41
VII. DAXIL OLAN BÜLLUR ŞÜŞƏ MƏMULATLARININ
KEYFIYYƏTININ EKSPERTIZASI
Bir qayda olaraq, mal göndərən təşkilatlardan daxil olan şüşə malları
keyfiyyət göstəricilərinə görə qüvvədə olan normativ-texniki sənədlərin tələblərinə
cavab verməlidir. Bu baxımdan şüşə mallarının keyfiyyətini yoxlayarkən həm də
keyfiyyətin yoxlanması üçün metodik göstəricilərdən də istifadə edilməlidir.
Bir qayda olaraq ticarət müəssisələrində şüşə malları
partiyalarla qəbul
edilir. Mal partiyası dedikdə, eyni növ materialdan, eyni növdə, fasonda,
istehsal
üsulunda, eyni vaxtda hazırlanmış şüşə mallarının yığımı kimi başa düşülməlidir.
Şüşə mallarının keyfiyyətcə qəbulu 26821-86 saylı dövlət standartı əldə əsas kimi
qəbul edilir.
Daxil olan mal partiyasından məmulatın xarici görünüşünü yoxlayarkən 10
ədəddən az olmamaq şərtilə 1%
həcmində, ölçülərini,
kütləsini, dözümlülüyünü,
tutumunu, yol verilən kənarlaşmaları yoxlamaq üçün 10 ədəddən az olmamaq
şərtilə 0,5% həcmində, bişirilməsi keyfiyyətini yoxlayarkən yenə də 10 ədəddən az
olmamaq şərtilə 0,5% həcmində, istiliyə qarşı davamlılığını yoxlayarkən 10
ədəddən az olmamaq şərtilə 0,5% həcmində nümunə seçilir.
Seçilmiş hər bir məmulat növü bir və bir xarici görkəmcə diqqətlə yoxlanır,
onun tutumu, ölçüləri, hazırlanması keyfiyyəti diqqətlə nəzərdən keçirilir.
Məmulatlarda rast gələ biləcək nöqsanlar aşkar edilir.
Şüşə mallarında rast gələn nöqsanı mütəxəssislər belə qruplaşdırırlar: şüşə
kütləsinin nöqsanları, formaya salınma nöqsanları və bəzək emalı nöqsanları.
Dostları ilə paylaş: