B u r a X i L i ş I ş I mövzu


Şüşənin zərbəyə davamlılığının təyini



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə24/31
tarix19.12.2022
ölçüsü0,7 Mb.
#121433
1   ...   20   21   22   23   24   25   26   27   ...   31
2322-hlimanzad-H-mid-Namiq-B-85-26

Şüşənin zərbəyə davamlılığının təyini. Məmulatın zərbəyə müqaviməti 
sınağının içərisində getdikcə böyüyən, dəyişən zərbə yükü olan cihazlarda, 
məmulat dağılana qədər və ya məmulat şüşəsi dağılana qədər zərbə təkrar 
edilməklə, daimi ağır yüklər vasitəsilə aparılır. Zərbəyə davamlılıq, əsasən tədqiq 
edilən məmulatın həcminin məmulatın sırasına qədər müəyyən hündürlük altında 
düşən kürəciyin işinin nisbəti ilə təyin edilir. Məmulatın zərbəyə davamlılığı nəinki 
divarının qalınlığından, həmçinin məmulatınöz formasından da asılıdır. Plastinka 
formalı məmulatlar nisbətən az davamlı hesab edilir. Şüşənin zərbəyə 
davamlığındanbaşqa növ şüşənin kövrəkliyi də hesablanır. Kövrəklik aşağıdakı 
düsturla hesablanır. 
h
EP
V
f
X



Burada, f – sıxılma zamanı möhkəmlik həddi; 
V – nümunənin həcmi; 
EPh – dağılma baş verən zaman işin miqdarı. 
Hidrostatik metodla şüşə məmulatında sıxlığının təyini. Şüşə və ya şüşə 
məmulatlarının sıxlığı onun tərkibində olan oksidlərin növündən və onların 
nisbətindən asılıdır. Buna, həmçinin şüşə istehsalının texnoloji prosesi və emalı da 
az miqdarda təsir göstərə bilər. Şüşənin sıxlığı mikrometrin köməyi ilə hidrostatik 
metodla, həmçinin sıxlığı şüşənin sıxlığına bərabər olan mayenin seçilməsilə təyin 
edilir.
Sıxlığın mikrometrin köməyi ilə təyin edilməsi çox dəqiq olmasına 
baxmayaraq, məmulatın sınması tələb olunur. Odur ki, nəticənin çox dəqiq olması 
tələb olunmadıqda hidrostatik çəkmə metodu tətbiq edilir. Sıxlıq aşağıdakı düsturla 
hesablanır. 
1
m
m
m
d




36 
Burada, d – sıxlıq; 
m – tədqiq edilən məmulatın çəkisi; 
m
1
– məmulatın suda çəkisi. 

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin