12
Dolomit karbon turşusundan ibarət olub, qızdıran zaman kalsium və
maqnezium oksidləri ayrılır. Maqnezium oksidi şüşənin termiki genişlənməsini və
kristallaşmasını azaldır,
həmçinin özlülüyünü, möhkəmliyini və kimyəvi
davamlılığını artırır.
Sink belili. O, şüşəyə sink oksidi daxil etmək üçündür.
Onlar bişmə
prosesində tam şüşəyə keçirirlər. Tərkibində sink oksidi olan məmulatlar işıq
şüasını sındırır, yüksək parlaqlığı ilə fərqlənir. Sink oksidi laboratoriya, texniki və
bəzi başqa xüsusi növ şüşə istehsalında geniş tətbiq edilir.
Surik yüksək sıxlıqlı, xarakter parlaqlı və işıqda bərq vuran qiymətli büllur
məmulatına və optik şüşə istehsalına işlədilir. Surik 880
0
C
temperaturda
parçalanaraq atom halında oksigen ayrılır ki, şüşə kütləsinin şəffaflaşmasını
asanlaşdırır. Tərkibində qurğuşun suriki olan məmulatlar asan cilalanır, pardaqlanır
və s. Onlar işıq şüasını asan sındırır, kimyəvi davamlılığı aşağıdır, rentgen
şüalarını udur.
Dostları ilə paylaş: