstərir, xüsusilə onun keyfiyyətini qablaşdırıcı materiallar, yaş və ya quru 
samanlı yeşiklər, yüksək hiqroskopikliyi və yavaş quruması ilə fərqlənən bəzi sort 
kağızlar aşağı salır. 


23 
IV. ŞÜŞƏ MƏMULATLARININ ALINMASINDA FORMAYA 
SALINMA ÜSULLARI 
Qaz, hava qabarcıqları və başqa zərərli qatışığı olmayan, lazımi qatılığı və 
səthi gərginliyi olan şüşə kütləsindən məmulat formaya salınır. 
Növündən, 
ölçüsündən, 
kütləsindən, 
təyinatından, 
formasının 
mürəkkəbliyindən və kimyəvi tərkibindən asılı olaraq məmulatlar əl və maşın 
üsulları ilə formaya salınırlar.
Əl üsulu ilə mürəkkəb formalı və yüksək bədii məmulatlar hazırlanır. Sadə 
formalı məmulatlar, o cümlədən məişət şüşə qablarının bəziləri yüksək məhsuldar 
avtomat və yarımavtomatda istehsal edilir. 
Məmulatların formaya salınmasında presləmə, üfurmə, press-üfürmə
dartma, 
yayma, 
tökmə, 
həmçinin 
kombinələşdirilmiş 
(birləşdirmə) 
mərkəzdənqaçma (fırlanma) üsulları tətbiq edilir.
Bir tip məmulatlara sabit sabit forma vermək üçün çuqun, yaxud polad 
press-formalardan istifadə edilir. Bu formaların daxili istiyə davamlı, paslanmayan 
ərinti ilə örtülür. 

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin