47
müəssisələrində belə malların istehsalı olmadığından,
xaricdən gətirilən
mallar da baha qiymətə satılır. Bu isə alıcıları razı sala bilmir.
5. Keyfiyyətin yoxlanması prosesində məlum oldu ki, ən çox rast gələn
nöqsanlardan birisi məmulatın oturacağının, qapağının, ağız nahiyəsinin
simmetrikliyinin pozulmasıdır. Bu, ən çox yerli xırda istehsal sahələrində
hazırlanan armudu stəkanlara, nəlbəkilərə, boşqablara daha çox aiddir.
Odur ki, bu məsələlərə malların keyfiyyətcə qəbulu zamanı
diqqət
artırılsın.
6. Büllur məmulatların üzərindəki naxış növləri mahiyyətcə müəyyən
mənanı izah etməli və alıcı zövqünü oxşamalıdır. Lakin bəzi şüşə
mallarında belə nöqsanlara da rast gəlinir. Yaxşı olardı ki,
mal alan
ərəfədə ticarət müəssisəsinin cavabdehlik daşıyan şəxsləri bu məsələyə
ciddi yanaşsınlar.